Azərbaycan İdman Akademiyası

Azərbaycan İdman Akademiyası Azərbaycan İdman Akademiyasının rəsmi Facebook hesabı

Bakıda Beynəlxalq Cüdo Federasiyası Akademiyasının “Undergraduate Certificate as Judo Instructor” (UCJI) beynəlxalq təhs...
20/08/2026

Bakıda Beynəlxalq Cüdo Federasiyası Akademiyasının “Undergraduate Certificate as Judo Instructor” (UCJI) beynəlxalq təhsil proqramı çərçivəsində praktiki sessiya keçirilib. Sözügedən sessiyada Azərbaycan İdman Akademiyasının (ASA) “Məşqçilik” (idman növü - cüdo) ixtisasının tələbələri Tahir Bunyadov, Nicat Eyvazov, Səda Ağayev, Famil Əsədov, Yusif Əhmədov və proqram koordinatoru, Akademiyanın İdman tibbi tədqiqatları laboratoriyasının baş mütəxəssisi Sərdar Səfixanov iştirak ediblər.

Qeyd edək ki, tələbələrimizdən Famil Əsədov və Yusif Əhmədov 26–27 sentyabr tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçiriləcək “Sarajevo World Judo Championships Kata 2026” Dünya Çempionatına qatılacaqlar.

Hörmətli tələbələr,Sizi Azərbaycan Üzgüçülük Federasiyasında təcrübə keçməyə dəvət edirik.Təcrübə müddətində tələbələrə ...
20/08/2026

Hörmətli tələbələr,

Sizi Azərbaycan Üzgüçülük Federasiyasında təcrübə keçməyə dəvət edirik.

Təcrübə müddətində tələbələrə ödəniş ediləcək.

Təcrübə sahələri və meyarlarla bağlı ətraflı məlumat: https://tinyurl.com/5d8s68wb

19/08/2026

14–17 avqust tarixlərində Azərbaycan İdman Akademiyasında tədrisi ingilis dilində aparılan qruplara qəbul olmaq istəyən ...
18/08/2026

14–17 avqust tarixlərində Azərbaycan İdman Akademiyasında tədrisi ingilis dilində aparılan qruplara qəbul olmaq istəyən abituriyentlər üçün “İdman menecmenti və kommunikasiya” və “Məşqçilik” ixtisasları üzrə müsahibə mərhələsi keçirilib.

Müsahibə komissiyasında Gənclər və İdman Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin, müxtəlif idman federasiyalarının və ASA-nın nümayəndələri iştirak edib.

18/08/2026

2026/2027-ci tədris ili üzrə Azərbaycan İdman Akademiyasında əlavə ali təhsil almaq üçün qəbul prosesi davam edir.

Əlavə ali təhsil aşağıdakı ixtisaslar üzrə aparılır:

Adaptiv bədən tərbiyəsi
Ümumi fiziki hazırlıq
Kütləvi-sağlamlaşdırıcı idman
Fizioterapiya
İdman menecmenti və kommunikasiya
Məşqçilik

Qəbul prosesi https://portal.edu.az platforması üzərindən həyata keçirilir.

Azarbaycan İdman Akademiyasında 2025/2026-cı tədris ili üzrə Təhsil Tələbə Kreditinə müraciət etmiş tələbələrin statisti...
18/08/2026

Azarbaycan İdman Akademiyasında 2025/2026-cı tədris ili üzrə Təhsil Tələbə Kreditinə müraciət etmiş tələbələrin statistik yekun hesabatı

Azərbaycan İdman Akademiyasında (ASA) magistratura təhsil səviyyəsində “Məşqçilik” ixtisasının “İdman məşqinin nəzəriyyə...
17/08/2026

Azərbaycan İdman Akademiyasında (ASA) magistratura təhsil səviyyəsində “Məşqçilik” ixtisasının “İdman məşqinin nəzəriyyəsi” (idman növü üzrə) ixtisaslaşmasında I tədris ili tələbələri üçün beynəlxalq mütəxəssisin iştirakı ilə təlim keçirilir.

Təlim Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyinin İdman Ombudsmanı, Maribor Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Rozle Prezelj tərəfindən “İdmanda idarəetmə, etika və təhlükəsizlik üzrə müasir yanaşmalar” mövzusunda aparılır.

Sözügedən təlim çərçivəsində idmanda müasir idarəetmə modelləri, etik prinsiplərin idman mühitində tətbiqi və bu sahədə təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlər müzakirə edilir.

ASA-da əcnəbi mütəxəssislərin tədris prosesinə cəlb olunması tələbələrin qabaqcıl beynəlxalq təcrübə ilə tanış olmasına, nəzəri bilik və praktik bacarıqlarının inkişafına, eləcə də rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir.

Azərbaycan İdman Akademiyasında ingilis dilində tədris olunan ”Məşqçilik” və “İdman menecmenti və kommunikasiya” ixtisas...
17/08/2026

Azərbaycan İdman Akademiyasında ingilis dilində tədris olunan ”Məşqçilik” və “İdman menecmenti və kommunikasiya” ixtisaslarına müraciət edən abituriyentlər üçün 17 avqust - müsahibələrin son günüdür.

Yalnız müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi mərhələsində iştirak edə biləcəklər.

Azərbaycan İdman Akademiyasında ingilis dilində tədris olunan “Məşqçilik” və “İdman menecmenti və kommunikasiya” ixtisas...
14/08/2026

Azərbaycan İdman Akademiyasında ingilis dilində tədris olunan “Məşqçilik” və “İdman menecmenti və kommunikasiya” ixtisaslarına müraciət edən abituriyentlər üçün 15 avqust - şənbə günü də müsahibələr davam edir.

Yalnız müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi mərhələsində iştirak edə biləcəklər.

Address

Fatali Khan Khoyski Str. , 98, AZ 1072 Baku
Baku
1014

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125644731

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan İdman Akademiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Azərbaycan İdman Akademiyası:

Shortcuts

Share