06/12/2022
Bakıda təhsil lideriliyi üzrə beynəlxalq təlim proqramı təşkil ediləcək.
Dünyaca məşhur "FranklinCovey" şirkətinin ən qabaqcıl liderlik təlimi təhsil liderləri və pedaqoqlar üçün indi daha əlçatandır.
Bakıda ilk dəfə təşkil olunacaq “The Leader in Me Principal`s Academy” təlimi iştirakçılara öz güclü tərəflərini və inkişaf sahələrini qiymətləndirmə və çalışdıqları məktəblərin üzləşdiyi xroniki problemləri həll etmək üçün liderlik alətlərindən necə istifadə etməyi öyrənmə imkanı verəcək.
Cari ilin 16-17 dekabr tarixlərində Excelsior Hotel-də keçiriləcək 2 günlük təlimdə iştirakçılar FranklinCovey şirkəti tərəfindən təqdim edilən beynəlxalq sertifikat və gələcək beynəlxalq əməkdaşlıq imkanları əldə edəcəklər.
Qeyd edək ki, FranklinCovey şirkəti hazırda dünyanın 50-dən çox ölkəsində 6 minə yaxın məktəbdə şagird və təhsilverənlərin liderlik və digər sosial bacarıqlarının inkişafı istiqamətində təlim, koçluq və məsləhət xidməti göstərir.
Bilet əldə etmək üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:
▪️ https://iticket.az/events/seminar/principals-academy-the-4-roles-of-education-leaders/82288
▪️ Təlim proqramı barədə daha ətraflı məlumat üçün: (051) 634 7391
➖
▪️ (051) 634 7391
▪️ (051) 634 7391 | WhatsApp
▪️ www.fceazerbaijan.com
📍 Babək prospekti 10E (Rusel Plaza), AZ1025, Bakı, Azərbaycan
“Leader in Me” Direktorlar Akademiyası, dünyanın aparıcı məsləhət şirkətlərindən biri olan “FranklinCovey” şirkətinin əsas liderlik treninqini məktəb direktorları və təhsil liderlərinin ayağına gətirir. Bu iki günlük təlim proqramı rəhbərləri nəzarət əsaslı...