18/05/2026
📌 2 avqust 2006-cı ildə Zaqatala şəhərində anadan olub.
2012–2020-ci illərdə Yasamal rayonu Şəfiqə Axundzadə adına 13 nömrəli məktəbdə təhsil alıb.2020–2023-cü illərdə Akademik Zərifə Əliyeva adına Liseydə təhsilini davam etdirərək məzun olub.
2023-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Dizayn Məktəbi(UDM) fakültəsində “Dizayn” ixtisası üzrə təhsil alır.
UNEC-də Tələbə Həmkarlar İttifaqı Komitəsi(THİK) fakültə sədrinin müavini vəzifəsini icra edir və universitetin ictimai həyatında fəal iştirak edir. Eyni zamanda Azərbaycan Voleybol Federasiyasında işçi kimi fəaliyyət göstərir.
🎯 Məqsədi:
Tələbələr ilə dekanlıq arasında müntəzəm və sıx əlaqənin formalaşdırılması.
💥 Fəaliyyəti:
Tələbə adını qazandıqdan sonra Tələbə Həmkarlar İttifaqı Komitəsində fəaliyyətə başlamış, eyni zamanda İdman Klubunda da faəliyyətini davamlı saxlayır.
📄Sertifikatlar:
- Heydər Əliyevin 100 illiyinə həsr olunmuş məktəb və liseylər arası Voleybol turnirində təşkilatçı
- Bakı Kristal Zalında keçirilmiş UNEC Məzun Gününün keçirilməsində fəal iştirakına görə təşəkkürnamə
- UNEC bakalavriatura səviyyəsi üzrə Sənəd Qəbuluna Dəstək Mərkəzində könüllü fəaliyyət göstərdiyinə görə Təşəkkürnamə
- Azerbaijan Fashion Week, Mercedes-Benz Fashion Week , Baku Fashion Week; Backstage, Crowd Control Volunteer and Security member