25/06/2026
2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş Pedaqoji Şura iclası keçirildi. İclasda tədris ili ərzində görülmüş işlərə dair illik hesabatlar dinlənildi, əldə olunan nəticələr təhlil edilərək geniş müzakirələr aparıldı. Həmçinin növbəti tədris ili üçün qarşıda duran vəzifələr müəyyənləşdirildi.
Tədbirin sonunda il ərzində öz fəaliyyəti, təşəbbüskarlığı və uğurları ilə fərqlənən müəllimlər məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olundular. Onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər və uğurlar arzulandı.
25/06/2026
Məktəbimizin sertifikasiya imtahanında uğur qazanan müəllimlərini rəhbərlik və kollektivimiz adından ürəkdən təbrik edirik. Onların əldə etdikləri bu nailiyyət peşəkarlıqlarının, zəhmətlərinin və müəllimlik fəaliyyətinə olan məsuliyyətli yanaşmalarının göstəricisidir. Dəyərli müəllimlərimizə gələcək fəaliyyətlərində yeni uğurlar, möhkəm cansağlığı və daha böyük nailiyyətlər arzulayırıq. Uğurlarınız davamlı olsun!
18/06/2026
Müəllimimizin uğuru!
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində məktəbin biologiya müəllimi Quliyeva Aişə 54 bal toplamışdır.
Bu münasibətlə müəllimimizi təbrik edir və ona bundan sonra da pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.
16/06/2026
19.05.2026-cı il tarixində məktəbin psixoluqu yuxarı sinif şagirdləri ilə "Zərərli vərdişlərə yox deyək"mövzusunda maariflənfirici görüş keçirildi.Görüş zamanı şagirdlərlə siqaret,alkoqol,narkotik vasitələr və digər zərərli vərdişlərin insan orqanizminə və gələcək həyatına təsiri haqqında söhbət aparıldı.Şagirdlər mövzuyla bağlı fikirlərini bölüşdülər,onları maraqlandıran suallar cavablandırıldı və sağlam seçimlər etməyin vacibliyi barədə tövsiyyələr verildi.
16/06/2026
16.04.2026-cı il tarixində məktəbin psixoloqu Nərgiz Səfərova tərəfindən “Valideynlərin və şagirdlərin internetdəki təhlükələr barədə məlumatlandırılması” məqsədilə görüş keçirildi.Maarifləndirmə zamanı şagirdlər internetdə qarşılaşa biləcəkləri təhlükələr barədə məlumatlandırıldı,onlara təhlükəsiz internet qaydaları barədə məlumat verildi.Valideyn nəzarətinin əhəmiyyəti və təhlükəli vəziyyətlərdə düzgün davranış qaydaları izah edildi.Şagirdlərin sualları cavablandırıldı.
14/06/2026
Məktəbimizin 5C sinif şagirdi Məhəmməd Məmmədli Rövşən oğlu beynəlxalq Kənquru Riyaziyyat Olimpiadasında yüksək nəticə göstərərək Qızıl medala layiq görülmüşdür. Şagirdimiz 24 sualın hamısını düzgün cavablandıraraq əla nəticə nümayiş etdirmiş və məktəbimizin adını layiqincə təmsil etmişdir.
Bu möhtəşəm uğur münasibətilə şagirdimizi ürəkdən təbrik edir, ona gələcək təhsil həyatında və beynəlxalq müsabiqələrdə yeni nailiyyətlər arzulayırıq.
Eyni zamanda, bu uğurun qazanılmasında əməyi olan məktəb rəhbərliyini, müəllimləri və valideynlərini səmimi qəlbdən təbrik edir, göstərdikləri diqqətə, zəhmətə və dəstəyə görə onlara dərin təşəkkürümüzü bildiririk. Bu uğurun davamlı olmasını və məktəbimizə yeni qələbələr gətirməsini arzulayırıq.
13/06/2026
335 nömrəli tam orta məktəbdə məzunlar üçün ən yaddaqalan günlərdən biri olan "Son Zəng" tədbiri böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak edərək məzunları təbrik etdilər, onlara gələcək həyatlarında uğurlar arzuladılar.
Bayrağımızın ucaldılması və Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəblilərin hazırladıqları şeir, mahnı və rəqs nömrələri təqdim olundu. Xüsusilə 1-ci sinif şagirdlərinin səmimi və rəngarəng çıxışları tədbirə xüsusi rəng qatdı. Balaca məktəblilər məzunlara ən xoş arzularını çatdıraraq şeirlər səsləndirdilər, mahnılar ifa etdilər və onlara uğurlu gələcək arzuladılar. Onların çıxışları iştirakçılar tərəfindən böyük alqışlarla qarşılandı.
Məzunlar isə məktəb illəri ilə bağlı duyğularını bölüşərək müəllimlərinə və valideynlərinə minnətdarlıqlarını ifadə etdilər. Sonda ənənəvi "Son Zəng" səsləndirildi və məzunlar yeni həyat mərhələsinə doğru ilk addımlarını atdılar.
Unudulmaz anlarla yadda qalan tədbir məzunlar, müəllimlər və valideynlər üçün xoş xatirələr bəxş etdi.
09/06/2026
İlk addımların ən rəngarəng təqdimatı – 0 “B” sinfi Əlifba Moda Şousunda
Muradova Sevda müəllimənin 0 “B” sinfinin balaca məzunları tədris ili boyunca öyrəndikləri hərfləri, sözləri və bacarıqları rəngarəng Əlifba Moda Şousunda təqdim etdilər.
5 yaşlı fidanlarımız ilk məktəb pilləsini uğurla başa vuraraq məktəbə hazırlıq mərhələsindən məzun oldular. Onların sevincini, yaradıcılığını və əldə etdikləri nailiyyətləri əks etdirən bu tədbir unudulmaz anlarla yadda qaldı.
Balaca məzunlarımıza gələcək təhsil həyatlarında uğurlar arzulayırıq!