GOC

GOC

Share

🌍 Dünyanın aparıcı beynəlxalq fənn olimpiadalarının təşkili və qeydiyyatı mərkəzi.

23/05/2026

📢 Olympiad USA Beynəlxalq Riyaziyyat Olimpiadasında maksimum nəticə göstərən şagirdlər məlumdur!

Riyaziyyat üzrə yüksək bilik və bacarıqlarını nümayiş etdirərək maksimum nəticə əldə edən iştirakçıları təbrik edirik 👏

💯 Maksimum nəticə göstərən şagirdlər:

Ümmügülsüm Ruhullayeva - Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin 3-cü sinif şagirdi

Şahmar Əmrahov - Salyan şəhər Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin 4-cü sinif şagirdi

Adəm Məmmədov - 5 saylı tam orta məktəbin 4-cü sinif şagirdi

İştirakçıları bu uğur münasibətilə təbrik edir, növbəti mərhələlərdə daha böyük nailiyyətlər arzulayırıq ✨

22/05/2026

📢 UAMO Beynəlxalq Riyaziyyat Olimpiadasında maksimum nəticə göstərən şagirdlər məlumdur!

Riyaziyyat üzrə yüksək bilik və bacarıqlarını nümayiş etdirərək maksimum nəticə əldə edən iştirakçıları təbrik edirik 👏

💯 Maksimum nəticə göstərən şagirdlər:

Məlahət Əhmədova
257 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi

Səid Dadaşzadə
296 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi

İştirakçıları bu uğur münasibətilə təbrik edir, növbəti mərhələlərdə daha böyük nailiyyətlər arzulayırıq ✨

21/05/2026

🇮🇹 HIPPO Olimpiadasının Milli Final Mərhələsinin Nəticələri Açıqlandı

Global Olympiad Center tərəfindən təşkil olunan HIPPO Beynəlxalq İngilis Dili Olimpiadasının Milli Final mərhələsinin nəticələri elan olunub. 3 may tarixində Azərbaycan Texniki Universitetində keçirilən final mərhələsinin yekun nəticələrinə əsasən, adi və xüsusi kateqoriyalar üzrə ümumilikdə 84 şagird Bakıda keçiriləcək Regional Final mərhələsində iştirak hüququ qazanıb.

Nəticələrə əsasən, Milli Final mərhələsində iştirak edən 4 şagird HIPPO 2026-nın "Grand Final" mərhələsinə birbaşa vəsiqə əldə edib. Həmin şagirdlər aşağıdakılardır:

159 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Ayan Quliyeva - Hippo 1 kateqoriyası üzrə,
Elitar Gimnaziyanın 7-ci sinif şagirdi Murad Hüseyn - Hippo 2 kateqoriyası üzrə,
276 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Ulduz İsmayılova - Hippo 2 kateqoriyası üzrə,
Türk Dünyası Bakı Atatürk Liseyinin 7-ci sinif şagirdi Leyli Hacızadə - Hippo 2 kateqoriyası üzrə birbaşa final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Milli Final mərhələsində iştirak edən 330 şagird isə Böyük Britaniyanın Brayton şəhərində keçiriləcək Family Summer Camp proqramında iştirak edərək final mərhələsinə vəsiqə qazanmaq imkanı əldə edə biləcək.

HIPPO Olimpiadasının Regional Final mərhələsi bu il Bakı şəhərində keçiriləcək. Bu mərhələdə Azərbaycanla yanaşı Əfqanıstan, Belarus, Kamboca, Misir, İran, İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Küveyt, Oman, Pakistan, Qətər, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan və Özbəkistandan olan şagridlərin yer alması nəzərdə tutulur.

Olimpiadanın ən yüksək mərhələsi olan Grand Final isə 80-dən çox ölkənin iştirakılə İtaliyanın tarixi şəhərlərindən biri olan Spoleto şəhərində təşkil olunacaq.

Global Olympiad Center Milli Final mərhələsində uğur qazanan bütün iştirakçıları təbrik edir və növbəti mərhələlərdə onlara uğurlar arzulayır 🍀

20/05/2026

📢 EINSTEIN Beynəlxalq Olimpiadasının üzvləri artıq məlumdur!

