23/06/2023
ADA 2023 6th International Education Conference.
Bu konfransda iştirak səbəbim məhz sizi yenidən görmək idi, əzizim, mənim üçün çox dəyərli olan Professor Vafa Yunusova 🥰 İllər öncə Azərbaycan Dillər Universitetində o kiçik, qorxaq amma nə istədiyini bilən , 1ci kurs tələbəsi adını təzəcə qazanmış o qıza motivasiya verən ilk müəllim siz olmuşdunuz. Bu gün sizinlə yenidən görüşümüz mənim üçün çox xoş oldu. İllər sonra eyni səmimiyyət, eyni sevgi, eyni qayğı məni o illərə apardı. Sizə sevgim və hörmətim sonsuzdur💐💓