07/06/2026
“Bakı Yayı – 2026” turniri keçirildi
6 iyunda 8–11-ci sinif şagirdləri arasında “Xəmsə” Milli İntellektual Oyunu" üzrə “Bakı Yayı – 2026” turniri keçirilib.
Yarış Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Kapital Bank-ın dəstəyi ilə “Təhsil Oyunları Platforması” layihəsi çərçivəsində təşkil olunmuşdur.
Turnirdə ümumilikdə 16 komanda iştirak etdi. Yarışda Bakı məktəbliləri ilə yanaşı, Saatlı rayonunu təmsil edən komandalar da mübarizə aparıblar.
Komandalar əvvəlcə dörd qrupda qüvvələrini sınadılar.
1/4 final mərhələsi
A qrupu
YarımADA – 3900
Zəkalar Sr – 900
Ziya-261 – -2400
Se7en – -3300
B qrupu
Asqard – 8411
Legion – 1400
Unity – 1
Paradox – -400
C qrupu
Vesper – 12900
BELievers – 9200
Birlik – -1000
Aurora – -4900
D qrupu
Golden Humanitar – 5100
HL Genius – 3800
Zəka-261 – 10
Femida – 0
Yarımfinal mərhələsində birinci oyunda "HL Genius", "Legion", "YarımADA" və "Vesper", ikinci oyunda isə "Golden Humanitar", "Asqard", "Zəkalar Sr" və "BELievers" komandaları qarşılaşıblar.
Gərgin mübarizə şəraitində keçən yarımfinalların yekununda finala "Vesper", "BELievers", "HL Genius" və "Golden Humanitar" komandaları vəsiqə qazandılar.
Finalın nəticələri
🥇 "Vesper"
🥈 "BELievers"
🥉"HL Genius"
" Golden Humanitar"
Turnir yüksək rəqabət şəraitində və böyük maraqla keçdi. İştirakçılar həm biliklərini nümayiş etdirmək, həm də komanda ruhunu sınamaq imkanı əldə etdilər. Qaliblər diplom, medal, kubok və hədiyyə kartları ilə təltif olundular.
Bütün iştirakçıları təbrik edir, növbəti “Xəmsə” yarışlarında yenidən görməyi arzulayırıq!