28/05/2026
1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi xalqımızın azadlıq və dövlətçilik tarixində qürurlu bir səhifə açdı. Bu gün milli qürurumuzun, müstəqil iradəmizin və birliyimizin rəmzidir.
Bütün xalqımızı və soydaşlarımızı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, müstəqil Azərbaycanın daim inkişafını, güclənməsini və firavanlığını arzulayırıq.
26/05/2026
Qurban bayramınız mübarək!
Səxavətin, mərhəmətin və birliyin rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə Təhsil Tələbə Krediti Fondu adından xalqımızı səmimi qəlbdən təbrik edir, bu mübarək günlərin xalqımıza firavanlıq, əmin-amanlıq və bol ruzi-bərəkət gətirməsini arzulayırıq.
26/05/2026
TTKF əməkdaşları Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan “Açıq qapı” günündə iştirak ediblər.
Ətraflı: https://ttkf.edu.az/aciqqapi-tehsiltelebekrediti
25/05/2026
Qabiliyyət tələb edən ixtisaslarda hansı universitetlər önə çıxır? 📚✨
TTK müqavilələrinin sayına görə ən çox seçilən təhsil müəssisələri və ixtisaslar siyahıda 👆
Gələcəyinə yatırım edən minlərlə tələbə artıq TTK-dan yararlanır.
Qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə minimal keçid balı bakalavriat səviyyəsində 100, magistratura səviyyəsində 30, orta ixtisas təhsili pilləsində isə 40 bal müəyyən edilib.
20/05/2026
0.1 bala görə təhsil krediti ilə oxudu: Təkcə iş qazanmadı, həm də borcu silindi
“Təhsil Tələbə Krediti Fondunun yaranması ilə bağlı Prezident İlham Əliyevin Fərman imzaladığı barədə məlumatlara sosial şəbəkədə rast gəldim. Məlumat dərhal diqqətimi cəlb etdi və prosesi nəzarətdə saxladım. Bu krediti necə, hansı şərtlərlə ala biləcəyim ba...
15/05/2026
14 may 2026-cı il tarixində Təhsil Tələbə Krediti Fondu tərəfindən TTK-dan yararlanan tələbələr və Fondun istehsalat təcrübəsi proqramında iştirak edən tələbələr üçün “Xarici dil öyrənmənin gələcək karyerada rolu və sürətli öyrənmə strategiyaları” mövzusunda təlim təşkil olunub. Təlim Elm və Təhsil Nazirliyinin İctimai Şuranın katibi Günay Əkbərova tərəfindən keçirilib.
Ətraflı: https://ttkf.edu.az/xaricidilkaryeraimkanlaritelim
13/05/2026
Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə 13 may tarixində Karyera Yarmarkası keçirilib.
Yarmarkada 124 şirkət 830 vakansiya ilə təmsil olunub. Tədbir tələbələrin gələcək karyera istiqamətlərini müəyyənləşdirməsi, iş dünyasının gözləntilərini daha yaxından tanıması və öz potensialını təqdim etməsi üçün əlverişli inkişaf mühiti yaradıb.
Ətraflı: https://ttkf.edu.az/unec-dma-karyera
09/05/2026
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövlətçiliyimizin memarı və dahi siyasi xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Ulu Öndəri dərin ehtiram, sonsuz hörmət və minnətdarlıq hissi ilə yad edirik.
Əziz xatirəsi daim qəlbimizdədir! 🇦🇿