25/05/2026
🚀 CV-ni hazırla, fürsəti dəyərləndir!
Bakı Biznes Universiteti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə sizi Bakı Biznes Universitetində keçiriləcək böyük Əmək Yarmarkasına dəvət edirik.
Səni nələr gözləyir?
✅ 40+ şirkət
✅ 200+ vakansiya və təcrübə proqramı
✅ Şirkətlərlə birbaşa ünsiyyət
✅ Yeni karyera imkanları
✅ Berg içkiləri tərəfindən hədiyyələr 🎁
📍 Gəl, əlaqələr qur, karyerana yeni istiqamət ver.
14/05/2026
Tələbələr və gələcəyin peşəkarları üçün möhtəşəm fürsət! 🚀
15 May tarixində Bakı Biznes Universitetində maraqlı və faydalı məlumatlarla dolu unudulmaz bir seminar baş tutacaq. Sahəmizin dəyərli mütəxəssisləri öz real təcrübələrini və biliklərini sizinlə bölüşmək üçün gəlirlər!
Görüşümüzün əsas qonaqları və spikerlərimiz:
🎙 Sahilə Həmidova – Founder, PM & BM
🎙 Vəfa Abdullayeva- müstəqil exspert
🎙 Süleyman Xaspoladov- PO, Founder
Öz inkişafınıza yatırım etmək, peşəkarlarla birbaşa ünsiyyət qurmaq və yeni baxış bucağı qazanmaq üçün bu şansı qaçırmayın.
📍 Məkan: Bakı Biznes Universiteti
🗓 Tarix: 15 May
Dostlarınızı və tələbə yoldaşlarınızı tağ etməyi unutmayın! Seminarda görüşənədək! 👇
11/05/2026
🚀 STARTUP SCHOOL 4 – INFO SESSİYA
“Startup School 4: Five Continents – 500 Startups” layihəsi çərçivəsində info-sessiya görüşü keçiriləcək.
Bu görüşdə proqramın bütün detalları, iştirak imkanları və növbəti mərhələlər haqqında ətraflı məlumat əldə edə biləcəksiniz.
📅 Tarix: 12 May 2026
⏰ Saat: 10:00 – 15:00
📍 Məkan: Universitetin Akt Zalı
Görüşdə müzakirə olunacaq:
• Layihənin məqsədi və təqdimatı
• Qeydiyyat prosesi və iştirak şərtləri
• Proqramın mərhələləri və imkanları
🌍 “Startup School 4: Five Continents – 500 Startups” layihəsi 5 qitədən olan tərəfdaşlarla birgə həyata keçirilir və startaplara qlobal platformaya çıxış imkanı yaradır.
🎯 Proqram çərçivəsində:
• 5 qitədən startaplarla əməkdaşlıq
• Demo Day imkanı (TEİ Forum 2026 çərçivəsində)
• 50 ən yaxşı startap üçün təqdimat və stend imkanı
• 500+ investor və sahibkarla əlaqə
📌 Son müraciət tarixi: 15 May 2026
🔗 Qeydiyyat: startupschool.az/en/register
⚡ İdeyan varsa – bu platforma onu qloballaşdırmaq üçündür.
05/05/2026
Tələbələrimiz üçün real iş mühitinə ilk addım 💼
də təcrübə proqramına start verildi və Bakı Biznes Universitetinin tələbələri artıq prosesə qoşulublar.
Bu, onların gələcək karyerası üçün çox vacib bir mərhələdir.
Uğurlar! 👏
03/05/2026
Bakı Biznes Universitetinin tələbələri növbəti uğura imza atıblar.
holding tərəfindən təşkil olunan .az marketinq müsabiqəsində final mərhələsinə vəsiqə qazanan 9 komandanın 4-ü universitetimizin tələbələrindən ibarətdir.
Bu nəticə tələbələrimizin marketinq sahəsində bilik və bacarıqlarının, yaradıcı yanaşmasının və komanda işində effektivliyinin bariz göstəricisidir.
Tələbələrimizi təbrik edir, final mərhələsində uğurlar arzulayırıq!
03/05/2026
Bakı Biznes Universitetinin tələbələri 1-2 may tatixlərində Xankəndidə şəhərində keçirilən “İntellektual Gənclər Festivalında uğurla çıxış edərək mühüm nailiyyət əldə ediblər.
Tələbələrimiz müsabiqə çərçivəsində 3000 AZN mükafat qazanmaqla yanaşı, hazırladıqları layihələrin Qarabağ regionunda tətbiqi imkanı əldə ediblər. Bu nəticə gənclərimizin innovativ düşüncə qabiliyyətinin, analitik yanaşmasının və praktiki bacarıqlarının real göstəricisidir.
