Motivasiya və İnkişaf

Motivasiya və İnkişaf

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Motivasiya və İnkişaf, Education, Baku.

Photos 20/05/2017

Sol beyin

*Real düşünməni (düşüncəni) təmin edir
*Oxuma, səs və danışmanı təmin edir
*Eşitmə/dinləməni təmin edir
*Bütünü yox, hissələri düşünməyi sevir
*Məntiqlə hərəkət edir
*Rəqəmsaldır
*Zamanla əlaqədardır​
*Səhv-düz və ya seçim olan sualları sevir
*Risk etməyi sevmir
*Fərqlilik axtarır
*Möhkəm qayda və disiplini sevir
*Səbəbdən çox 'necə' deyə soruşur

Photos 15/05/2017

Sürətli Oxuma nədən asılıdır və ya necə olur ki, sürətli oxumaq mümkün olur?

Sürətli Oxuma 3 əsas faktordan asılıdır:
1. Gözün sətirdə hərəkət sürətindən.
2. Gözün görmə sahəsindən.
3. Gözün gördüklərini çəkib beyinə göndərmə tezliyindən.
Bu 3 faktoru inkişaf etdirmək üçün xüsusi göz məşqləri həyata keçirilir. Göz əslində bir vasitədir oxuyan beyindir. Və beyin göz olmadan oxuma imkanına malik olsaydı heç şübhəsiz çox sürətli oxuyardı. Bəzi psixoloqların tədqiqatları beyinin dəqiqəyə 100 min söz oxumaq imkanı olduğunu ortaya qoyur. Ancaq göz bu imkanı reallaşdırmaqdan uzaqdır. Bununla belə sürətli oxuma texnikaları vasitəsilə dəqiqədə 2000 və bir az daha artıq söz oxumaq mümkündür​.
Effektli Sürətli Oxuma Proqramı da sizlərə bunu təmin edir. İlkin mərhələdə sürətin 2,5 dəfə artırılması planlaşdırılır. Ancaq öz üzərinizdə işləməklə bu sürəti yuxarılara qaldıra bilərsiniz.

Photos 15/05/2017

Kim deyə bilər bu şəkil hansı məşhur əsərdən bir hissəni xatırladır?

07/05/2017

dediyin şey əslində sənsən. Daxiline dön ...
Çox fədakarlıq adamın öz qul haqqına girməsidir, enerjini özünə istifadə et.
Özünü sev, Sevmirsense sənə bunu sübut etmək üçün, səni sevməyənlər ətrafında çoxalar.
Söz verdinse tut, tutmadığında mənfi karma yaradırsan.
Şübhə edirsənsə doğru çıxacaq hisslərinə güvən.
Əvvəl özünü xoşbəxt et, başqaları sonra gəlir ...
Sən dəyiş, dəyişəndə ​​sənin kimilər sənə gələcək, kimsəni dəyişdirməklə zaman itirmə, hər kəsin yolu başqa ...
Sənə haqsızlıq edilməsinə nə qədər icazə verirsən bu enerji o qədər böyüyər, yeni haqsızlıqlar gəlir.
Sən heç bir şeyin mütləq və tək sahibi deyilsən, bu dünyadan gəlib kecirsen, hər şey bura deyil, bunu unutmadığında yungullesersen...
Yoxluq içində olan hər kəsə sən də kömək etmək məcburiyyətindəsən. Dünyadan, kainatdan, insanlardan, heyvanlardan, gördüyün hər şeydən cavabdehsən.
Saxlamaq və davamlı yığmaq yoxluq şüurudur, vermək paylaşmaq bərəkətini də enerjini də böyüdər.
Olanı qəbula keç; üsyan etmə. Müqavimət göstərmə.
Daha çox duş al, daha çox torpaqda gez. Enerjini şarj et.
Çöldə olan bir şey yoxdur, onlar hamısı sənin əks olunmandır.
Şüuraltı daha əvvəlki təcrübələrindən paylar biçdi dərslər çıxardı, sənin qorxuların nəysə sənə xidmət edən şüuraltı onları yenidən sənə təqdim edəcək. Şüuraltı şəxsiyyətsiz yaxşı-pis ayırdı yoxdur. Şüuraltı ilə üzleşmelisen ...
Peşmanlıq hiss etsən itirməyə də başlarsan; mənfi enerjini burax.
Inandığını yaşayarsan, olmadısa səninlə əlaqədardi. Kimsəni dinləmə, davam et yoluna.
Şüuraltı insanları və hadisələri çəkər və ya həyatından göndərir.

