GOC

GOC 🌍 Dünyanın aparıcı beynəlxalq fənn olimpiadalarının təşkili və qeydiyyatı mərkəzi.

✨ Yeni Tədris İlinə Yeni Əməkdaşlarımızla!GOC komandası 2026-2027-ci tədris ilinə yeni komanda üzvləri ilə birlikdə qədə...
25/08/2026

✨ Yeni Tədris İlinə Yeni Əməkdaşlarımızla!

GOC komandası 2026-2027-ci tədris ilinə yeni komanda üzvləri ilə birlikdə qədəm qoyur. Fərqli istiqamətlər üzrə komandamıza qoşulan əməkdaşlarımızla qarşıdakı mövsümdə daha sistemli, dinamik və güclü fəaliyyət göstərməyi hədəfləyirik.

Komandamızın yeni üzvləri:

🎨 Multidisiplinar Dizayner: Firuzə Zeynalova
💬 Sosial Media Cavablandırma Operatoru: Kubra Quliyeva
📝 Satış və Qeydiyyat üzrə Mütəxəssis: Zəhra Nəhmətli
📂 Layihə Meneceri: Ləman Quliyeva
📈 Maliyyə Meneceri: Tural Qaraşov

Yeni əməkdaşlarımızın hər birinə fəaliyyətlərində uğurlar arzulayırıq 💙

🏆 Riyaziyyat həyəcanı bu dəfə Baku Crystal Hall-da!WMTC Dünya Riyaziyyat Çempionatının ölkə mərhələsi 20 sentyabr tarixi...
24/08/2026

🏆 Riyaziyyat həyəcanı bu dəfə Baku Crystal Hall-da!

WMTC Dünya Riyaziyyat Çempionatının ölkə mərhələsi 20 sentyabr tarixində Baku Crystal Hall-da keçiriləcək.

2009-cu ildə Berkeley Universitetinin professorları tərəfindən təsis olunan WMTC bu gün 50-dən çox ölkədə şagirdləri eyni beynəlxalq platformada bir araya gətirir.

İştirakçılar riyazi biliklərini fərdi, estafet və komanda raundlarında sınayacaq, məntiqi düşünmə, strategiya və sürətli qərarvermə bacarıqlarını nümayiş etdirəcəklər.

Yarış Junior, Intermediate və Advanced yaş kateqoriyaları üzrə təşkil olunur.

📅 Seçim turu: 20 sentyabr
📌 Son qeydiyyat: 13 sentyabr
📚 Siniflər: 5-11 (3-4-cü sinif şagirdləri də iştirak edə bilər)
📍 Məkan: Baku Crystal Hall, Konfrans Zalı

Riyazi biliklərini beynəlxalq səviyyədə sınamaq istəyirsənsə, WMTC-də yerini indidən ayır!

📩 Qeydiyyat və ətraflı məlumat üçün şərh bölməsinə “+” yazın.

📲 WhatsApp: +994 50 224 51 40

📣 FMO Beynəlxalq Riyaziyyat Yarışmasına Qeydiyyat Başladı!1-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan FMO şagirdlərə r...
15/08/2026

📣 FMO Beynəlxalq Riyaziyyat Yarışmasına Qeydiyyat Başladı!

1-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan FMO şagirdlərə riyazi biliklərini, məntiqi düşünmə və problem həll etmə bacarıqlarını beynəlxalq səviyyədə sınamaq imkanı yaradır.

🏆 Yarışmada yüksək nəticə göstərən iştirakçılar qızıl, gümüş və bürünc medallarla təltif olunacaq, beynəlxalq sertifikat əldə edəcəklər. Seçim mərhələsində fərqlənən şagirdlər isə Vyetnamda keçiriləcək final mərhələsində iştirak şansı qazanacaqlar.

📍 Yarışma Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində keçiriləcək.
📅 Seçim turu: 18 oktyabr
⏳ Son qeydiyyat: 16 oktyabr

Riyaziyyata marağınız varsa, biliklərinizi beynəlxalq səviyyədə sınamaq üçün bu fürsəti dəyərləndirin.

📌 Qeydiyyat və ətraflı məlumat üçün şərh bölməsinə “+” yazın!
📲 Əlaqə: +994 50 224 51 40 (WhatsApp aktivdir)

14/08/2026

🎂 Global Olympiad Center 4 Yaşında!

Dörd il boyunca bizimlə olduğunuz üçün təşəkkür edirik!

