Career Supporting Organization

Career Supporting Organization

Share

Biz Azərbaycan gənclərinin sosial, işgüzar və peşəkar fəaliyyətini təmin etmək üçün birləşdik!

03/04/2021

1 aylıq "Başlanğıcdan orta səviyyəyə Onlayn Excel Kursu"-nu bitirən tələbəmizin fikirlərini sizinlə bölüşürük.

19/03/2021

🔴TƏLƏSİN!🔴
Əziz dostlar!
Hal-hazırda CSO | Academy tərəfindən təşkil olunan “Onlayn Excel Təlimi”-nin 4-cü qrupuna qeydiyyat davam edir.

💡 Ms Excel proqramı əksər sahələrdə tətbiq olunan və vakansiyalarda ən çox tələb olunan proqramdır. Exceli öyrənərək iş həyatınıza 1 addım öndə başlayın!
Təlim 0-dan başlayanlar və orta səviyyəyə qədər öyrənmək istəyənlər üçündür.

🧠 Onlayn Excel təlimində öyrənəcəksiniz:
1. İlkin anlayışlar
2. Ən çox işlənən 60-dan çox formul
3. İşinizi sürətləndirəcək qısayollar və funksiyalar
4. Mürəkkəb formul quruluşları və tətbiqi
5. Cədvəllər üzərində əməllər
6. İnfoqrafiklər və tətbiqi
7. Pivot Table ilə data vizuallaşdırılması

💰 Tələbələr üçün 50%-ə qədər endirim

✉️ Təlim haqqında ətraflı məlumat almaq üçün rəy bölməsində yazın ⬇️

08/03/2021

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün xanım izləyicilərimizi təbrik edirik!
CSO olaraq daim işğüzar və sosial inkişafınız üçün çalışırıq. Gələcəyi bizimlə qurduğunuz üçün komandamız adından təşəkkür edirik!

Photos from Career Supporting Organization's post 07/02/2021

6 fevral tarixində baş tutan "Startup ideyanı necə tapmalı" vebinarımızdan yadda qalan görüntüləri sizə təqdim edirik. Təlimçi Tariyel Aghazada və iştirakçılara təşəkkürümüzü bildiririk.
Xüsusi təşəkkürlər: tech.az

02/02/2021

Gənclər, Gününüz mübarək!
komandası olaraq sizə bol inkişaflı və uğurlu il arzu edirik!

01/02/2021

“Startup ideyanı necə tapmalı?” Vebinarı
CSO olaraq həftə sonlarını daha faydalı keçirməyiniz üçün fəaliyyətimizə davam edirik. Bu dəfəki mövzumuz Startaplar ilə bağlıdır.
Dövrümüzə nəzər salsaq indi mövcud olan iri şirkətlərin əksəriyyəti yeni yarananda Startup mərhələsini keçmişdir. Şirkətlərin ideyasının perspektivləri bu mərhələdə təyin olunur və bu ideya ya inkişaf edib böyüyür, ya da zamanla uğursuzluğa düçar olur.
Texnologiyanın sürətli inkişafı bazarda yeni seqmentlərin yaranmasına gətirib çıxarır ki, bu da yeni Startapların meydana çıxması üçün bir fürsətdir. Əsas məsələ bazardakı boşluğu başa düşmək və insanların problemini həll etməyə çalışmaqdır.
Bu vebinarımızda “Startap ideyanı necə tapmalı” mövzusunda Tariyel Aghazada sizinlə təcrübələrini və fikirlərini bölüşəcək.
Tariyel Ağazadə Azərbaycanın Startap Ekosisteminə qatqıları olan insanlardan biridir. Bu günə qədər 50-dən çox startapa konsultasiya vermişdir. Eyni zamanda bu sahədə 40-dan çox beynəlxalq və yerli tədbirlər, konfranslar keçirmişdir. Tariyel bəy həm də sahibkar və texnobloqqerdir. Hazırda tech.az-da direktor vəzifəsində çalışır.

