82 nomrəli tam orta məktəb

82 nomrəli tam orta məktəb Məktəbimizin facebook səhifəsi

20/01/2026
20/01/2026

Sinə gərib dünyanın payızına, qışına
Həmişə qərq olubdur gül-çiçək yağışına
Şəhidlər Xiyabanı....

19.01.2026-cı il tarixində 20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə bağlı Tədbirlər Planının icrası ilə əlaqədar Nərimanov rayonu 82 N-li tam orta məktəbin 8A sinif şagirdlərinin iştirakı və məktəbimizin Azərbaycan dili müəllimi Şəlalə Məmmədovanın təşkilatçılığı ilə 20 Yanvar hadisələrində xalqımızın oğul və qızlarının qəhrəmanlıqlarına həsr olunmuş sənədli filmlərə və bədii kompozisiyalara baxış keçirilmiş, daha sonra şagirdlər müxtəlif təqdimatlarla çıxış etmişlər.

Qəhrəman səhidlərimizin əziz xatirəsini dərin hüznlə anırıq !
🥀

Qanlı Yanvar qan içəndən yadigardı,Ona - ləkə, bizə - Vətən yadigarı.O şanlı gün, o kin-qisas unudulmaz.Gör nə deyib qoc...
20/01/2026

Qanlı Yanvar qan içəndən yadigardı,
Ona - ləkə, bizə - Vətən yadigarı.
O şanlı gün, o kin-qisas unudulmaz.

Gör nə deyib qoca Qafqaz, Azərbaycan:
Qar nə qədər çox yağsa da, yaza qalmaz, Azərbaycan.

19.01.2026-cı il tarixində Nərimanov rayonu 82 N-li tam orta məktəbin "Bədii qiraət" dərnəyinin üzvləri olan V sinif şagirdləri dərnək rəhbəri Sürəyya Paşayevanın təşkilatçılığı ilə 20 Yanvar 1990-cı il hadisələrinə həsr olunmuş "20 Yanvar - Qan yaddaşımız" adlı tədbir təşkil etdilər.

20/01/2026

Qərənfillər qoşadı,
İkisi baş-başadı.
Sizdən qalan günləri
Qərənfillər yaşadı.

Ruhunuz şad olsun, müstəqilliyi bizə qazandıran, ölməzlər.🥀

19.01.2026-cı il tarixində 20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə bağlı Tədbirlər Planının icrası ilə əlaqədar Nərimanov rayonu 82 N-li tam orta məktəbin rus bölməsinin ibtidai sinif müəllimi Fəridə Aşurovanın təşkilatçılığı və 1D sinif şagirdlərinin iştiraki ilə 20 Yanvar faciəsinə həsr olunmuş dərs keçirildi. Şagirdlər şəhidlərimizin qəhrəmanlığını tərənnüm edən şeirlər söylədilər, sonda isə 20 yanvar 1990-cı ildən etibarən şəhid qanının rəmzinə çevrilən qərənfillər çəkdilər.🥀

Səttar Bəhlulzadə! Əzmkar və fədakar insan,  sənətini çox sevən və bütün həyatını öz sənətinə həsr edən sənətkar....Bu a...
15/01/2026

Səttar Bəhlulzadə!
Əzmkar və fədakar insan, sənətini çox sevən və bütün həyatını öz sənətinə həsr edən sənətkar....
Bu ad Azərbaycan xalqının mədəniyyət tarixindən heç vaxt silinməyəcək.
Səttar Bəhlulzadənin tabloları respublika, xarici ölkələrdə, habelə rəssamın fərdi sərgilərində göstərilib, Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Almaniya, Çexiya, Bolqarıstan, Macarıstan, Rumıniya, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və s. ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilib.
15 dekabr 2025-ci il tarixində Nərimanov rayonu
82 N-li tam orta məktəbin kitabxana müdiri Aytəkin Qasımovanın təşkilatçılığı ilə keçirilən "Tarixdə iz buraxanlar: Səttar Bəhlulzadə" adlı tədbirdə Azərbaycanın böyük rəssamı Səttar Bəhlulzadənin həyat və yaradıcılığı haqqında 5C sinif şagirdləri maraqlı məlumatlar səsləndirdi, sənətkarın əsərlərinin sərgisini təşkil edərək, bu əsərlərin tərbiyəvi əhəmiyyətindən bəhs etdilər.

