Study Time

Study Time «Study Time» təqaüdlü təhsil, elmi-tədqiqat imkanları, o cümlədən də iş təcrübəsi im

«Study Time» project’s main aim is to introduce students, young people about the scholarship, fellowship opportunities for studying and researching at outstanding universities, and informing about job opportunities considering their needs. In order to maintain the sustainability of the «Study Time» project, it is planned to offer consultaion service on choosing appropriate study abroad program con

sidering scholarship programs and other programs, beside with consultations on choosing the right major according the personal needs of a candidate.

«Study Time» project will provide educational services on Erasmus Mundus and other scholarship programs by its professional team consisted of alumni of outstanding scholarship programs and universities and young people who possess extensive experience in academic sphere.

«Study Time» project delivers information through social media: page, instagram page in the initial stage. In the next stage it will deliver information through its official webpage www.studytime.az

«Study Time»adlı layihənin əsas məqsədi gənclərin təhsilə və iş təcrübəsinə olan ehtiyaclarını nəzərə alaraq yerli, həmçinin beynəlxalq auditoriyaya ünvanlanan: nüfuzlu universitetlərdə təqaüdlü təhsil, elmi-tədqiqat imkanları, o cümlədən də iş təcrübəsi imkanları və digər faydalı məlumatlar barəsində informasiya verilməsidir.

«Study Time»Layihəsinin davamlılığını təmin etmək məqsədilə layihə çərçivəsində gələcəkdə həmçinin xaricdə təqaüdlə o cümlədən də şəxsi vəsait hesabına xaricdə təhsil almaq istəyənlərə ödənişli təhsil konsultasiyası xidməti, ixtisas-peşə seçimi məsləhət xidməti göstərmək nəzərdə tutulmuşdur.

«Study Time»Layihəsi nüfuzlu təqaüd proqramlarının məzunlarından və dünyanın nüfuzlu universitetlərinin məzunlarından, o cümlədən də təhsil sahəsində təcrübəyə malik gənc mütəxəssislərdən təşkil olunmuş peşəkar komanda ilə «Erasmus Mundus» və digər təqaüd proqramları üzrə təhsil məsləhəti xidmətini göstərəcəkdir.

«Study Time»layihəsi ilkin olaraq sosial media: -facebook səhifəsi vasitəsi ilə (daha sonra isə instagram səhifədən) məlumatları çatdırır. Layihənin növbəti mərhələsində məlumatlar həmçinin www.StudyTime.az internet səhifəsində də daha ətraflı şəkildə öz əksini tapacaqdır.

22/09/2025

Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının 2025–2026-cı tədris ili üzrə namizədlərin seçimi prosesi başa çatıb.

✅51 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb.

Seçilmiş namizədlər əsasən ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Xəzər Universiteti olmaqla Azərbaycanın 9 ali təhsil müəssisəsində müxtəlif təhsil səviyyələrində təhsil alacaqlar.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22396-1

01/05/2025

"4Sİ Akademiyası – Milli Proqram"ın ikinci qrupuna qeydiyyat davam edir.

4SİM və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “Milli Proqram” çərçivəsində artıq 7500 nəfər təlimlərdən yararlanıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası - Milli Proqram” layihəsi çərçivəsində artıq 7500 nəfər təlimlərdən yararlanıb. İstifadəçilər “Coursera” onlayn təhsil platformasında 31 290 təlimə müraciət ediblər, 6 599 təlimi uğurla başa vuraraq beynəlxalq sertifikat əldə ediblər.

Qeyd edək ki, proqram çərçivəsində ödənişsiz təlimlərdən yararlanmaq istəyənlər üçün qeydiyyat davam edir. form.4sim.gov.az saytına daxil olaraq qeydiyyatdan keçənlər “Coursera” platformasında 8000 kursdan 6 həftə ərzində yararlanmaq imkanı əldə edirlər.

