BDU THİK MexMat

BDU THİK MexMat Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BDU THİK MexMat, Bakı Dövlət Universiteti, Baku.

08/05/2020

-"Ötən günlərimi qaytaraydılar"adlı layihəyə fakültəmizdə qoşuldu😍 -Əziyyət çəkən hər kəsə təşəkkür edirik.
@

22.12.2019 tarixində İdarə heyətimiz  fakültə tələbələrimiz ilə birlikdə Şahdağa gediblər⛷Əyləncəli və maraqlı gün yadda...
25/12/2019

22.12.2019 tarixində İdarə heyətimiz fakültə tələbələrimiz ilə birlikdə Şahdağa gediblər⛷Əyləncəli və maraqlı gün yaddaşlara həkk olunub.😍

Buda nəticə!BDU DEBAT KLUB-nun komandaları “Respublika Gənclər Debat Forumu: Payız 2019” layihəsi çərçivəsində azərbayca...
19/12/2019

Buda nəticə!BDU DEBAT KLUB-nun komandaları “Respublika Gənclər Debat Forumu: Payız 2019” layihəsi çərçivəsində azərbaycan və rus bölməsi üzrə çempion oldu! Böyük əməyin xoş nəticəsi. Həmçinin bizim fakültədən Səyyarə və Sona iştirak ediblər.

Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdürDünya tarixi sübut etmişdir ki, şəxsiy...
12/12/2019

Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Bu gün “Ali təhsil məktəbləri arasında Futzal yarışması” çərçivəsində Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqt...
06/12/2019

Bu gün “Ali təhsil məktəbləri arasında Futzal yarışması” çərçivəsində Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin yığmaları arasında final qarşılaşması baş tutub.

Nəticədə BDU Futzal Komandası 4 - 2 hesabı ilə qalib gələrək ÖLKƏ BİRİNCİSİ OLUB.

Möhtəşəm qələbə münasibəti ilə, 24 mindən çox üzvü olan BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi adından sponsoru olduğumuz BDU Futzal Komandasının hər bir oyunçusuna təşəkkür edir və uğurlarının davamlı olmasın arzu edirəm. Daim qələbə ümidi ilə, İRƏLİ!

"Tələbələrə də sözüm odur ki, bilikli olsunlar. Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil. Sovet vaxtın...
28/11/2019

"Tələbələrə də sözüm odur ki, bilikli olsunlar. Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil. Sovet vaxtında belə bir söz var idi: “tapş”, o, instituta “tapşla” daxil oldu. Əvvəllər sovet dövründə əsas məqsəd diplom almaq idi. Evlənmək üçün, yəni, elçiliyə getmək üçün diplomu var, yoxsa yox? Hə varsa, onda markası artır. Diplom heç nədir, bilin. Əgər bilik olmasa, savad olmasa müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir. Bilik olmalıdır. Çünki indi yeni peşələr açılır. Əvvəlki peşələrin bir çoxu sıradan çıxır." İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Gənclər Fondunun dəstəyi , Gənclər Turizmi İctimai Birliyi və Coğrafiya fakültəsinin Tələbə Həmkarlar Təşkila...
22/11/2019

Azərbaycan Gənclər Fondunun dəstəyi , Gənclər Turizmi İctimai Birliyi və Coğrafiya fakültəsinin Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə 20-21 noyabr tarixlərində Coğrafiya fakültəsində "Özünü İfadə Et" adlı təlim-seminar keçirilib.Seminarda tələbələrə Vloggerlik və Bloggerlik haqqında məlumat verilib.Həmçinin Turizm sahəsində uğur qazanmağın yolları barəsində də dəyərli məlumatlar verilib.Sonda yarış keçirilib,qaliblərə setifikat təqdim olunub.

Filologiya fakültəsində İ.Nəsiminin 650 illiyi ilə bağlı tələbələr arasında intellektual yarış keçirilib.Bakı Dövlət Uni...
18/11/2019

Filologiya fakültəsində İ.Nəsiminin 650 illiyi ilə bağlı tələbələr arasında intellektual yarış keçirilib.

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə bağlı Cəfər Xəndan adına 209 saylı auditoriyada intellektual yarış keçirilib. Filologiya fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nadir Rzazadə, sədr müavini Səkinə Aslanova və koordinator Fərid Məmmədov yarışa nəzarət ediblər. Klassik Azərbaycan ədəbiyyatını əhatə edən və test üsulu ilə baş tutan yarışda namizədlərə 30 sual təqdim olunub.
Qeyd edək ki, qaliblər pul mükafatı (I yer - 150 AZN, II yer 100 - AZN, III yer - 50 AZN) və diplomla təltif olunacaqlar. Qaliblərin mükafatlandırılması dekabrın 6-da BDU-nun Filologiya fakültəsinin təşəbbüsü ilə keçiriləcək İ.Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının açılış mərasimində baş tutacaq.

17 noyabr - Beynəlxalq Tələbə Günü münasibəti ilə 23 mindən çox  -lu timsalında bütün Azərbaycan tələbə kontingentin təb...
17/11/2019

17 noyabr - Beynəlxalq Tələbə Günü münasibəti ilə 23 mindən çox -lu timsalında bütün Azərbaycan tələbə kontingentin təbrik edir və uğurlar arzu edirik!

BDU Tələbə Yataqxanasında aparılan yenidənqurma işləri çərçivəsində, universitetin tələbə və müəllim heyyətinin iştirakı...
16/11/2019

BDU Tələbə Yataqxanasında aparılan yenidənqurma işləri çərçivəsində, universitetin tələbə və müəllim heyyətinin iştirakı ilə, həyatyanı sahənin yaşıllaşdırılması üçün ağacəkmə aksiyası keçirilmişdir.

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin idarə heyyəti və “həmkar könüllüləri” noyabrın 11-də Heydər Əliyev Fondu tərəf...
13/11/2019

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin idarə heyyəti və “həmkar könüllüləri” noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş! Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.
Aksiyada on min insan otuz min ağacı əkməkdən yana bir araya gəldilər. Yəni tam olaraq seçilmiş şüarı açıq - aydın göz önündə canlandırdılar.
Sonda “Həmkar könüllülər” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə şəkil çəkdirərək anı əbədiləşdiriblər!

Konstitusiyamızın əsasını, özəyini təşkil edən Azərbaycanın Milli Azadlığıdır, Suverenliyidir və Dövlət Müstəqilliyidir!...
12/11/2019

Konstitusiyamızın əsasını, özəyini təşkil edən Azərbaycanın Milli Azadlığıdır, Suverenliyidir və Dövlət Müstəqilliyidir! (H.Əliyev)

Address

Bakı Dövlət Universiteti
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when BDU THİK MexMat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share