08/02/2026
Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsinə hər iki istiqamət üzrə qeydiyyat 25 fevraladək uzadılmışdır!
Xatırladaq ki, namizədlik istiqaməti tədqiqat təklifi ilə müraciət edən araşdırmaçılara akademik hüquqi yazı və araşdırma sahəsində təşkil olunan təlimlərdə iştirak imkanı təqdim edir. Təlimlər çərçivəsində verilən tapşırıqlar nəticəsində araşdırmaçılar məqalələrinin ilkin versiyalarını formalaşdırırlar. Daha sonra isə bu yazılar mərhələli redaktələr vasitəsilə dərcə uyğun hala gətirilir.
Digər istiqamət olan "Call for Rough Drafts" üzrə isə araşdırmaçılar Layihəyə artıq əvvəlcədən formalaşdırdıqları məqalə ilə müraciət edirlər. Belə ki, müvafiq iddia-bəyanata malik, lakin jurnal standartlarına uyğunlaşdırılmağa ehtiyacı olan bu məqalələr peşəkar mütəxəssislərin rəy və təklifləri, habelə redaktələr nəticəsində dərcə uyğun hala gətirilir.
Namizədlik üzrə qeydiyyat linki: https://forms.gle/52GaKvuvJEw75Qy58
“Call for Rough Drafts” üzrə qeydiyyat linki: https://forms.gle/8JTjbMmHEu1D3QkT8
E-poçt: [email protected]
06/02/2026
Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi çərçivəsində növbəti məqalə uğurla başa çatdırılmışdır!
Zübeyir Bağırzadənin müəllifi olduğu “Beyond Recognition: Rethinking Gender-Based Violence in Law” adlı məqalə Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının 11-ci Buraxılışının 2-ci Sayında dərc olunmuşdur.
Bu müddət ərzində Layihə məqalənin formalaşması üçün uyğun akademik mühit təşkil edərək müəllif və icraçıların birgə əməkdaşlığına şərait yaratmışdır. Nəticədə aparılan mərhələli redaktələr vasitəsilə məqalə təkmilləşdirilərək akademik hüquqi yazı standartlarına uyğunlaşdırılmışdır.
Müəllifə Layihəmizi seçdiyi üçün təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Məqalənin tam mətninə keçid: https://bsulawreview.org/volumes/buraxilis-11/buraxilis-11-2/taninmadan-k%c9%99narda-huquqda-gender-%c9%99sasli-zorakiliga-yenid%c9%99n-baxis/
04/02/2026
Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi çərçivəsində namizədlik istiqaməti üzrə növbəti məqalə uğurla başa çatdırılmışdır!
Fidan Hüseynovanın müəllifi olduğu “Rəqəmsal era və kodlaşdırılmış hüquq: Ağıllı müqavilələrin hüquqi tənzimlənməsi” adlı məqalə Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının 11-ci Buraxılışının 2-ci Sayında dərc olunmuşdur.
Akademik hüquqi araşdırmanın səmərəli təşkili məqsədilə müəllif Layihə çərçivəsində müvafiq təlimlərə cəlb edilmişdir. Təlimlər nəticəsində verilən tapşırıqlar əsasında isə müəllifin təqdim etdiyi tədqiqat təklifi üzrə məqalənin ilkin versiyası hazırlanmışdır. Daha sonra aparılan mərhələli redaktələr nəticəsində müvafiq versiya təkmilləşdirilərək akademik hüquqi yazı standartlarına uyğunlaşdırılmışdır.
Layihəmizi seçdiyi üçün müəllifə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Məqalənin tam mətninə keçid:
https://bsulawreview.org/volumes/buraxilis-11/buraxilis-11-2/rəqəmsal-era-və-kodlasdirilmis-huquq-agilli-muqavilələrin-huquqi-tənzimlənməsi/
01/02/2026
Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi çərçivəsində namizədlik istiqaməti üzrə növbəti məqalə uğurla başa çatdırılmışdır!
Məhin Əkbərovanın müəllifi olduğu “Cinayət mühakiməsində genetik məlumatların istifadəsi: Yeni dövr, yoxsa məxfiliyə hücum?” adlı məqalə Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalının 11-ci Buraxılışının 2-ci Sayında dərc olunmuşdur.
Akademik hüquqi araşdırmanın səmərəli təşkili məqsədilə müəllif Layihə çərçivəsində müvafiq təlimlərə cəlb edilmişdir. Təlimlər nəticəsində verilən tapşırıqlar əsasında isə müəllifin təqdim etdiyi tədqiqat təklifi üzrə məqalənin ilkin versiyası hazırlanmışdır. Daha sonra aparılan mərhələli redaktələr nəticəsində müvafiq versiya təkmilləşdirilərək akademik hüquqi yazı standartlarına uyğunlaşdırılmışdır.
