25/09/2016
Əziz abituriyentlər və tələbələr.. xaricde tehsil sizə qaçırılmaz fürsət.
Türkiyənin ən prestijli universitetlərindən biri İstanbul Aydın Universitetinə qəbullar başladı.
Özəl universitetlərin içində uyğun ödəmə imkanları ilə məşhur olan İstanbul Aydın Universitetinə 100% qəbul almaq istəyirsinizsə, “Akademi Group”a müraciət edə bilərsiniz. Universitetdə bakalavr, magistratura və, doktorantura təhsili ala bilərsiniz. Universitetin illik qiymətlərini məbləğdən asılı olaraq 2 və ya 4 hissəli olaraq ödəmək mümkündür. İstanbul Aydın Universitetinə “Akademi Group” vasitəsilə müraciət etsəniz, təhsil haqqında endirim də əldə edə bilərsiniz.
Bakalavr dərəcəsi üzrə təhsil ala biləcəyiniz fakültələr: Stomatologiya, İngilis dili, Türk dili, Ərəb dili və sinif müəllimliyi, Psixologiya, Sosiologiya, İncəsənət, Hüquq, İqtisadiyyat və Menecment, Jurnalistika, Reklam, İctimaiyyətlə Əlaqələr, Memarlıq və Dizayner, Mühəndislik və s. Bakalavr təhsili üzrə illik ödəniş 6000 dollardır (Hüquq və diş həkimliyi istisna).
Magistratura dərəcəsi üzrə təhsil ala biləcəyiniz fakültələr: Politologiya, Beynəlxalq münasibətlər, Menecment, İngilis dili, Ərəb dili, İctimaiyyətlə Əlaqələr, Hüquq, Psixologiya, Maliyyə, İncəsənət, Beynəlxalq İqtisadiyyat və s. Magistratura təhsili üzrə iki illik ödəniş birlikdə 4200 dollardır.
Doktorantura dərəcəsi üzrə təhsil ala biləcəyiniz fakültələr: İngilis dili və Türk dili ədəbiyyatı, Menecment, Mühasibatlıq, İctimaiyyətlə Əlaqələr və Reklam və s. Doktorantura təhsili üzrə 4 illik ödəniş birlikdə 6700 dollardır.
Yüksək texnologiyalarla təchiz olunmuş, azərbaycanlıların ən çox seçdiyi universitetlərdən biri olan İstanbul Aydın Universitetində təhsil almaq istəyirsinizsə, elə indi müraciət edin. Əlavə məlumat üçün bizə müraciət edə bilərsiniz.