Vebinar 6 fevral, 16:00-da baş tutacaq

Qeydiyyat linki:
https://forms.gle/BMB5B1NVr3YDbdmN6

Əlavə suallar üçün əlaqə:
+994776108609
[email protected]
Facebook: https://www.facebook.com/csorg.info
İnstagram: https://www.instagram.com/csorg.info/
Telegram: https://t.me/csopportunities

26/01/2021

7 fevralda başlayacaq və 1 ay davam edəcək 16 saatlıq onlayn kursuna qeydiyyat başlamışdır.
Tələbələr üçün cəmi 35 manat.
Digər güzəştlər və kurs haqqında ətraflı məlumat üçün bizə yaza bilərsiniz.

25/01/2021

Adobe İllustrator dərslərinə qeydiyyat davam edir. Tələbələr üçün 50%-ə qədər endirim var 😎
Ətraflı məlumat üçün şərh bölməsində + yazmağınız kifayətdir.

24/01/2021

𝑪𝒂𝒓𝒆𝒆𝒓 𝑺𝒖𝒑𝒑𝒐𝒓𝒕𝒊𝒏𝒈 𝑶𝒓𝒈𝒂𝒏𝒊𝒛𝒂𝒕𝒊𝒐𝒏 olaraq fəaliyyətimizi genişləndirmək və daha yaxşı xidmət göstərmək üçün 3 aylıq Təcrübə proqramı elan edirik!

Aşağıdakı sahələr üzrə komandamızı genişləndiririk:
• PR və Xarici əlaqələr üzrə koordinator
• Araşdırma və resurs mayning
• Dizayner
• Sosial şəbəkə hesabları üzrə koordinator
• Layihələr üzrə koordinator

Əsas gözləntilərimiz:
• Sosial və peşəkar inkişafa can atmaq
• Komanda ilə işləmə bacarığı
• Öyrənməyə həvəs

Kimlər müraciət edə bilər:
• Öyrənmək, əlaqələr qurmaq, təcrübə qazanmaq istəyən bütün gənclər müraciət edə bilər

Nə qazanacaqsınız:
• Seçdiyiniz sahəyə uyğun zəngin təcrübə
• Geniş əlaqələr və işgüzar dostlar
• CSO təşkilatçılığı ilə keçirilən tədbirlərdə ödənişsiz iştirak hüququ
• Təcrübə müddətinin sonunda sertifikat

Qeydiyyat üçün bağlantı:
https://forms.gle/mL5uyxAEVLt4Fxkd7

Qeyd: Qeydiyyat üçün son tarix 7 fevral, saat 23:59-dur.

Təklif və iradlarınız üçün:
[email protected]

Photos from Career Supporting Organization's post 17/01/2021

Bu gün baş tutan "Necə iş tapmalı?!" vebinarımızdan. Təlimçi İlkin Mirzəzadəyə və iştirakçılara təşəkkür edirik!
Növbəti tədbirlərdən xəbərdar olmaq üçün bizi izləyin.

11/01/2021

Həftə sonlarını daha faydalı keçirə biləsiniz deyə sizin üçün tədbirlər təşkil etməyə davam edirik.

"Necə iş tapmalı?!" Vebinarı

Vebinarımızda öyrənərəcəksiniz:

· İş müsahibələrinə hazırlıq

· Düzgün CV yazılması qaydaları

· Böhran zamanı inkişaf etmək

· İnkişaf üçün resurs mənbələri

Təlimçi haqqında məlumat:

İlkin Mirzəzadə 4 ildən çox QHT sektorunda çalışıb, 2 ildən çox təhsil sektorunda çalışıb, bloggerlik fəaliyyəti var, hazırda Prosol QSC də İnsan resursları üzrə mütəxəssis vəzifəsində çalışır. 20 dən çox seminar, təlim keçib.

Vebinar 17 yanvar, saat 15:00-da baş tutacaq.

Qeydiyyat üçün link:

https://forms.gle/akDVHBRvvvagFo4v5

Bizi sosial şəbəkələrdə izləyin:

Facebookda: https://www.facebook.com/csorg.info

İnstagramda: https://www.instagram.com/csorg.info

Telegramda: https://t.me/csopportunities

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00