💯 EINSTEIN Olimpiadasının seçim mərhələsində 100 bal toplayaraq Yüzlər Klubuna daxil olan şagirdlər:

🔢 Riyaziyyat üzrə:
🔹 Ülkər Bəşirova - 95 nömrəli tam orta məktəb | II sinif
🔹 Dinara Fərəcova - 169 nömrəli tam orta məktəb | IV sinif
🔹 Murad Nəcəfli - Gəncə şəhər Mehdi Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-lisey | II sinif

🔬 Elm üzrə:
🔹 Şamil Məmmədli - BDU-nun nəzdində “Gənc İstedadlar” liseyi | V sinifa
🔹 Mikhail Dmitriyev - Landau School | III sinif

🌟 Bu nəticə şagirdlərin riyaziyyat və elmə olan marağının, davamlı hazırlığının və güclü akademik bacarıqlarının göstəricisidir.

🎉 Bütün şagirdlərimizi təbrik edir, Almaniyanın Berlin şəhərində keçiriləcək final mərhələsində uğurlar arzulayırıq 🚀

19/05/2026

📢 Beynəlxalq Eynşteyn Olimpiadasının Seçim Turu Keçirilib!

16 may tarixində Almaniya mərkəzli Beynəlxalq Eynşteyn Olimpiadasının seçim turu ölkəmizin 7 böyük şəhərində, Bakı, Sumqayıt, Gəncə, Şəki, Quba, Masallı və Naxçıvanda təşkil olunub.

🧠 İştirakçılar Riyaziyyat və Elm fənləri üzrə biliklərini, analitik düşünmə və problem həll etmə bacarıqlarını nümayiş etdiriblər.

📚 Riyaziyyat fənni üzrə seçim turu saat 11:00-da, Elm fənni üzrə seçim turu isə saat 14:00-da keçirilib. İmtahanlar müxtəlif sinif kateqoriyalarına uyğun formatda təşkil olunub.

🏅 Nəticələrə əsasən 91-100 bal toplayan iştirakçılar qızıl, 75-90 bal toplayanlar gümüş, 50-74 bal aralığında nəticə göstərənlər isə bürünc medal qazanacaqlar. 40 və daha yüksək bal toplayan iştirakçılar Almaniyanın Berlin şəhərində keçiriləcək final mərhələsində iştirak şansı əldə edəcəklər.

Olimpiadanın təşkilində əməyi olan bütün komandamıza təşəkkür edir, iştirak edən bütün şagirdlərə uğurlar arzulayırıq! 🍀

---

The Preliminary Round of the International Einstein Olympiad Has Been Held!

On May 16, the preliminary round of the International Einstein Olympiad was organized in seven major cities of Azerbaijan: Baku, Sumgayit, G***a, Shaki, Guba, Masalli, and Nakhchivan.

Participants demonstrated their knowledge, analytical thinking, and problem-solving skills in Mathematics and Science.

According to the exam schedule, the preliminary round for Mathematics was held at 11:00, while the preliminary round for Science took place at 14:00. The exams were organized in formats suitable for different grade categories.

Based on the results, participants scoring 91-100 points will receive gold medals, those scoring 75-90 points will receive silver medals, and participants scoring 50-74 points will receive bronze medals. Participants who score 40 points or higher will have the opportunity to take part in the final round, which will be held in Berlin, Germany.

We would like to thank our entire team for their contribution to the organization of the Olympiad and wish success to all participating students.

18/05/2026

🏆 Beynəlxalq Fənn Olimpiadaları və Yarışmalarının Mükafatlandırma Mərasimi Keçiriləcək!

Global Olympiad Center tərəfindən təşkil olunan beynəlxalq fənn olimpiadaları və yarışmalarında qızıl, gümüş və bürünc medal qazanan şagirdlər 6 iyun tarixində Heydər Əliyev Sarayında təltif olunacaqlar.