Aprelin 1-dən başlayan proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. Məqsəd ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

İstifadəçilər onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, AWS, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin kurs və təlimlərindən yararlanırlar. Platformada 4Sİ texnologiyaları, süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya bacarıqlarına dair təlimlər “Milli Proqram” istifadəçiləri üçün əlçatandır. Layihə çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur.

SOCAR, “Pasha Holding”, bp və JOCAP şirkətləri “Milli Proqram”ın əsas tərəfdaşlarıdır.

26/02/2025

📢 28 fevral 2025-ci il tarixində “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilə dair onlayn məlumat sessiyası həyata keçiriləcək.

ℹ️ Qeyd edək ki, sessiya zamanı “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.

✅ Vebinar Microsoft Teams platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçən şəxslərə görüş linki göndəriləcək.

✍🏻Məlumat sessiyasına dair detallar:
Mövzu: "2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil
Saat: 16:00

QEYDİYYAT LİNKİ➡️ https://forms.gle/HNMcYvnTLrfkFztT6

Diqqət! Qeydiyyat üçün son tarix 27.02.2025, saat 17:00. (vebinarın keçiriləcəyi gündən bir gün öncə başa çatır)

02/10/2024
13/08/2024

“4Sİ Akademiyası”nda 3500-dən çox kurs uğurla başa vurulub

“ ”-nın istifadəçiləri layihə başlayandan bu günə kimi “” platformasında 29 mindən çox kursa yazılıblar. İstifadəçilər tərəfindən 3500-dən çox kurs uğurla başa vurulub.

Platformada isitfadəçilərimiz ən çox (3293 nəfər) DeepLearning.AI şirkətinin “Süni intellekt hamı üçün” proqramına müraciət edib. IBM şirkətinin təklif etdiyi “Data elmi nədir?” kursuna qeydiyyatdan keçənlərin sayı 2613 nəfər olub. Nyu York Dövlət Universitetinin “Blokçeynin əsasları” kursuna isə 2548 nəfər müraciət edib.

“4Sİ Akademiyası” rəqəmsal bilik və bacarıqların inkişafı üçün 4SİM və Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilən pilot layihədir. İlkin mərhələdə 10000 nəfər vətəndaş üçün “Coursera” platformasında 800 kursa ödənişsiz giriş imkanı yaradılıb. Onlardan 8000 nəfər artıq bu imkandan faydalana bilib. Layihə bitənə qədər daha 2000 nəfər vətəndaş bu fürsətdən yararlana biləcək.

Bəs siz “4Sİ Akademiyası”nda hansı kursdan istifadə etmisiniz?

12/08/2024

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nda yeniliklər edildi.

Sərəncama əsasən, Dövlət Proqramının müddəti 2028-ci ilə qədər uzadıldı. Əlavə olaraq, ölkəmizdə akademik potensialın gücləndirilməsi, elmi yaradıcılığın inkişafı və elmi biliklərin yayılmasını təmin etmək məqsədilə proqram çərçivəsində doktorantura təhsili almaq imkanı yaradıldı və növbəti ildən, eləcə də il ərzində təhsil alacaq tələbələrin sayı 400-dən 500-ə qaldırıldı.

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları istiqamətində göstərdiyi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk.

https://president.az/az/articles/view/66659

03/08/2024

Azərbaycanda ilk dəfə süni intellekt əsaslı elmi məlumat axtarış sistemi – “Scopus AI” istifadəyə verilib.



Ətraflı: https://shorturl.at/mpmWH

18/07/2024

𝗤𝗮𝗿𝗮𝗯𝗮𝗴̆ 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝗲𝘁𝗶𝗻𝗱ə 𝗶𝗸𝗶 𝘆𝗲𝗻𝗶 𝘃𝗮𝗸𝗮𝗻𝘀𝗶𝘆𝗮.

Tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Ətraflı məlumat üçün:

https://bit.ly/vknsy01
https://bit.ly/vknsy02

Son müraciət tarixi: 22 iyul 2024-cü il


16/07/2024

İqtisadi Zonaların İnkişafı Agentliyinin rəsmi səhifəsi

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Study Time posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Study Time:

Shortcuts

Share