22/05/2026
Hüquq sahəsində uğurlu karyera qurmaq, xaricdə təhsil imkanlarını dəyərləndirmək və real təcrübələri birbaşa peşəkarlardan eşitmək istəyirsiniz? ⚖️✨
Bu suallara cavab tapmaq istəyən hər kəsi 24 may saat 20:00-da keçiriləcək “Hüquq paneli”nə dəvət edirik.
🎙️ Panel spikerləri:
Nərmin Abdulova - ROXCEL Holding-də hüquq məsləhətçisi kimi çalışır. Dövlət İdarəçilik Akademiyasında hüquq üzrə bakalavr, Mərkəzi Avropa Universitetində Beynəlxalq Biznes Hüququ üzrə magistr təhsili alıb və arbitraj sahəsində ixtisaslaşıb.
İlhamə Hüseynova - Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirib, “Swedish Institute” təqaüd proqramının qalibi olaraq Lund Universitetində magistr təhsili alıb.
Nəzrin Bayramlı - BAT Azərbaycanda hüquqşünas olaraq fəaliyyət göstərir və korporativ hüquq sahəsində çalışır.
Samirə Səfərova - Azərbaycan İnvestisiya Holdinqində tranzaksiyalar üzrə baş hüquq məsləhətçisidir. Daha əvvəl KPMG Hüquq Azərbaycan və beynəlxalq hüquq layihələrində fəaliyyət göstərib.
📌 Panel haqqında məlumat:
🗓️ 24 may
⏰ 20:00
💻 Onlayn
🗣️ Azərbaycan dili
💸 İştirak kənar iştirakçılar üçün ödənişsizdir.
💬 Paneldə danışılacaq mövzular:
✅ Hüquq sahəsində karyera planlaması
✅ Xaricdə magistr və təqaüd imkanları
✅ Internship və ilk iş təcrübəsi
✅ Networking və praktiki bacarıqlar
✅ CV, müsahibə və inkişaf yolları
✅ Q&A sessiyası
✨ Hüquq sahəsində inkişaf etmək və real təcrübələrdən öyrənmək üçün bu fürsəti qaçırmayın!
Qeydiyyat və ətraflı məlumat üçün “+” yazın 💞