15/05/2026
Şəhərlərin gələcəyi inklüzivlik və qadın liderliyi ilə formalaşır! 🏙️✨💜
13 may 2026-cı il tarixində çərçivəsində, Resource HUB və Yelo Bank-ın ev sahibliyi ilə keçirilən “Qadınlar İnklüziv Şəhərlərin Hərəkətverici Qüvvəsi Kimi” adlı tədbirdə Sosial İş Məktəbi olaraq biz də iştirak etdik!💜
Beynəlxalq təşkilatların, özəl sektorun və vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəldiyi bu möhtəşəm tədbirdə qadınların dayanıqlı və icma yönümlü şəhər inkişafındakı rolu geniş şəkildə müzakirə olundu.
🤩👩🏻💻 Qadın rəhbərliyi ilə fəaliyyət göstərən bir qurum olaraq, tədbirin mövzusu bizim üçün həm peşəkar, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət kəsb edirdi. Tədbir çərçivəsində təşkil edilən sərgidə xidmətlərini nümayiş etdirən təşkilatlardan biri olmaq bizə xüsusi qürur verdi! Komandamızdan həmtəsisçi və direktorumuz Lamiyə Rzayeva-Əhmədli və Layihələrin idarə edilməsi üzrə təcrübəçimiz Gülnar Ağayeva həm stendimizdə ziyarətçiləri qəbul etdi, həm də sosial işin şəhər mühitindəki əhəmiyyətinə dair maraqlı müzakirələrə qoşuldular. Sərgi boyunca təqdim etdiyimiz xidmətlər və sosial yanaşmalarımız iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
✅ Daha sonra Azərbaycan, Almaniya, İtaliya və ABŞ-dan olan ekspertlərin iştirakı ilə keçirilən panel müzakirələri inklüziv şəhər anlayışına tamamilə yeni perspektivlərdən baxmağa imkan yaratdı.
Biz bir daha əmin olduq ki, şəhər mühiti yalnız infrastrukturdan ibarət deyil, o, həm də insan mərkəzli və hər kəs üçün əlçatan olan bir ekosistemdir.
Bakıda keçiriləcək WUF13 (Ümumdünya Urban Forumu) ərəfəsində yerli icmaların və sosial innovasiyaların ön plana çıxarıldığı bu əhəmiyyətli gündə bizimlə olan hər kəsə, xüsusilə dəvət üçün Resource HUB komandasına, tərəfdaşlıq və ev sahibliyinə görə isə Yelo Bank İdarə Heyətinə öz təşəkkürlərimizi bildiririk. 😊
Gələcəyin daha inklüziv şəhərlərini birlikdə qururuq! 🤝🚀
YeloBank SocialWork WomenEmpowerment Inclusion BakuUrbanWeek