Mükafatlandırma mərasimi iki fərqli saat üzrə təşkil ediləcək:

🕚 Saat 11:00
AI Azerbaijan, AzMİO, AzFO, Eynşteyn və HIPPO Beynəlxalq İngilis Dili Olimpiadası üzrə medal qazanan şagirdlər

🕒 Saat 15:00
Brainiacs İngilis Dili, Coğrafiya və Tarix Olimpiadası, Spirit of Math, STEMCO, UAMO və USA Olympiad Beynəlxalq Riyaziyyat Olimpiadası üzrə medal qazanan şagirdlər

📌 Tədbirdə iştirak etmək üçün medal qazanan şagirdlər şəxsi kabinetlərinə daxil olaraq mükafatlandırma mərasimi üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat tamamlandıqdan sonra şagird və valideyn üçün xüsusi bilet formalaşacaq.

❗ Mərasimə gələrkən biletlərin çap olunmuş formada təqdim edilməsi mütləqdir. Qeydiyyatdan keçməyən və çap olunmuş bileti olmayan şəxslər tədbirə buraxılmayacaq.

Qeyd edək ki, Naxçıvan və Gəncə bölgələri üzrə mükafatlandırma mərasimləri həmin ərazilərdə ayrıca təşkil olunacaq. Tarix və saatla bağlı məlumat rəsmi platformalarımızda paylaşılacaq.

Bütün medalçılarımızı təbrik edir, bu möhtəşəm gündə görüşməyi səbirsizliklə gözləyirik 💙🤍

15/05/2026

📢 İlin Son Olimpiadasına Qeydiyyat Başladı!

🧠 Asiyanın ən böyük riyaziyyat olimpiadalarından biri olan AIMO - Asiya Beynəlxalq Riyaziyyat Olimpiadası şagirdlərə riyazi biliklərini beynəlxalq səviyyədə sınamaq, analitik düşüncə və problem həll etmə bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.

🌏 100+ ölkədən şagirdin iştirak etdiyi bu olimpiada riyaziyyata marağı olan məktəbliləri beynəlxalq akademik platformada bir araya gətirir.

🇻🇳 Qeyd edək ki, AIMO 2026-nın final mərhələsi bu il Vyetnamın paytaxtı Hanoy şəhərində keçiriləcək.

🎓 Sinif: I-XI
⌛ Son qeydiyyat tarixi: 5 iyun
🗓️ Olimpiada tarixi: 7 iyun

👉🏻 28 may tarixinədək endirimli qiymətlə qeydiyyatdan keçə bilərsiniz!

📌 Qeydiyyat və ətraflı məlumat üçün şərh bölməsinə “+” yazın!
📲 Əlaqə: +994 50 224 51 40 (WhatsApp aktivdir)

13/05/2026

🚀 Riyaziyyatı sevən şagirdlər üçün ABŞ-da 12 günlük akademik təcrübə!

📅 16-27 iyul tarixlərində Berkli Universitetində keçiriləcək Beynəlxalq Riyaziyyat Yay Kampı şagirdlərə həm biliklərini inkişaf etdirmək, həm də beynəlxalq akademik mühiti yaxından tanımaq imkanı yaradır.

📚 Proqram çərçivəsində:
• Dərslər Berkli Universitetinin professorları tərəfindən keçiriləcək
• Olimpiada səviyyəsində dərslər və sınaq imtahanı təşkil olunacaq
• Proqram sonunda beynəlxalq sertifikat təqdim ediləcək

🌍 İştirakçılar həmçinin Stanford və San Francisco Universitetləri kimi aparıcı ali təhsil müəssisələrini, eləcə də Apple Park, Lick Rəsədxanası və məşhur 17-Miles Drive kimi simvolik məkanları yaxından görmək imkanı əldə edəcəklər.

Bu proqram şagirdlərə riyazi biliklərini inkişaf etdirməklə yanaşı, gələcək təhsil hədəflərinə daha geniş perspektivdən baxmaq fürsəti qazandırır.

👇🏻 Qeydiyyat və ətraflı məlumat üçün şərh bölməsinə “+” yazın!
📲 Əlaqə: +994 50 371 42 80 (WhatsApp aktivdir)

12/05/2026

📢 AI Azərbaycan Süni İntellekt Olimpiadasının Final Mərhələsi Keçirilib!

9 may tarixində UFAZ, Azərbaycan-Fransız Universitetində AI Azərbaycan Süni İntellekt Olimpiadasının final mərhələsi baş tutub.

