Ana Dili Azərbaycan Məktəbi

Ana Dili Azərbaycan Məktəbi

Share

“Ana dili – Azərbaycan məktəbi” Azərbaycan dilini məsafədən öyrənməni təmin edən layihədir.

24/09/2025

🌐📚 Xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi”

Artıq onlayn dərslərə başladıq! 🇦🇿✨

👉 Məqsədimiz soydaşlarımızın ana dilini öyrənməsi və Azərbaycan mədəniyyətinə, adət-ənənələrinə daha sıx bağlı olmasıdır.

💻 Onlayn dərslərimizdə şagirdlərimiz:
✔️ Azərbaycan dilində oxuma və yazma bacarıqları qazanır;
✔️ Rəngarəng interaktiv məşğələlərdə iştirak edir;
✔️ Milli dəyərlərimizi yaxından öyrənir.

📌Qeyd edək ki, layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

29/08/2025

Xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başladı! 🔊

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə həyata keçiriləcək layihənin məqsədi xaricdə yaşayan soydaşlarımıza ana dilini, milli kimliyi öyrətmək, milli şüurlu insan kapitalı formalaşdırmasını və qorunmasını təmin etməkdən ibarətdir.

Yaş qrupları:⤵️
✅Kiçik yaş qrupu: 6–10 yaş
✅Orta yaş qrupu: 11–13 yaş
✅Yuxarı yaş qrupu: 14–18 yaş

Tədris prosesi:

🔹Onlayn dərslər 15 sentyabr 2025-ci ildən etibarən başlayacaq.
🔹Dərslər həftədə 2–3 dəfə olmaqla onlayn şəkildə keçiriləcək.
🔹Təcrübəli müəllimlər tərəfindən tədris edilən dərslər interaktiv və maraqlı formada aparılacaq.

Proqram 3 səviyyədə – başlanğıc, orta, yüksək – olmaqla hazırlanıb.

Müraciət və seçim:⤵️
Layihədə iştirak etmək istəyən şəxslər yaş qruplarına, dil bilik səviyyələrinə və vaxt zonalarına uyğun olaraq qruplara bölünəcəklər və dərslərə qoşulacaqlar. Bunun üçün əvvəlcədən təşkil ediləcək qısa dil yoxlamasından keçmək tələb olunur.

Qeyd edək ki, proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan dilini bilmə səviyyəsinə uyğun sertifikat təqdim olunacaq.

🔗 Qeydiyyat üçün link: https://forms.gle/VNgBnBysP4Mzb9rHA

15/01/2025

Dünya azərbaycanlıları üçün böyük layihə - “Ana dili” Azərbaycan Məktəbi

08/01/2025

Yanvarın 8-dən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili" – Azərbaycan məktəbinə ikinci yarımil üzrə qeydiyyat elan edir! 🔊

“Ana dili" – Azərbaycan məktəbi ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilini məsafədən öyrənmə imkanını təmin edən layihədir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edirlər. 2024-2025-ci tədris ilini əhatə edən layihədə dərslər ödənişsiz əsaslarla təcrübəli mütəxəssislər tərəfindən keçirilir. Hazırda 300-dən çox soydaşımız dərslərə qoşulur. İkinci yarımil üzrə dərslərin 25.01.2025-ci il tarixində başlaması nəzərdə tutulmuşdur.

🔗Qeydiyyat linki: https://forms.gle/cXsKcAz2k4t3EczUA
📥Elektron poçt: [email protected]
📞Mobil: +994 51 226 71 21 (“WhatsApp”, “Telegram”)
📅Son müraciət tarixi: 17 yanvar 2025-ci il.


Azərbaycan Gənc Müəllimlər Assosiasiyası

07/11/2024

Zəfərin mübarək, Azərbaycan!

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası
🇦🇿

17/10/2024

18 oktyabr Müstəqilliyin Bərpası Günüdür!

18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış bir gündür.

Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir!

23/09/2024

“Ana dili – Azərbaycan məktəbi” layihəsinə növbəti tədris ili üzrə qeydiyyat davam edir. Layihə ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimiz üçün məsafədən dilimizi, tariximizi, mədəniyyətimizi, coğrafiyamızı öyrədir.

Ana dilimizi sevək və qoruyaq!

Linkə daxil olmaqla “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyatdan keçmək mümkündür: https://forms.gle/VqpmebKNWaF94on29

20/09/2024

Xaricdəki soydaşlarımız üçün layihə.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə növbəti tədris ili üzrə qeydiyyat davam edir.

23/08/2024

Xaricdə yaşayan həmvətənlərimiz üçün möhtəşəm layihə ilə yenidən qarşınızdayıq 🔊

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə növbəti tədris ili üzrə qeydiyyat davam edir. Layihə ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimiz üçün məsafədən dilimizi, tariximizi, mədəniyyətimizi, coğrafiyamızı öyrədir.

Ana dilimizi sevək və qoruyaq!

Linkə daxil olmaqla “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyatdan keçmək mümkündür: https://forms.gle/VqpmebKNWaF94on29

20/08/2024

“Ana dili – Azərbaycan məktəbi” layihəsi üzrə növbəti qeydiyyat prosesinə başlanılır

Avqustun 21-dən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə növbəti tədris ili üzrə qeydiyyat prosesi elan edilir.

“Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanı təmin edən layihədir.

Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda ana dili dərslərinə cəlb olunurlar. Dərslər həftədə 2 dəfə olmaqla “Microsoft Teams” platforması üzərindən peşəkar müəllimlər tərəfindən ödənişsiz əsaslarla keçirilir. Tədris proqramının məzmununa ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında məlumatlar daxildir.

Linkə keçid etməklə “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyatdan keçmək mümkündür: https://forms.gle/VqpmebKNWaF94on29

Qeyd edək ki, ötən ildən start verilən layihəyə Rusiya, İran, Almaniya, ABŞ, Avstraliya, Böyük Britaniya, BƏƏ, Türkiyə, İsveç, Fransa və digər ölkələrdə yaşayan həmvətənlərimizdən ibarət 30 qrup üzrə 500-dən çox şəxs qoşulub. İki yarımil davam edən layihə 6-18 yaşlı şəxslər üçün nəzərdə tutulsa da, çoxsaylı istəklərə görə 18 yaşdan yuxarılar üçün əlavə 2 qrup təşkil olunub. Layihənin sonunda isə imtahandan uğurla keçən iştirakçılara sertifikatlar verilib.

Daha ətraflı: https://anadili.agma.az/
Whatsapp: + 994 51 226 71 21

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası

21/02/2024
07/01/2024

Əziz həmvətənlər!
Çoxsaylı istəklərinizi nəzərə alaraq ikinci yarımil üzrə qeydiyyat tarixi 15 yanvar 2024-cü ilədək uzadıldı!

Qeydiyyatdan üçün keçid: anadili.agma.az

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


Baku