Səhiyyə Nazirliyi 1 Nömrəli Bakı Tibb Kolleci rəsmi

Səhiyyə Nazirliyi 1 Nömrəli Bakı Tibb Kolleci rəsmi Səhiyyə Nazirliyi 1 Nömrəli Bakı Tibb Kollecinin rəsmi Facebook səhifəsi

17/06/2026
14/06/2026

15 İyun - Milli Qurtuluş Günü xalqımızın birlik, həmrəylik və dövlətçilik iradəsinin təntənəsidir. Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində ölkəmizin müstəqilliyi möhkəmlənib, inkişaf və tərəqqi yolunun əsası qoyulub. Bu əlamətdar gün münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, hər bir vətəndaşımıza sağlamlıq, rifah və uğurlar arzulayırıq!

Səhiyyə Nazirliyi 1 Nömrəli Bakı Tibb Kollecinin Tibb bacısı (qardaşı) işi ixtisası üzrə 3-cü kurs tələbələri arasında a...
04/06/2026

Səhiyyə Nazirliyi 1 Nömrəli Bakı Tibb Kollecinin Tibb bacısı (qardaşı) işi ixtisası üzrə 3-cü kurs tələbələri arasında akademik və klinik fənlər üzrə yüksək nailiyyətlər əldə edən tələbələrimizi sizə təqdim edirik.
Nəzəri biliklərini praktik bacarıqlara uğurla tətbiq edən tələbələrimizi təbrik edir, onlara gələcək peşə fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.

Səhiyyə Nazirliyi 1 Nömrəli Bakı Tibb Kollecində hər imtahan sessiyasında olduğu kimi, bu sessiyada da kollecin direktor...
02/06/2026

Səhiyyə Nazirliyi 1 Nömrəli Bakı Tibb Kollecində hər imtahan sessiyasında olduğu kimi, bu sessiyada da kollecin direktoru Nailə Əliyevanın “Açıq qapı” günləri keçiriləcək.
Görüşlər sessiya müddətində hər həftənin 5-ci günü saat 11:00-da baş tutacaq və daxil olan müraciətlər operativ qaydada nəzərdən keçiriləcək. İmtahanlarla bağlı sualı, şikayəti və təklifi olan tələbələr və valideynlər “Açıq qapı”da iştirak edə bilərlər. Əlavə məlumat almaq üçün kollecin əlaqə nömrələrinə müraciət edə bilərsiniz: (012) 436 98 11, (012) 436 98 10.

1 iyin Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
01/06/2026

1 iyin Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

28 May Müstəqillik günü münasibəti ilə xalqımızı təbrik edir, ölkəmizə davamlı inkişaf və firavanlıq arzulayırıq.
28/05/2026

28 May Müstəqillik günü münasibəti ilə xalqımızı təbrik edir, ölkəmizə davamlı inkişaf və firavanlıq arzulayırıq.

Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecinin tələbələri Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13...
21/05/2026

Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecinin tələbələri Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində şəhərsalma platformasında təşkil olunmuş təqdimat və nümayişlərlə tanış olublar.
Tələbələr burada müasir şəhərsalma yanaşmaları, innovativ memarlıq həlləri, urban inkişaf modelləri və ekoloji layihələr barədə məlumat əldə edərək müxtəlif stend və ekspozisiyalara baxış keçirib.
Belə maarifləndirici platformalarda iştirak tələbələrin dünyagörüşünün genişlənməsinə, sosial və peşəkar biliklərinin inkişafına mühüm töhfə verir.

Address

Bəsdi Bağırova 9
Baku

Alerts

Be the first to know and let us send you an email when Səhiyyə Nazirliyi 1 Nömrəli Bakı Tibb Kolleci rəsmi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Səhiyyə Nazirliyi 1 Nömrəli Bakı Tibb Kolleci rəsmi:

Shortcuts

Share

Category