Photos 27/04/2017

Sürətli Oxumada Göz

Gözün sürəti 3 faktordan asılıdır: gözün mətn üzərində hərəkət sürətindən (10-30 ms), gözün dayanma zamanı baxdığı sahənin genişliyindən (1-6 söz) və baxdığı sahənin şəklini çəkib beyinə göndərmə sürətindən (150-300 ms). Sürətli Oxumada məqsəd məşqlərlə gözün oxuma qabiliyyətini inkişaf etdirməkdir.
Göz də bədənimizin digər hissələri kimi əzələlərdən ibarətdir. Yəni inkişaf etdirilə bilər. Davamlı məşqlər nəticəsində necə ki, bir yüngül atlet sürətli qaça bilirsə, bir oxucu da müxtəlif məşqlər nəticəsində köhnə oxuma sürəti ilə müqayisədə çox daha sürətli oxuya bilər. Gözün mətn üzərində hərəkət sürəti müxtəlif məşqlər vasitəsilə 30 millisaniyədən 10-15 millisaniyəyə endirilə bilər. Beləliklə göz sürətlənər. Eynilə aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, insan gözünün dayanma müddəti, yəni gördüyünün şəklini çəkmə müddəti də qısaldıla bilər. Əvvəldə qeyd etdiyimiz pilotlarla aparılan məşqlər nəticəsində qavrama müddətini 300 ms-dən təqribən 150 ms-ə qədər endirmək mümkün olmuşdur.
Gözün sürətinə təsir edən axırıncı və ən vacib faktor baxış genişliyidir; başqa cür desək oxucunun tək baxışla oxuya bildiyi sözlərin sayıdır. Digər 2 faktorda olduğu kimi gözün baxma genişliyi də məşqlərlə artırıla bilər. 3 faktor arasından oxuma sürətinə və effektliliyinə ən böyük töhvəni verən budur.
100 metr qaçanlara həmiş verilən məsləhət o olur ki, addımlarını sürətli at, ancaq daha vacibi ata bildiyin qədər daha geniş addım at. Çünki sən nə qədər sürətli olsan da, səndən daha geniş addım atan başqa bir atlet nisbətdə daha yavaş olsa da səni gəlib keçər. Sürətli Oxumada da vəziyyət eynidir. Tək söz oxuyan bir insan nə qədər sürətli oxuyur oxusun 3-3 oxuyan oxucuya çata bilməz.
Sürətli Oxumadə məqsədimiz mümkün qədər geniş baxmaq, mümkün qədər sürətli baxmaq və mümkün qədər mətn üzərində sürətlə hərəkət etməkdir.

Photos 27/04/2017

18 dəqiqəlik qazanc!

Sürətli Oxuma təlimi keçməmiş bir şagird dəqiqədə 100-125 söz oxuyur (diqqətlə oxunması tələb olunan material oxuyan zaman). Hər sualın oxunmağına orta hesabla 13-14 saniyə vaxt ayırır (sualları cavablandırmaq ayrıdır). Qəbul imtahanında 120 sualın oxunması üçün 28 dəqiqə sərf olunur.
Ancaq Sürətli Oxumağı bilən, diqqətli olmalı olduğu üçün roman/qəzet oxuduğu zamankı kimi 700-800 sürətlə deyil, daha yavaş (onun üçün daha yavaş) oxuyanda dəqiqədə 400 söz sürətlə oxuyur. Beləliklə bir sualı 4-5 saniyədə oxumuş olur. Beləcə imtahan suallarının oxunmasına 28 dəqiqə əvəzinə sadəcə 10 dəqiqə sərf etmiş olur.
Sürətli Oxumanın faydalarını aşağıdakı kimi də sadalamaq olar:
1. Eyni oxuma müddəti ərzində daha çox oxuma imkanı əldə etmək.
2. Daha çox zamana sahib olmaq. Nə oxuyursunuz oxuyun sürətli oxuyaraq müntəzəm formada vaxta qənaət edə bilərsiniz.
3. Daha yaxşı başa düşmək və xatırlamaq.
4. Professional iş həyatında daha çox uğur qazanmaq.
5. İnformasiya Əsri adı verilən yeni dövrlə ayaqlaşa biləcək bilgi və mədəniyyət səviyyəsinə çata bilmək.

Photos 27/04/2017

İnanmaq üstəgəl istəmək işin üstəsindən gəlməyin 90%-i deməkdir.

"İnanmaq

Kəndlərin birində quraqlıq imiş. Nə tarla­ları canlandıracaq, nə də heyvanların içə biləcəyi bir damla su var imiş. Çarəsiz kəndlilər çarəni Haqq qapısında axtarmışlar. Böyüklü ­kiçik­li hər kəsi toplayıb, heyvanları da yanlarına alaraq
yağış duası üçün bir yerə toplanmışlar.
Kəndin imamı ilə birlikdə tövbə edib, Allahdan rəhm diləmişlər. Əllərini aşağı salmamış Allahın rəhməti ilə göy guruldamağa başlamış, kənd əhalisi də güclü yağış altında qalaraq islanmışlar. Yalnız şirin bir qız uşağı islanmayıb.
Çünki dua edəndə yağışın yağacağına bir tək o, könüldən inanmış və özü ilə birlikdə balaca çəti­rini də götürmüşdü.

Uğurunuzun böyüklüyünü inancınızın böyüklüyü müəyyən edər.
L.Annaeus Seneca"

(Çarə Sizsiniz ; Seymur Əsgərli)

23/04/2017

Sürətli Oxu Sürətli Oxu layihəsi sizə `Effektli Sürətli Oxuma Sistemi`nə uyğun olaraq hazırlanmış "Ef

25/09/2016

"Lütfən, özünüzə inanın, sevin, heç bir şeydən
qorxmayın, azad olun, risk edin. Anlayırsınızmı,
həyat elə bir şeydir ki, bir növ, sən gəncsən,
gəncsən, gəncsən, daha sonra taraq! - və son.
Geriyə boylanıb və düşünürsən, o haqda ki, bir
çox şeyləri etməmisən, ona görə ki, qorxurdun,
utanırdın, çəkinirdin. Heç nədən qorxmaq lazım
deyil. Risk edin. Hətta siz səhv edəcəksiniz belə.
Bu həyatdır. Və ən əsası, təbii ki, bir-birinizi
sevin. Hər zaman, hər dəqiqə."

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Baku
1053

Opening Hours

Monday 09:00 - 00:00
Tuesday 09:00 - 00:00
Wednesday 09:00 - 00:00
Thursday 09:00 - 00:00
Friday 09:00 - 00:00
Saturday 09:00 - 00:00
Sunday 09:00 - 00:00