ActioN Academy

ActioN Academy

Share

Bu səhifə yalnız öyrənməyə və öyrətməyə xidmət edir. �

28/03/2022

⬆️rise/raise

İngilis dilində mənaları yaxın olduğu üçün qarışdırılan sözlərdən 1 cütü də yuxarıda qeyd etdiyim "qalxmaq/qaldırmaq" sözləridir.

Fərqlər nədir?
⚠️
1. rise /raız/
2. raise /reız/

⚠️
1. "rise" özündən sonra obyekt, əşya tələb etmir və "qalxmaq" kimi tərcümə olunur.
🔍The Sun rises in the East.

2. "raise" özündən sonra tamamlıq tələb edir və "qaldırmaq" kimi tərcümə olunur.
🔍We have to raise the prices.

27/03/2022

🔎Xarici dildə səlis danışmağa əngəl yaradan səbəblər

Tələbələrin yaşadığı problemlərdən biri də dil öyrənən zaman nəzəri hissənin yüksək olmasına baxmayaraq, praktikanın, yəni danışığın zəif olmasıdır. Təcrübələrə və aparılan müşahidələrə əsasən bir neçə səbəb əsas gətirmək olar.

1️⃣ Səhv etmək kompleksi ❌
Yenicə danışmağa başlayan uşaq öz ana dilini öyrənən zaman etdiyi səhvlərə diqqət yetirmir və buna görə də o dili asanlıqla öyrənir. Bu nümünə uşaqlarla müqayisə olunduğu üçün çoxlarına məntiqsiz gələ bilər. Sadəcə düşünək ki, əgər səhv etməkdən qorxsaq, əslində nəyin səhv olduğunu və həmin səhvi necə düzəltməli olduğunu da bilməyəcəyik. Dildə edilən səhvləri isə danışıqla düzəltmək daha asandır.

2️⃣ Danışıq praktikasının yetərincə olmaması❌

Təkcə dil yox, həyatımız boyu öyrəndiyimiz və praktikaya əsaslanan bacarıqların hamısı gündəlik həyat tərzinə çevrildikdən sonra bacarıq kimi formalaşır. Mən həmişə dili idmanla müqayisə edirəm. Əgər 1 ay boyunca idmanla müntəzəm şəkildə, hər bir qayda qanuna uyğun əməl edərək məşğul olsaq 1 aydan sonra fit bədən quruluşumuz olacaq. Amma növbəti 2 həftəni heçnə etmədən otursaq, bədən idmandan əvvəlki formasına qayıdacaq. Deməli artıq idman bizim gündəlik vərdişlərimizdən çıxmış olur. Bunun eynisini dilə aid etməklə daha gözəl izah vermək olar.

3️⃣ Danışarkən spesifik məqsədlərin olmaması❌

Əgər gündəlik praktika edib, amma irəliləyiş görmürüksə, dili öyrənmə məqsədlərimizi bir daha dəqiqləşdirmək lazımdır. Bir öyrənən indiki zamanda (Present Simple) çox yaxşı danışır. Amma keçmişdəki hadisəni də indi zamandan istifadə edərək dinləyiciyə çatdırırsa, bu səlis danışıq hesab olunmur. Bu o deməkdir ki, öyrənənin məqsədlərindən biri də hər hadisəni öz zamanına uyğun olaraq nəql etmək olmalıdır. Bu göstərilən sadəcə nümunədir. Bu məqsədlər siyahısına doğru lüğət tərkibindən istifadə, "topic vocabulary" dən istifadə və s. əlavə etmək olar.

4️⃣ Bir dildən digərinə tərcümə edərək öyrənmək❌

Tələbələrdə ən çox rast gəlinən hallardan biri ingilis dilindəki cümlələri Azərbaycan dilindən tərcümə edərək istifadə etmələridir. Hər dilin özünəməxsus lüğət tərkibi, qrammatik quruluşu, intonasiyası və digər spesifik məsələləri var ki, bu halların digər dildə ya ekvivalenti olur ya da ki ümümiyyətlə olmur. Ona görə də sözbəsöz tərcümə etmək əvəzinə qarşılığını tapmaq lazımdır. Məsələn, "sağlam ol" ifadəsi ingilis dilində "bless you" kimi tərcümə olunur. Əgər hərfi tərcüməyə baxsaq bu əslində "be healthy" olmalı idi.

Dil öyrənənlərə bol uğurlar və şanslar arzu edirəm və kömək etməyə hazır olduğumu bildirirəm. Ən azından yuxarıdakı problemləri aradan qaldırmağa😊

Təşəkkür edirəm!

