Meh Ədəbi Dərnəyi

Meh Ədəbi Dərnəyi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Meh Ədəbi Dərnəyi, College & University, Baku.

Photos from Meh Ədəbi Dərnəyi's post 28/10/2023

ADPU-da "Qərbi Azərbaycana doğru - Vətən bizi səsləyir" mövzusunda tədbir keçirilib

Oktyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qərbi Azərbaycan İcması (QAİ) ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Qərbi Azərbaycana doğru - Vətən bizi səsləyir" mövzusunda tədbir keçirilib.Tədbirdə Milli Məclisin deputatları, ictiami-siyasi xadimlər, elmi-pedaqoji ictimaiyyətin nümayəndələri və Qərbi Azərbaycan ziyalıları iştirak ediblər.Tədbirdən əvvəl Filologiya fakültəsi tərəfindən hazırlanan "Zəfər guşəsi”nin açılışı olub.Sonra ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovanın dəstəyi və təşəbbüsü ilə keçirilən tədbirdə iştirakçılar, Qərbi Azərbaycanın folklor sənəti nümunələri, tarixi, etnoqrafiyası ilə bağlı kompozisiyalar, kitab sərgisi və Dərələyəz mahalının tanınmış simalarının fotoşəkilləri ilə tanış olub, universitetdəki Heydər Əliyev muzeyini ziyarət ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə giriş sözü ilə Çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda Dövlət Bayrağını ucaltmasını xatırladaraq, bu gün xalq olaraq möhtəşəm tarixi dövr yaşadığımızı vurğulayıb.O bildirib edib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətinin layiqli sərkərdəsi olan cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan öz gücü hesabına ərazi bütövlüyü və suverenliyini bərpa etdi, bu gün nəinki Qarbağ və Şərqi Zəngəzura qayıdırıq, eyni zamanda Qərbi Azərbaycana qayıdış konsepsiyasının reallaşdırılmasına başlanılıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekani v.i. e., QAİ-nin Dərəlǝyǝz mahalının Keşkənd rayonu üzrə icma sədri, prof. Mahirə Hüseynova və Paşalı rayonu üzrə icma sədri Faiq Xudayev mövzu ətrafında geniş məruzələr etdi.
Məruzələrdə Qərbi Azərbaycan irsinin araşdırılması, Respublika və beynəlxalq səviyyədə təbliği bu gün informasiya və elm cəbhələrimizin önündə duran vacib vəzifələr kimi qeyd olunmuşdur.Bu istiqamətdə əsaslı elmi araşdırmaların aparılmasında mərhum akademik Həsən Mirzəyevin miqyaslı tətqiqatlarının mühüm mənbə rolunu oynadığı məruzəçilərin çıxışlarında xüsusi vurğulanmışdır. Tədbirdə çıxış edənlərdən Milli Məclisin deputatları Fəzail Ağamalı, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, İcma nümayəndələrindən Səməd Vəkilov və Məhəmməd Rəsuloğlu, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, akademik Abel Məhərrəmov və başqaları əzəli torpaqlarımıza qayıdışla bağlı ali təhsil müəssisələrində bu tip geniş maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulamışlar.
Tədbir incəsənət nümayəndələri - Aşıq Ədalət, Aşıq Əli və Aşıq və Meh Ədəbi Dərnəyinin üzvlərinin ifasında bədii hissə ilə davam etmişdir. Meh Ədəbi Dərnəyinin qiraətçiləri - Həşimzadə Leyla,Gülbahar Həsənli, Şəbnəm Həmidova, Aytac Muradlı, Zəhra İskəndərli, Əli Axundov çıxışlar etmişlər.