🌍 WMTC Haqqında Bunları Bilməlisiniz!15 ildən çox beynəlxalq təcrübəyə malik WMTC Dünya Riyaziyyat Çempionatı dünyanın 5...
13/08/2026

🌍 WMTC Haqqında Bunları Bilməlisiniz!

15 ildən çox beynəlxalq təcrübəyə malik WMTC Dünya Riyaziyyat Çempionatı dünyanın 50-dən çox ölkəsindən riyaziyyata marağı olan şagirdləri bir araya gətirir.

WMTC-ni fərqləndirən əsas xüsusiyyətlərdən biri yarış formatıdır. İştirakçılar biliklərini fərdi, estafet və komanda raundlarında sınayaraq yalnız riyazi bacarıqlarını deyil, sürətli düşünmə, strategiya qurma və komandayla işləmək bacarıqlarını da nümayiş etdirirlər 🧠🤝

Çempionatda şagirdlər Junior, Intermediate və Senior kateqoriyaları üzrə yarışır. Fərdi nəticələrə əsasən iştirakçılar qızıl, gümüş və bürünc medallarla təltif olunur, komanda nəticələrində isə hər kateqoriya üzrə ilk 3 yer kubok və sertifikat qazanır 🏆

📅 Seçim turu: 20 sentyabr
📍 Bakı
📚 Siniflər: 5-11 (3-4-cü sinif şagirdləri də iştirak edə bilər)
🇹🇭 Final mərhələsi: Tailand

📌 Qeydiyyat və ətraflı məlumat üçün şərh bölməsinə “+” yazın!
📲 Əlaqə: +994 50 224 51 40 (WhatsApp aktivdir)

🇦🇿 Kamal Rəhmanzadə ölkəmizi Kanadada təmsil edəcək!13-16 avqust tarixlərində Toronto Universitetində International Spir...
13/08/2026

🇦🇿 Kamal Rəhmanzadə ölkəmizi Kanadada təmsil edəcək!

13-16 avqust tarixlərində Toronto Universitetində International Spirit of Math Yarışmasının final mərhələsi keçiriləcək. Azərbaycanı finalda Bakı şəhəri 132-134 nömrəli məktəb-liseyin 1-ci sinif şagirdi Kamal Rəhmanzadə təmsil edəcək.

30-dan çox ölkədən 1-8-ci sinif şagirdlərinin iştirak edəcəyi finalda iştirakçılar riyazi biliklərini, məntiqi düşünmə və problem həll etmə bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirəcəklər.

Yarış proqramı akademik mərhələ ilə yanaşı, Toronto Universiteti, CN Tower, Royal Ontario Museum və Niaqara şəlaləsi kimi məkanlara səfərləri də əhatə edəcək. Bu isə iştirakçılara həm beynəlxalq yarış təcrübəsi, həm də fərqli ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət qurmaq imkanı yaradacaq.

Global Olympiad Center olaraq Kamal Rəhmanzadəyə final mərhələsində uğurlar arzulayırıq🍀

🙋🏼‍♀️ Sən də GOC Könüllüsü ol!Beynəlxalq olimpiadaların təşkilində yaxından iştirak etmək, yeni təcrübələr qazanmaq və y...
07/08/2026

🙋🏼‍♀️ Sən də GOC Könüllüsü ol!

Beynəlxalq olimpiadaların təşkilində yaxından iştirak etmək, yeni təcrübələr qazanmaq və yüzlərlə şagirdin uğur yoluna dəstək olmaq istəyirsənsə, GOC Könüllü Komandasına qoşul!

Global Olympiad Center könüllüsü olaraq sən müxtəlif layihə və tədbirlərin təşkilati prosesində iştirak edəcək, komanda işi, ünsiyyət və təşkilatçılıq bacarıqlarını inkişaf etdirəcək, dinamik bir komandanın parçasına çevriləcəksən.

Bu il GOC Könüllü Proqramına Zal, İstiqamətləndirmə, Qarşılama, Media, Məktəbli Səfirlər və Layihə olmaqla 6 komanda istiqaməti üzrə qəbul həyata keçirilir.

Müraciətlər Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərindən qəbul olunur.

📅 Son qeydiyyat tarixi: 15 avqust

GOC komandasına qoşulmaq üçün bio-da yerləşdirilən qeydiyyat linkinə keç və müraciətini tamamla 💙

🔬 Copernicus Təbiət Elmləri Olimpiadasına qeydiyyat başladı!27 sentyabr tarixində keçiriləcək seçim mərhələsində şagirdl...
05/08/2026

🔬 Copernicus Təbiət Elmləri Olimpiadasına qeydiyyat başladı!