Universitet olaraq tələbələrimizin bu uğuru bizi qürurlandırır və onların gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər əldə ediblər.
28/04/2026
Norm tərəfindən elan edilən 2026-cı il yay təcrübə proqramı müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin peşəkar və şəxsi inkişafını dəstəkləmək, onların gələcək karyera imkanlarını genişləndirmək məqsədi daşıyır. İyul ayından başlayaraq sentyabrın ilk həftəsinədək davam edən proqram 2 aydan artıq müddəti əhatə edir və bu dövrdə tələbələr real iş mühitində təcrübə qazanaraq gələcəyin peşəkar kadrları kimi formalaşırlar.
Bu təşəbbüs vasitəsilə Norm gənclərin potensialını üzə çıxararaq, sənayenin dayanıqlı inkişafına töhfə verir.
Proqramdan nə əldə edəcəksiniz?
Peşəkar iş mühitində real təcrübə,
Təhsil sahəsinə uyğun praktik bacarıqlar,
Peşəkar təlim sessiyalarına, kurslara və sahə ilə əlaqəli proqramlara çıxış,
Daxili karyera imkanlarından yararlanmaq şansı,
Sahə ekspertləri ilə əlaqə qurmaq və onlardan öyrənmək imkanları,
Müxtəlif layihələrdə iştirak etmək və kadr kimi yetişmək,
Gələcək karyera perspektivlərini artırmaq.
Kimlər müraciət edə bilər?
Elanda göstərilən sahələr üzrə təhsil alan 3-cü və 4-cü kurs tələbələri (5 illik təhsil sistemi olan universitetlərin 4-cü və 5-ci kurslar tələbələri)
Seçim prosesi aşağıdakı mərhələlərdən ibarət olacaq:
Yazılı test (ingilis dili, IQ və ümumi biliklər)
Müsahibə (Azərbaycan və ingilis dillərində)
Onlayn qiymətləndirmə mərkəzin tərəfindən aparılan seçim
Müraciət üçün son tarix: 30.04.2026
28/04/2026
📢 30 aprel tarixində “İşgüzar ünsiyyətin təsir gücü və effektiv kommunikasiya bacarıqları” mövzusunda keçiriləcək praktiki təlimə tələbələrimizi dəvət edirik!
🔰Bu təlimdə iştirakçılara işgüzar mühitdə effektiv ünsiyyətin qurulması, fikirlərin düzgün və təsirli ifadə olunması, dinləmə bacarıqları və qarşılıqlı anlaşmanın artırılması yolları haqqında ətraflı məlumat veriləcək. Eyni zamanda, real nümunələr əsasında gündəlik iş həyatında qarşılaşılan kommunikasiya problemlərinin həlli yolları müzakirə olunacaq.
🎤 Təlimçi — Zibeydə Bayramova, İKT LAB MMC-nin direktoru.
📌 Təlimdə müzakirə olunacaq mövzular :
• İşgüzar ünsiyyətin əsas prinsipləri.
• Effektiv danışıq və dinləmə bacarıqları.
• Komandadaxili kommunikasiya və əməkdaşlıq.
• Çətin ünsiyyət situasiyalarının idarə olunması.
• Praktiki nümunələr və interaktiv tapşırıqlar.
📅 Tarix : 30 aprel
🕒 Saat : 11:30
📍 Məkan : Universitetin kitabxanası.
🎯 Format : İnteraktiv təlim və praktiki müzakirə.
İşgüzar mühitdə özünü daha düzgün və effektiv ifadə etmək istəyən hər kəs üçün faydalı olacaq.
inkişaf softskills tələbə karyera
28/04/2026
DVX tərəfindən təşkil olunan Yay Təcrübə Proqramına qəbul davam edir. Proqramda iştirak etmək üçün sənəd qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə 10 may 2026-cı il saat 23:59-dək həyata keçiriləcək. Müraciət göndərərkən (mövzu hissəsində “Yay Təcrübə Proqramı 2026” qeyd etməklə) şəxsiyyət vəsiqəsi, tələbə bileti və akademik transkript mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır.
27/04/2026
26–27 aprel tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Yaşıl Dünyanı Yarat! – 2” Rəqəmsal Həllər Hakatonunun final mərhələsində 16 ali təhsil müəssisəsi iştirak edib.
Bu universitetlər arasında Bakı Biznes Universitetinin “Narinci” komandası da yer alıb. Komandamızın final mərhələsinə qədər irəliləməsi tələbələrimizin innovativ düşüncə, komanda işi və real problemlərə həll yanaşmalarını ortaya qoyduğunu göstərir.
Tələbələrimizi təbrik edir, onlara gələcək layihələrində uğurlar arzulayırıq.