Photos from Meh Ədəbi Dərnəyi's post 14/10/2023

Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya

13 oktyabr 2023 - cü il tarixində YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya təşkil edilib. Tədbirdə Meh Ədəbi Dərnəyinin rəhbəri Raman İsmayılov və idarə heyətinin üzvləri iştirak ediblər.
Eskskursiya zamanı YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi üçün gördüyü misilsiz işlərdən söhbət açıb. Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə toxunan M. Nağıyev vurğulayıb ki, bu illər ərzində ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail olub.
Ekskursiyaya qatılan YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov gənclərə Azərbaycanın inkişaf yolundan, əldə olunan nəaliyyət və inkişafdan bəhs edib.
Ekskursiya çərçivəsində idarə heyəti müxtəlif xalça sərgiləri və muzeyin kitabxanası ilə yaxından tanış olmuş, Azərbaycanın xalça mədəniyyəti barədə geniş məlumatlar əldə etmişlər. Sonda Meh Ədəbi Dərnəyinin rəhbəri Raman İsmayılov qeyd edib ki, Azərbaycan xalçaçılıq sənətinin çox dərin kökləri var və bu sahə geniş şəkildə tədqiq olunmalıdır, gənclər bu sahəyə öz təşəbbüslərini göstərməlidirlər. Elə bu marafonun başlanğıcı olaraq Meh Ədəbi Dərnəyi ilə Azərbaycan Milli Xalça Muzeyi arasında əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə bağlı təkliflər planının hazırlanmasına qərar verilib.

09/10/2023

21 - ci əsr kitab əsridir. Sən də "Kitab Əsri" nə qoşul, zamanın adamı, əsrin qəhrəmanı ol!

Əziz gənclər! Meh Ədəbi Dərnəyi "Kitab Əsri" layihəsinə start verir. Layihənin məqsədi təhsil alanların kitab oxuma bacarıqlarının təkmilləşdirilməsi, stabil kitaboxuma mühitinin yaradılması, əyləncəli müzakirə və oyunlar vasitəsiylə bilik və bacarıqlara yiyələnməkdir.
Layihədə nəzərdə tutulub:
-Yep-yeni formatda kitab mütaliələri;
-Açıq havada kitab müzakirəsi;
-Əyləncəli oyunlar vasitəsiylə disskussiyalar;
-Kitab oxuma bacarıqlarının təşmilləşdirilməsi üçün təlimlər;
-Müxtəlif ev muzeylərinə ekskursiya;
-Şair və yazıçılarla görüş;
-Bir - birindən maraqlı missiyalar ;
-Və s. / Və s. / Və. S

İndicə qeydiyyatdan keç, qoy sənə də "Əsr" in adamı desinlər!
Qeydiyyat və əlavə məlumat üçün: (+994 55 821 30 99)

Photos from Meh Ədəbi Dərnəyi's post 06/10/2023

İnsan resusları şöbəsinin üzvləri il görüş keçirilib

6 oktyabr 2023-cü il tarixində Meh Ədəbi Dərnəyi İnsan resusları şöbəsinin üzvləri ilə görüş keçirilib. Görüşdə Meh Ədəbi Dərnəyinin rəhbəri Raman İsmayılov, əsas idarə heyətinin üzvləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Raman İsmayılov Lalə Həmidlini İnsan resursları şöbəsinin yeni müdiri təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətlərinə uğurlar arzu edib. Daha sonra "Kitab Əsri" ön planda olmaqla yeni strart götürəcək layihələr barədə məlumat verdi. Eləcə də görüşdə müxtəlif mövzular - səhnə qorxusu və həyəcanın idarə edilməsi, uğur üçün ilk addım, bacarıqlı insanların vərdişləri barədə danışıldı
Görüşün növbəti hissəsi sual - cavab sessiyaları ilə davam etdi - "Bir günün necə keçir?" başlıqlı sorğular isə üzvlər tərəfindən böyük maraqla qarşılandı.
Sonda üzvlərin təklifləri dinlənilib və sualları cavablandırılıb. Görüş xatirə şəkillərinin çəkilməsi ilə sona çatıb.

04/10/2023
Photos from Meh Ədəbi Dərnəyi's post 28/09/2023

Meh Ədəbi Dərnəyinin rəhbərlik heyətinin nümayəndələri Tarix və coğrafiya fakültəsində olublar

