30/05/2014
Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu iclası öz işinə başlayıb.
Moderator.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, gündəliyini təsdiq olunmasından sonra millət vəkili Iqbal Agazade çıxış edib:
İsmayıllı hadisələrinə görə həbs olunan İlqar Məmmədov, Tofiq Qaqublu, "Nida"çı gənclərin və başqalarının bu fərmanda azadlığa çıxacağı gözlənilirdi. Amma onlar bu dəfəki əfv siyahısına düşmədi. Bu gün Milli Məclisin yaz sessiyasının son iclasıdır. Amma parlament yenidən toplaşacaq. Təklif edirəm ki, amnistiya aktının ya da yenidən prezidentin imzası ilə əfv sərəncamının imzalanması və həmin gənclərin əfv olunması xalqda da yüksək əhval ruhiyyə yaradacaq. Bununla bağlı sizə də müraciət edirəm”.