24/07/2024
KİTABLA ƏLAQƏLİ İLKİN TƏƏSÜRATLAR!!!
Yaxın gələcəkdə işıq üzü görəcək bir çalışmam ilə əlaqəli bəzi əsərləri tədqiq etməli oluram. Bu səbəblə yaxında Azərbaycanda da işıq üzü görəcək bir tərcümə kitabının orjinalını əldə etdim. (şəklini paylaşdığım kitab). Kitab hədis inkarçısı Emre DORMAN - a aiddir. -Hədislərə etibar etmədiyini özü şəxsən ifadə edir-.
Əlbəttə kitabın tamamını mütaliə etməmişəm. hələlik. Fəqət bir əsərlə əlaqəli ümumi məlumat üçün önsöz/giriş bölməsini oxumaq kifayət edir. Bu baxımdan kitabla əlaqəli fikirlərimi bölüşürəm. məqsədim Azərbaycanda yayınlananda kitabı oxuyacaqların qarşılaşa biləcəkləri təhlükəyə diqqət çəkməkdir.
Bu kitabı hədis inkar edənlərin bəzi fikirlərini görmək və öyrənmək məqsədi ilə oxuyuram. Doğruları qəbul edəcəm. Fəqət yalnışlarını uyğun üslubla izah etməyə çalışacam.
- Kitabın əsas məqsədi saf, təmiz, Allahın istədiyi islama diqqət çəkmək olduğu bildirilsə də ən əsas məqsəd hədislərin etibarlı olmadığı, ən səhih mənbələrdə olsa belə ağıl və məntiqə müvafiq gəlmədiyinə görə insanları dindən soyutduğu fikrini qabartmaq və insanlarda hədislər qarşı ikrah hissi yaratmaqdır.
- Kitab elə bir dillə və ifadələrlə yazılıb ki, dini sahədə əsas bilgiləri bilməyənləri rahatlıqla ovsunlaya bilər. Çünki kitabı oxuyan kimsə elə bilir ki, bütün hədislər elə uydurmadır. Və islamda söz sahibi olmuş alimlər, irfan əhli və s. hamısı dinə yenilik qatmaq bir sözlə din uydurmaq üçün fürsət axtarıb. Halbuki uydurma hədislərə qarşı aparılan mübarizə və qələmə alının əsərlər elm dünyasına məlumdur. Əlbəttə hədisləri seçmədən, araşdırmadan istifadə edənlər hər dövrdə olub və bundan sonra da olacaq. Bunlara baxaraq bütün elm əhlini etibarsızlaşdırmaq insaflı yanaşma deyil.
- Müəllif islam dünyasında meydana gələn bütün nöqsanları, hətta müsəlmanlar arasında meydana gələn müharibələri də hədislərə bağlayır. Sanki müsəlmanlar hədislərdən istifadə etdiklərinə görə öz-özləri ilə müharibə ediblər. Fəqət bu müharibə və iğtişaşların siyasi və dünyəvi mənfəət səbəbilə olduğu hamıya bəllidir.
- Müəllif hədislərə görə insanların dindən döndüyünü və hədis oxuduğu üçün və ağla, məntiqə ziddiyyət təşkil etdiyinə görə ateist olduğunu söyləyir. Ateislərin sadəcə quran oxuduğu üçün dinə gəldiyini iddia etmək nə qədər həqiqəti əks edir. Əksinə Quran oxuyub ateist olanlar da az deyil. Çünki Qurani kərimdə sadəcə dünyəvi ağılla izah edilə bilməyəcək çox mövzular var. Əslində bu mövzular məhz rəvayətlərlə başa düşülür və mənası ayan olur.
- Elm dünyasına bəllidir ki, hədislər heç də sadəcə ağıl və məntiqlə uyğunlaşdırılaraq səhihliyi müəyyənləşdirilmir. Çünki ağla-məntiqə uyğun olan rəvayətlər də az deyil. Bir hədisin Hz. Peyğəmbərə aid olduğu bu sahənin elmi metodları ilə təyin edilmiş üsullarla təyin edilir.
- Müəllif hədislərə yəhudi və xristian mənbələrdən çox məlumatlar keçdiyini söyləyərək hədislərin əksəriyyətinin bunlardan olduğu havası əsdirərək dinin yaşanmaz hala gətirildiyini iddia edir. Bu səpkidə rəvayətlərin ola biləcəyini qəbul etməklə yanaşı bunların əxlaqı mövzularda olmasının Hz. Peyğəmbərin bildirməsi ilə müşkil təşkil etmədiyi görülür.
- Haqlı olaraq bəzi din adamlarının süzgəcdən keçirmədən dini məlumat və rəvayətləri istifadə etdiklərini deyir müəllif. Bunu hamı qəbul edir. Fəqət bunların günahını bütün hədislərə yükləmək nə qədər insaflıdır siz qərar verin.
- Din məsələsində peyğəmbərdən başqa heç kimin yanılmayacağına zəmanət olmadığını deyir. Doğrudur. Biz də əlimizdəki səhih hədislərin elə peyğəmbərin izahları olduğunu deyirik. Uydurma hədislərə biz də düşmənik. Bir hədisin səhih sayılması üçün nə qədər çətin mərhələlərdən keçdiyini və nə qədər ciddi elmi əsaslarla incələndiyini bu sahənin mütəxəssilərinə bəllidir. Bu metodların heç birini işlətmədən, tamamilə tərəfli yanaşma ilə, hətta ən bəsit qayda sayılan mövzu ilə əlaqəli bütün rəvayətləri bir araya toplama zəhmətini göstərmədən kefinə görə hədislərə uydurma damğası vurmaq elmlə məşğul olana yaraşan davranış deyil.
- Müəllif ən səhih mənbələrdən (Buxari, Müslim) dən izahı çətin rəvayətləri seçərək “Baxın sizin ən güvənli mənbələrinizdə belə bol miqdarda uydurma hədis var” havası əsdirərək bu mənbələri və sahiblərini sıradanlaşdırır və etibar sarsması yaradır.
Giriş/önsöz mahiyyətində oxuduğum qisimdən bəlli olur ki, təməl məlumatları -ələlxüsus hədis elmi sahəsində-olmayanları bu kitabı oxuması şübhə yaratmaq üçün kifayətdir. Bir neçə təhlükəli nişanları göstərərə və anladaraq bir adama avtomobili əmanət etmək və trasa çıxartmaq nə qədər təhlükəlidirsə, bir neçə izahı çətin olan rəvayətləri göstərərək din sahəsində fikir bildirməyə yönləndirmək də o qədər təhlükəlidir. (Yazacaq çox şey var. Hələlik bu qədər yetər.)
Sahəmlə əlaqəli olduğuna görə yaxın zamanda müəllifin seçmiş olduğu və tənqid etmək üçün əlindən gəldiyi səyi göstərdiyi rəvayətlər bölməsini oxuyaraq sizinlə fikirlərimi paylaşacağam.
p.s. Yaxında Azərbaycanda çap ediləcək bu kitabın Azərbaycan dini maariflənmə mühiti üçün təhlükəli ola biləcəyini düşünürəm.
17/10/2023
17/10/2023
07/11/2021
17/10/2021
05/10/2021
19/07/2021
26/06/2021
28/05/2021
25/05/2021
12/05/2021
28/04/2021