Bəli, illər hiss olunmadan və sürətlə keçir. Hər tədris ilinin sonunda məzunlarımızın qəlbində  xoş və unudulmaz xatirəy...
10/01/2026

Bəli, illər hiss olunmadan və sürətlə keçir. Hər tədris ilinin sonunda məzunlarımızın qəlbində xoş və unudulmaz xatirəyə çevrilən "Son Zəng" günündə biz onlara "Yolunuz açıq olsun, əziz məzunlarımız! Həmişə xoş sədalarınızı eşidək, bizim dəyərlilərimiz!" deyirik.
Nərimanov rayonu 82 N-li tam orta məktəbin 2024-2025-ci tədris ilinin 11B sinif şagirdi, hal-hazırda isə Bakı Ali Neft Məktəbinin tələbəsi Yusifli Vasif Asif oğlu da bizim qürur duyduğumuz məzunlarımızdandır.

Əzizimiz VASİF, sənə bütün işlərində ancaq uğurlar arzu edirik!

Sənin simanda bütün məzunlarımiza, gənclərimizə bir daha müraciət edərək deyirik ki, hər biriniz bizim üçün çox dəyərlisiniz! Həyatınız gözəl, canınız sağlam, mənəviyyatınız güclü olsun! Vətəniniz, millətiniz üçün, dünya insanlığı üçün çox çalışın, öz qəhrəmanlıq hekayələrinizi yazın!


29.12.2025-ci il tarixində Nərimanov rayonu 82 N-li tam orta məktəbin "Bədii qiraət" dərnəyinin üzvləri olan V sinif şag...
01/01/2026

29.12.2025-ci il tarixində Nərimanov rayonu 82 N-li tam orta məktəbin "Bədii qiraət" dərnəyinin üzvləri olan V sinif şagirdləri dərnək rəhbəri Sürəyya Paşayevanın təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı ⛄🌲❄️ münasibətilə maraqlı kompozisiya ilə çıxış etdilər. Onlar şeir söyləyib "Həmrəy olaq" dedilər, mahnı oxuyub, rəqs edib hamınin Yeni ilini təbrik etdilər.
2026-cı il, xoş gəlmisən!
Ölkəmizə əmin-amanlıq, sülh, aydin səma, ailələrimizə sağlamlıq və səadət gətir!

27/12/2025

Birləşək! Dünyada güclər birləşib,
Qalalar birləşib, bürclər birləşib.
Birləşib dünyada dili ayrılar,
Torpağı ayrılar, eli ayrılar.
Alıblar dünyadan öz haqlarını
Behişt eləyiblər torpaqlarını.

Nərimanov rayonu 82 N-li tam orta məktəbin Azərbaycan dili müəllimi Şəlalə Məmmədovanın təşkilatçilığı ilə 8A sinif şagirdlərinin "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə və Yeni ilə həsr olunmuş tədbirindən maraqlı kompozisiya.

Nərimanov rayonu 82 N-li tam orta məktəbin Azərbaycan dili müəllimi Şəlalə Məmmədovanın təşkilatçilığı və  8A sinif şagi...
27/12/2025

Nərimanov rayonu 82 N-li tam orta məktəbin Azərbaycan dili müəllimi Şəlalə Məmmədovanın təşkilatçilığı və 8A sinif şagirdlərinin iştirakı ilə
"31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə və Yeni ilə həsr olunmuş tədbirdən şirin xatirələr

26/12/2025

25.12.2025-ci il tarixində Nərimanov rayonu 82 N-li tam orta ümumtəhsil məktəbində fiziki tərbiyə müəllimi İlahə İmamovanın təşkilatçılığı ilə 6C və 6B sinif şagirdləri arasında "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr edilmiş ESTAFET yarışı keçirildi.

Nərimanov rayonu 82 N-li  tam orta məktəbin biologiya müəllimləri Aygün Qasımova və Aytən Yusubova 24.12.2025-ci il tari...
25/12/2025

Nərimanov rayonu 82 N-li tam orta məktəbin biologiya müəllimləri Aygün Qasımova və Aytən Yusubova 24.12.2025-ci il tarixində "Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait"in tətbiqi çərçivəsində VIII siniflərdə
"Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda seminar-məşğələlər keçirərək şagirdlərlə (oğlan və qızlarla ayrı-ayrılıqda) maarifləndirici söhbətlər aparmış, hər bir insan üçün bu qaydalara düzgün əməl etməyin vacibliyini elmi və praktiki əsaslara söykənən konkret nümunələrlə izah etmişlər. Şagirdlərin suallarını cavablandırmışlar.

Address

Baku

Telephone

+994125670011

Website

Alerts

Be the first to know and let us send you an email when 82 nomrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 82 nomrəli tam orta məktəb:

Shortcuts

Share

Category