23 may 2023 - cü il tarixində Meh Ədəbi Dərnəyinin rəhbərlik heyəti Tarix və coğrafiya fakültəsində olublar. Rəhbərlik hekətini qarşılayan fakültə dekanı Asif Axundov Tarix - coğrafiya fakültəsində təşkilatların ictima fəaliyyətinin önəmli yer tutduğunu qeyd edərək Meh Ədəbi Dərnəyinin də burada uğurla fəaliyyət göstərdiyini bildirib və fəaliyyətlərinin fakültə rəhbərliyi tərəfindən tam dəstəkləndiyini vurğulayıb. Daha sonra "MEH" də tələbələr üçün yaradılan şəraiti yüksək qiymətləndirərək Meh Ədəbi Dərnəyinin təsisçisi, ADPU - nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı v.i.e, prof. Mahirə Hüseynova başda olmaqla Meh Ədəbi Dərnəyi rəhbərliyinə təşəkkürünü bildirib.
Meh Ədəbi Dərnəyinin rəhbəri Raman İsmayılov göstərdiyi diqqətə görə Asif Axundova minnətdarlığını bildirib və Tarix - coğrafiya fakültəsinin tələbələrinin Meh Ədəbi Dərnəyində yüksək aktivlik göstərdiklərini vurğulayıb.
Daha sonra rəhbərlik heyəti fakültəyə yeni qəbul olmuş birinci kurs tələbələri ilə görüşmüş və onlara Meh Ədəbi Dərnəyinin fəaliyyətləri barədə məlumat vermişlər.

Photos from Meh Ədəbi Dərnəyi's post 21/09/2023

Tələbə təşkilatlarının forumu

21 sentyabr 2023 - cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin böyük zalında Filologiya fakültəsinin təşkilatçılığı ilə tələbə təşkilatlarının forumu baş tutub. Görüşdə Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, f.ü.f.d Könül Həsənova, təşkilat rəhbərləri və Filologiya fakültəsinin birinci kurs tələbələri iştirak etmişlər.
Açılış nitqi ilə çıxış edən Könül Həsənova ilk növbədə müzəffər Azərbaycan ordusunun antiterror əməliyyatlarında canını fəda etmiş şəhidləri 1 dəqiqəlik sükuta dəvət edib. Daha sonra Filologiya fakültəsinin uğurlarından danışan Könül Həsənova qeyd edib ki, bu gün də Filologiya fakültəsi yeni tələblərini qarşılayır. Bu tələbələrin hər biri ölkəmizin gələcəyi, fakültəmizin gələcək uğurlarıdır. Sonda ictima fəaliyyətin tələbələr üçün əhəmiyyətindən danışaraq sözü tələbə təşkilatlarına vermişdir.
Çıxış üçün söz Meh Ədəbi Dərnəyinin rəhbəri, Raman İsmayılova verilib. O, Meh Ədəbi Dərnəyinin məqsədi, fəaliyyət və uğurları haqqında ətraflı məlumat verərək bildirib ki, 2019 - cu ildə ADPU - nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı v.i.e, prof. Mahirə Hüseynovanın təşəbbüsü ilə yaradılan Meh Ədəbi Dərnəyi ölkə və dünya miqyasında böyük layihə və tədbirlər həyata keçirmiş, uğurlar əldə etmişdir. Daha sonra Meh Ədəbi Dərnəyi barədə videoçarxın nümayiş olunması ilə çıxışını yekunlaşdırıb.
Daha sonra söz ADPU UNECSO klubunun prezidenti Əhməd Babaşova verilib. Beynəlxalq təşkilat olan UNESCO - nun fəaliyyətləri barədə məlumat verən Əhməd burada tələbələr üçün yaradılan şəraiti diqqətə çatdırıb və UNESCO barədə videoçarxı təqdim edib.
ADPU Yeni Klub barədə isə klubun rəhbəri İsmayıl Nəsirov çıxış edib. O, yeni fəaliyyətə başlayan klubun fəaliyyətlərindən və imkanlarından söz açıb.
Tədbirin davamında söz Tələbə Gənclər Təşkilatının sədri Təhmasib İmaməliyevə verilib. ADPU TGT - nin fəaliyyəti, strukturu və uğurları barədə geniş məlumat verən T. İmaməliyev qeyd edib ki, gənclərin ictima fəaliyyətinin artırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi ilə yeni layihələr həyata keçiriləcəkdir.
ADPU ENACTUS barəsində isə komandanın prezidenti Şahin Məmmədli məlumat verərək beynəlxalq layihə olan ENACTUS - un gənclərin biznes və sahibkarlıq ideyalarının reallaşdırılması üçün böyük fürsət olduğunu diqqətə çatdırmış və komandanın uğurları barədə danışmışdır.
Daha sonra söz ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin sədri Nərgiz Quluzadəyə verilib. O, şagirdə tələbə dəstəyi və tələbəyə tələbə dəstəyi ideyaları ilə çıxış edən ADPU TKTB - nin fəaliyyətlərini diqqətə çatdırmış və burada gənclər üçün yaradılan səmimi ortam və onların inkişafı üçün hazırlanmış layihələr barədə danışıb.
ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsi haqqında isə təşkilatın sədr müavini Cəmilə Qurbanova məlumat verərək burada tələbələrin maddi imkanına dəstək olmaq üçün çoxlu işlər görüldüyünü və təşkilatın üzvlərinin çoxlu uğurlar əldə etdiyini diqqətə çatdırıb.
Sonda isə Meh Ədəbi Dərnəyinin üzvü Əlibəy Ələkbərli tələbələrlə öz səmimi fikirlərini bölüşmüş və onlara uğurlar arzu etmişdir. Daha sonra qiraətçi Cəmilə Məmmədovanın ifasında Mahirə Nağıqızının "Mən səni özüm kimi" şeirinin səsləndirilməsi ilə tədbir başa çatıb.

