19/05/2026
2000+ iştirakçı arasından sıyrılıb fəxri 4-cü olmaq?! Bəli, bu Mehdi Həbibzadənin növbəti uğurudur! 🔥
ADA Universitetinin təşkil etdiyi VIII İngilis Dili Olimpiadasında kursumuzun ulduz şagirdi Mehdi inanılmaz nəticə göstərərək hamımızı sevindirdi.
AlgoMath təqaüdçümüz olan Mehdi, akademiyamızda akademik ingilis dili pilləsini uğurla keçib, indi isə SAT zirvəsini fəth etməyə hazırlaşır. Biz onun potensialına hər zaman güvənmişik və bu nəticə bizim üçün sürpriz olmadı!
Mehdini ürəkdən təbrik edir və gələcək akademik yolunda hər zaman arxasında olduğumuzu vurğulayırıq. Uğurların daimi olsun! 🎓
📍 Ünvan: Təbriz küçəsi, 97
📞 Əlaqə: +994 10 311 98 11