14/09/2026
🎓 2025–2026-cı tədris ilində Bakı şəhəri Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta ümumtəhsil məktəbinin ali məktəbə qəbul zamanı yüksək nəticə göstərən məzunlarını qürurla təqdim edirik! 🌟
Bu il məktəbimizin 63 məzunu ali təhsil müəssisələrinə qəbul olub. Onlardan bir çoxu 400–500-dən yuxarı, 2 məzunumuz isə 600-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib.Tələbə adını qazanan bütün məzunlarımızı, onların valideynlərini və bu uğurun əldə olunmasında böyük əməyi olan müəllimlərimizi səmimi-qəlbdən təbrik edirik!
Şagirdlərimizin qazandığı hər bir uğur məktəb kollektivinin də böyük sevincidir.
Bütün məzunlarımıza tələbəlik həyatlarında uğurlar, yeni-yeni nailiyyətlər və parlaq gələcək arzulayırıq! 🎓✨