Final mərhələsində iştirakçıların süni intellekt, data analizi, alqoritmik düşüncə və tətbiqi model qurma bacarıqları qiymətləndirilib. Şagirdlər gün ərzində TASK A, TASK B və TASK C mərhələləri üzrə nəzəri və praktiki tapşırıqları yerinə yetiriblər.

🧠 TASK A mərhələsində nəzəri biliklər,
💻 TASK B mərhələsində data ilə işləmə və model qurma bacarıqları,
📊 TASK C mərhələsində isə Kaggle əsaslı tətbiqi problem həlli qiymətləndirilib.

Final günü UFAZ və Global Olympiad Center nümayəndələrinin iştirakı ilə açılış görüşü keçirilib, həmçinin valideynlər üçün ayrıca məlumatlandırıcı görüş təşkil olunub.

🌍 129 ölkənin iştirakı ilə təşkil olunacaq beynəlxalq mərhələ şagirdlərə süni intellekt sahəsində bilik və bacarıqlarını qlobal səviyyədə nümayiş etdirmək imkanı yaradacaq.

AI Azərbaycan Olimpiadası ölkəmizdə süni intellektə marağın artırılması, rəqəmsal savadlılığın inkişafı və gələcəyin texnologiya sahəsində ixtisaslaşacaq gənclərinin aşkarlanması məqsədilə həyata keçirilir.

Final mərhələsində iştirak edən bütün şagirdlərə uğurlar arzulayırıq 🍀

11/05/2026

🤖 IOAI 2026-da ölkəmizi təmsil edəcək şagirdlərin adına aydınlıq gəlib

Global Olympiad Center tərəfindən təsis edilən AI Azərbaycan - Azərbaycan Süni İntellekt Olimpiadasının final mərhələsi keçirilib. Azərbaycan Fransız Universitetində təşkil olunan bu mərhələdə 144 şagird IOAI 2026-ya vəsiqə qazanmaq uğrunda mübarizə aparıblar.

Final mərhələsində iştirakçılar 6 saat ərzində 3 fərqli tapşırıq üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Belə ki, TASK A mərhələsində şagirdlərin süni intellekt üzrə nəzəri bilikləri qiymətləndirilib. Bu hissədə iştirakçılara 25 sualdan ibarət nəzəri tapşırıqlar təqdim olunub. TASK B mərhələsində iştirakçıların texniki və praktiki bacarıqları yoxlanılıb. Bu mərhələdə şagirdlər data ilə işləmə, ilkin emal, kəşfedici analiz, model qurma və nəticələrin qiymətləndirilməsi üzrə tapşırıqları yerinə yetiriblər. TASK C mərhələsi isə Kaggle əsaslı tətbiqi tapşırıq formatında keçirilib. Bu hissədə iştirakçılar data təmizləmə, xüsusiyyət mühəndisliyi, model seçimi və model performansının yaxşılaşdırılması istiqamətində praktik problem üzərində çalışıblar.

Azərbaycanı beynəlxalq final mərhələsində təmsil edəcək milli komandanın üzvləri aşağıdakılardır:

Xırdalan şəhər B.Y. Cəfərov adına 3 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Kənan Kərimzadə - ümumi nəticə: 93,85 bal
S.C. Pişəvəri adına Humanitar Fənlər Təmayüllü Gimnaziyanın 11-ci sinif şagirdi Şəhla Əhmədzadə - ümumi nəticə: 93,7 bal
85 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Tunar Əhmədzadə - ümumi nəticə: 93,35 bal
328 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Mirmehdi Əzizli - ümumi nəticə: 93,23 bal

Qeyd edək ki, milli komandanın üzvləri Qazaxıstanın Astana şəhərində keçiriləcək Beynəlxalq Süni İntellekt Olimpiadasının final mərhələsində iştirak etmək hüququ qazanıblar. 130-dan çox ölkənin iştirakı ilə təşkil olunacaq final mərhələsi şagirdlərə süni intellekt sahəsində bilik və bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradacaq.

Global Olympiad Center olaraq milli komandanın üzvlərini təbrik edir, onlara beynəlxalq final mərhələsində uğurlar arzulayırıq.

10/05/2026

10 May xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.

Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


AF Business House 7-ci Mərtəbə
Baku
AZ1010