27 sentyabr tarixində keçiriləcək seçim mərhələsində şagirdlər təbiət elmləri üzrə biliklərini sınayacaq, analitik düşünmə və problem həll etmə bacarıqlarını nümayiş etdirəcəklər 🔬

Yüksək nəticə göstərən iştirakçılar medal və beynəlxalq sertifikatlarla təltif olunmaqla yanaşı, ABŞ-ın Hyuston şəhərində, Rice Universitetində keçiriləcək final mərhələsinə vəsiqə qazanmaq imkanı əldə edəcəklər.

Finalçılar Rice Universitetinin akademik mühiti ilə yaxından tanış olacaq, universitetin akademik heyətinin iştirakı ilə keçirilən mühazirə və praktiki sessiyalara qatılaraq yeni elmi təcrübələr qazanacaqlar 🎓🇺🇸

📅 Seçim mərhələsi: 27 sentyabr
👥 Siniflər: 3-11
🇺🇸 Final: Rice Universiteti, Hyuston

Ətraflı məlumat və qeydiyyat üçün şərh bölməsinə “+” yazın.

📲 Əlaqə: 050 224 51 40 (WhatsApp aktivdir)

🏆 Azərbaycan komandası AIMO 2026 finalında iki medal və xüsusi mükafat qazandı!Vyetnamın Hanoy şəhərində 1-5 avqust tari...
04/08/2026

🏆 Azərbaycan komandası AIMO 2026 finalında iki medal və xüsusi mükafat qazandı!

Vyetnamın Hanoy şəhərində 1-5 avqust tarixlərində keçirilən Asiya Beynəlxalq Riyaziyyat Olimpiadasının final mərhələsində ölkəmizi təmsil edən hər iki şagird uğurlu nəticə göstərib.

🥈 Türk Dünyası Bakı Atatürk Liseyinin şagirdi Miryusif Babazadə gümüş medal və “Star of International” xüsusi mükafatı qazanıb.

🥉 159 nömrəli tam orta məktəbin şagirdi Rüfət Təhməzov isə bürünc medala layiq görülüb.

22 ölkədən təxminən 1300 şagirdin iştirak etdiyi final mərhələsində iştirakçıların riyazi bilikləri, məntiqi düşünmə və problem həll etmə bacarıqları qiymətləndirilib.

Azərbaycan komandasına Global Olympiad Center-in həmtəsisçisi Əli Mirzəyev rəhbərlik edib.

Şagirdlərimizi qazandıqları yüksək nəticələr münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq 🇦🇿✨

👨🏻‍🚀 Kopernik Beynəlxalq Fizika və Astronomiya Olimpiadasına qeydiyyat başladı!50-dən çox ölkənin iştirak etdiyi Koperni...
03/08/2026

👨🏻‍🚀 Kopernik Beynəlxalq Fizika və Astronomiya Olimpiadasına qeydiyyat başladı!

50-dən çox ölkənin iştirak etdiyi Kopernik Olimpiadası şagirdlərə fizika qanunlarını və kainatın sirlərini beynəlxalq səviyyədə araşdırmaq imkanı yaradır.

👉🏻 Bu olimpiadada iştirak etməklə siz:
✅ Fizika və astronomiya üzrə biliklərinizi beynəlxalq səviyyədə sınayır;
✅ Elmi və analitik düşünmə bacarıqlarınızı inkişaf etdirir;
✅ Mürəkkəb hadisələri təhlil etməyi və düzgün nəticə çıxarmağı öyrənir;
✅ Problem həll etmə bacarıqlarınızı praktiki tapşırıqlar üzərindən gücləndirir;
✅ Akademik portfolionuza dəyər qatan beynəlxalq sertifikat əldə edirsiniz.

📅 Olimpiada tarixi: 27 sentyabr
👥 Siniflər: 7-11
🇺🇸 Final mərhələsi: Hyuston, ABŞ

Qeyd edək ki, Fizika və Astronomiya olimpiadaları bu il ayrı-ayrılıqda keçiriləcəkdir.

📌 Qeydiyyat və ətraflı məlumat üçün şərh bölməsinə “+” yazın!
📲 Əlaqə: +994 50 224 51 40 (WhatsApp aktivdir)

Address

AF Business House 7-ci Mərtəbə
Baku
AZ1010

Alerts

Be the first to know and let us send you an email when GOC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share