Ayisha Mammadova

Photos from ActioN Academy's post 18/02/2022

💡let's learn some slangs

General English and IELTS 14/01/2022

https://www.linkedin.com/pulse/general-english-ielts-ayisha-mammadova

Ümumi ingilis dili və IELTS

Son zamanlar tez-tez müşahidə etdiyim məsələlərdən biri IELTS hazırlığının və imtahanının hansı aspektlərdə əhəmiyyət kəsb etməsinin müzakirəsidir. Maraqlısı isə odur ki, hazırlığa başlamaq istəyənlərin məqsədləri bəzən tamamilə fərqli olur. “İngilis dilini “intermediate” səviyyədə bilirəm və daha da təkmilləşdirmək istəyirəm. Buna görə də, IELTS hazırlığına başlayacam” – cümləsi tez-tez eşitdiyim cümlədir.
IELTS (The International English Language Testing System) beynəlxalq şəkildə ingilis dili biliyini sübut edən, British Council, IDP: IELTS Australia və Cambridge Assessment English tərəfindən 1989-cu ildə əsası qoyulan bir imtahan sistemidir. IELTS sertifikatı ingilisdilli ölkələrdə təhsil almaq və ya iş qurmaq istəyən şəxslər üçün köməkçi vasitə olub, qarşı tərəfə ingilis dili biliyini beynəlxalq şəkildə göstərmək üçün istifadə olunur. Sertifikatın müddəti 2 ildir. Yəni, 2 ildən sonra sertifikat artıq keçərli deyil. Burada bir sual çıxır ortaya: niyə 2 il?
2 il olmasının səbəbini bir çox adam sadəcə pul (imtahanın qiyməti) ilə əlaqələndirir. Səbəbini araşdırarkən, bunun təkcə bizim ölkədə yox, elə xarici ölkələrdə də əksər insanlar tərəfindən eyni düşünüldüyünün şahidi oldum. Bir sözlə belə ifadə edirdilər: “Simply money”.
Lakin test sisteminin əsasını qoyan mərkəzlər dilin aktivlik dərəcəsinin ölçülməsi üçün maksimum müddət 2 il təyin ediblər. Onlar düşünürlər ki, 2 il müddətdən sonra dildə unudulan hissələr (sözlər, qrammatika) artır. Ona görə də, yenidən hazırlaşıb və 360 manatımızı ödəyib imtahan verməli oluruq.
IELTS imtahanı verənlər bilir ki, onun özünəməxsus söz tərkibi, qrammatikası, ümumi olaraq desək, özünəməxsus bir üslubu var ki, bu üslub ümumi ingilis dilinin hazırlığı üçün çox da xarakterik deyil. Deməli, dilin inkişafı üçün seçdiyimiz ümumi ingilis dili (General English) yolu IELTS hazırlığından fərqlənir. Qısa sözlə desək, IELTS daha məhdud bir sistemə əsaslanır və dilin geniş formada inkişafını nəzərdə tutmur.
Deməli, bir yolu seçməzdən əvvəl onun məqsədini bir daha yada salmaq və anlamaq lazımdır. Bu halda həm işimiz, həm də o məqsədə çatmaq üçün əlverişli yollar tapmağımız asanlaşar.
Dil bir dəryadır və sərhədsizdir. Dəryanı üzüb keçmək üçün isə bizə limitli yox, sərhədsiz imkanlar lazımdır. Həmişə imkanlı olasınız.

General English and IELTS

One of the issues I have been observing lately is discussing the importance of IELTS preparation and testing. Interestingly, the goals of those who want to start preparation are sometimes completely different. "I know English at an " intermediate "level and I want to improve it even more. Therefore, I will start preparing for IELTS ”is a statement I often hear.
IELTS (International English Language Testing System) is an examination system founded in 1989 by the British Council, IDP: IELTS Australia and Cambridge Assessment English, which internationally proves English. The IELTS Certificate helps those wishing to study or work in English-speaking countries and is used to demonstrate their knowledge to the opponents internationally. The certificate is valid for 2 years. That means, after 2 years the certificate is no longer valid. Here a question arises: why 2 years?
Many people attribute the reason for 2 years to money (exam cost). While searching for the reason, I witnessed that most people think the same not only in our country, but also in foreign countries. In a word, they say: "Simply money."
However, the centers that established the test system set a maximum period of 2 years to measure language activity. They think that after 2 years, the number of forgotten parts (words, grammar) in the language increases. Therefore, we have to pay 360 manats again and take an exam.
Those who take the IELTS exam know that it has its own vocabulary, grammar, and, in general, its own style, which is not commonly characteristic for General English. In brief, IELTS is based on a more limited system and does not provide a broad development of the language.
So, before choosing a path, it is necessary to remember and understand its purpose. In this case, it will be easier for us to find suitable ways to achieve both our work and that goal.
Language is an ocean and has no borders. In order to cross that ocean, we need not limited, but unlimited chances. Always be unlimited in opportunities.

General English and IELTS Ümumi ingilis dili və IELTS Son zamanlar tez-tez müşahidə etdiyim məsələlərdən biri IELTS hazırlığının və imtahanının hansı aspektlərdə əhəmiyyət kəsb etməsinin müzakirəsidir. Maraqlısı isə odur ki, hazırlığa başlamaq istəyənlərin məqsədləri bəzən tamamilə...

13/01/2022
06/01/2022

Dərslərlə bağlı hər-hansı sual yaranarsa, "whatsapp" vasitəsilə suallarınıza cavab verməyə hazırıq📥

Photos from ActioN Academy's post 05/01/2022
03/01/2022

📣 "Only speaking" dərslərinə qoşulmaq istəyənlərin nəzərinə:

📍Dərslər həftədə 2-3 dəfə 60-90 dəqiqə tədris edilir.

💡Dərslər kimlər üçündür:
Qrammatika və söz ehtiyatı "intermediate" səviyyədə olan, lakin danışıq praktikası az olduğu üçün fikrini izah etməkdə çətinlik çəkən tələbələr üçün yalnız danışıq dərsləri nəzərdə tutulur.
Dərslər "conversation" formatında, mövzular üzrə fikir mübadiləsi üzərində tədris olunur.

Gəlin birlikdə danışaq!


Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Baku