Photos from Meh Ədəbi Dərnəyi's post 18/09/2023

Birinci kurs tələbələri ilə görüş

18.09.2023 tarixindən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olmuş birinci kurs tələbələri ilə silsilə görüşlərə strart verilib. İlk görüş ADPU - nun Filologiya fakültəsinin 2307,2308 qruplarının tələbələri ilə baş tutub.
Görüşdə Meh Ədəbi Dərnəyinin rəhbəri Raman İsmayılov, rəhbərin ll müavini Günay Bayramova və Qiraətçilər bölməsinin aktiv üzvləri - Cəmilə Məmmədova, Könül Babayeva iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Raman İsmayılov fakültəyə yeni qəbul olmuş tələbələri təbrik edib. Daha sonra ictima fəaliyyətin əhəmiyyəti barədə danışaraq Universitetdə fəaliyyət göstərən təşkilatların, xüsusilə də Meh Ədəbi Dərnəyinin fəaliyyəti, əhəmiyyət və gənclər üçün yaratdığı şəraiti barədə məlumat verib. Həmçinin qeyd edib ki, Meh Ədəbi Dərnəyi ADPU - nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı v.i.e, prof. Mahirə Hüseynovanın təşəbbüsü ilə yaradılıb və burada görülən bütün işlər, tələbələr üçün yaradılmış bütün şəraitlər onun adı ilə bağlıdır.
Görüşdə Meh Ədəbi Dərnəyinin fəaliyyətlərinə dair videoçarxlar nümayiş olunub və sonda tələbələrin sualları cavablandırıb, xatirə şəkilləri çəkdirilib.

Photos from Meh Ədəbi Dərnəyi's post 05/05/2023

"Disleksiya: Öyrənmə çətinliyi" adlı təlim keçirilib

4 may 2023-cü il tarixində Meh Ədəbi Dərnəyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində öyrənmə çətinliyi mövzusunda təlim keçirilib. Pedaqoq Günel Abdullayevanın təqdimatı ilə baş tutan təlimdə disleksiyalı uşaqların öyrədilməsi yolları, onlarda bacarıqların formalaşdırılması, disleksiyalı uşaqlarla davranış qaydaları və s. barədə danışılıb. Həmçinin təlimdə dünyaca məşhur alimlərin disleksiya problemləri olduğu və bu cür şəxslərin qeyri - adi zəkaya sahib olması barədə məlumatlar verilib.
Günel Abdullayeva sonda iştirakçıların suallarını cavablamış və xatirə şəkilləri çəkirdirilmişdir.

Photos from Meh Ədəbi Dərnəyi's post 03/05/2023

"Kitab Əsri" çərçivəsində maraqlı dərs keçirilib

Meh Ədəbi Dərnəyinin elan etdiyi "Kitab Əsri" layihəsi çərçivəsində 3 may 2023 tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində tələbələrin marağına səbəb olan dərs baş tutub. Müasir Azərbaycan Dili kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Könül Həsənovanın təqdimatı ilə tələbələrdə kitaba qarşı maraq oyatmaq, kitablara əlçatanlığın təmin edilməsi və dərs prosesində tələbələrin bilvasitə olaraq kitablarla dərs arasında əlaqəni qurulmasına şərait yaratmaq məqsədi ilə dərs keçirilib. Dərsdə tələbələr özlərinin ən sevdikləri əsər barəsində maraqlı təqdimatlarla çıxış ediblər. K. Həsənova kitab oxumağın faydaları və əhəmiyyəti barədə çıxış etmiş və bir sıra kitablar barədə məlumat vermişdir. Müəllim həmçinin bunu digər dərs qruplarda da tətbiq etməyə başlayıb.
Dərs prosesində həm də tələbələr könüllü olaraq kitab mübadiləsi aparmış bir - birinə 20-dən çox kitablar təqdim etmişlər.
Qeyd edək ki, Meh Ədəbi Dərnəyinin elan etdiyi "Kitab Əsri" layihəsi tələbə və müəllimlər arasında maraqla qarşılanmış və layihəyə böyük maraq yaranmışdır.

Photos from Meh Ədəbi Dərnəyi's post 08/04/2023

"İntellektual Mehçilər" layihəsinə start verilib

Meh Ədəbi Dərnəyinin 08.04.2023-cü il tarixində Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "İntellektual Mehçilər" layihəsinə start verilib. Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi və dünyagörüşlərinin artırılması istiqamətində həyata keçirilən layihə bu dəfə İbtidai təhsil, İncəsənət və fiziki tərbiyə fakültələrinin tələbələri arasında keçirilib. Yarışın komissiya heyətində İbtidai təhsilin pedaqoqikası kafedrasının baş müəllimi, p.ü.f.d Xəyalə Məmmədova, eləcə də Meh Ədəbi Dərnəyinin rəhbərlik heyətinin nümayəndələri iştirak etmişlər.
Yarış Azərbaycan Dövlət Himninin oxuması və şəhidlərin sükutla anılması ilə başlanıb.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan oyunda “İnqilab” komandası I yerə, “Qırmızı Günəş” komandası II yerə, “Oğuz eli” komandası III yerə layiq görülmüşdür. Qaliblər və iştirakçilar kubok, diplom, sertifikat və simvolik vətənpərvərlik hədiyyələri ilə mükafatlandırılıblar.
Qeyd edək ki, layihə uğurla davam edir.

Photos from Meh Ədəbi Dərnəyi's post 13/03/2023

Meh Ədəbi Dərnəyinin əsas idarə heyətinin üzvləri yeni vəzifəyə təyin olunublar

Meh Ədəbi Dərnəyi rəhbərinin müavinləri - Əhmədağa Babaşov və Banuçiçək Nəcəfzadə ictima fəaliyyətlərində növbəti uğura imza ataraq yeni vəzifəyə təyin olunublar. Belə ki, Azərbaycan UNESCO Klubları Assosiasiyasının təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) UNESCO klubu yaradılmış və müxtəlif vəzifələr üzrə vakansiyalar elan edilmişdir. Həmin müsabiqəni uğurla tamamlayan Əhmədağa Babaşov ADPU UNECSO klubunun prezidenti, Banuçiçək Nəcəfzadə isə vitse - prezidenti vəzifəsinə təyin olunublar. Bu münasibətlə gənclərimizi təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzu edirik!
BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO dünyanın təhsil, elm və mədəniyyət sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Azərbaycan-UNESCO münasibətləri müstəqil şəkildə inkişaf etməyə başlamış və Azərbaycan Respublikasının I Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın gördüyü işlər nəticəsində keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyaraq çoxsaylı uğurlar əldə olmuşdur.
UNESCO-nun ölkələr ilə əməkdaşlığı müxtəlif təsisat, platforma və proqramlar üzərindən həyata keçirilir. Belə platformalardan biri də UNESCO klublarıdır. Bu gün klubların sayı 78 ölkəni əhatə etməklə 4194-ə çatmışdır.
Bü cür klubların yaradılması əsas məqsədi UNESCO-nun elm, təhsil və mədəniyyət sahələrində ideya və prinsiplərinin geniş təbliğ olunması, habelə qeyd olunmuş sahələrdə həm ölkədaxilində, həm də beynəlxalq müstəvidə təcrübə mübadiləsinin həyata keçirilməsidir. UNESCO klubları vasitəsi ilə uşaq və gənclər müxtəlif yerli və beynəlxalq layihələrə və könüllülük fəaliyyətinə cəlb olunurlar.
Azərbaycan UNESCO Klublarının əsas fəaliyyət istiqamətləri təhsil və mədəniyyət, gender bərabərliyi, gənclərin fərdi inkişafı, dayanaqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dəstək, innovativ düşüncə tərzinin təbliğ olunmasıdır.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


Baku