Layihəmizi seçdiyi üçün müəllifə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Məqalənin tam mətninə keçid:
https://bsulawreview.org/volumes/buraxilis-11/buraxilis-11-2/cinayət-muhakiməsində-genetik-məlumatlarin-istifadəsi-yeni-dovr-yoxsa-məxfiliyə-hucum/
08/01/2026
Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsinə hər iki istiqamət üzrə qeydiyyat başlamışdır!
Layihəyə qoşulmaqla araşdırmaçılar akademik hüquqi araşdırma və yazı bacarıqlarını təkmilləşdirmək, eləcə də müxtəlif hüquq sahələri üzrə məqalə ərsəyə gətirmək imkanı əldə edirlər.
Namizədlik üzrə qeydiyyat linki: https://forms.gle/52GaKvuvJEw75Qy58
“Call for Rough Drafts” üzrə qeydiyyat linki: https://forms.gle/8JTjbMmHEu1D3QkT8
E-poçt: [email protected]
02/12/2025
7 dekabr 2025-ci il tarixində, saat 20:00-da Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi çərçivəsində İnfosessiya baş tutacaqdır!
Sessiya ərzində iştirakçılara Layihənin fəaliyyəti, yaratdığı imkanlar və digər məsələlər barədə məlumat veriləcəkdir.
İnfosessiyanın keçiriləcəyi platforma: “Google Meet”
İnfosessiyada iştirak etmək üçün qeydiyyatdan keçə bilərsiniz:
https://forms.gle/XiUFPU97FPRLpy719
24/05/2025
Akademik hüquqi araşdırmanın nəticəsi tədqiqatçının araşdırma predmetinə münasibətindən asılı olaraq dəyişə bilər.
Bu münasibət ya obyektiv təhlilə əsaslanan qərəzsiz və faktiki məlumatları, ya da tədqiqatçının şəxsi mövqeyindən qaynaqlanan subyektiv perspektivlərin əks etdirilməsi ilə müşahidə olunur.
Bəs belə olduqda bir-birinə zidd görünən bu iki yanaşmanın effektivlik dərəcəsi, habelə onların araşdırma prosesi və nəticəsinə təsiri necə qiymətləndirilməlidir?
Bu suala cavab tapmaq üçün linkə keçid edərək bloqu oxuya bilərsiniz: https://lrap.bsulawss.org/?p=469
20/05/2025
Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsi çərçivəsində növbəti məqalə uğurla başa çatdırılmışdır. Aysun Zeynalovanın müəllifi olduğu “Startap və investor arasında hüquqi körpü: Azərbaycan və ABŞ yanaşmasının müqayisəli təhlili” adlı məqalə Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Hüquq Jurnalının 11-ci Buraxılışının 1-ci Sayında dərc olunmuşdur.
Bu müddət ərzində Layihə məqalənin formalaşması üçün uyğun akademik mühit təşkil edərək müəllif və icraçıların birgə əməkdaşlığına şərait yaratmışdır. Əlavə olaraq, məqalə yazı prosesində dəyərləndirilmək məqsədilə müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssisə yönləndirilmiş və təkmilləşdirilmişdir. Daha sonra mərhələli redaktə proseslərindən keçərək müvəffəqiyyətlə tamamlanmışdır.
Müəllifə Layihəmizi seçdiyi üçün təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Məqalənin tam mətninə keçid: https://bsulawreview.org/en/volumes-en/volume-11/volume-11-1/the-legal-bridge-between-startup-and-investor-a-comparative-analysis-of-the-approaches-of-azerbaijan-and-the-usa/
16/04/2025
[az] Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsinə qeydiyyat üçün son tarix 30 aprelə qədər uzadılmışdır!
Layihə müvafiq iddia-bəyanata malik, lakin inkişaf etdirilməli məqalələri hüquqi yazı standartlarına uyğunlaşdırmaq imkanı təqdim edir. Layihəyə qoşulmaqla, həmçinin məqalələrinizin ilkin versiyasını peşəkar müəllimlərin rəy və təklifləri vasitəsilə təkmilləşdirmək şansı əldə edəcəksiniz.
Layihəyə müraciət etmək üçün tələblər:
- Məqalə minimum 7 səhifədən ibarət olmalı;
- "Times New Roman" şrifti və 12 şrift ölçüsü ilə yazılmalı;
- İstinadlar “footnote”da qeyd edilməlidir.
Qeydiyyat üçün link: https://lrap.bsulawss.org/?page_id=450&fbclid=PAZXh0bgNhZW0CMTEAAaeUH3FJq0u81sLAe9PB4ELkUVgsUHM5u0lVK3Vz6_UTrcSALka5DjusuMG6jQ_aem_7F11_pNgMO0STPwthw5ToA
__
[eng] Registration for the Junior Legal Scholars Research Assistant Program has been extended till April 30!
The Program offers an opportunity to refine articles with a relavant claim statement, enhancing their compliance with legal writing standards. By joining the Program, you will also have the chance to improve the initial version of your articles through the feedback and recommendations of professors.
Requirements for applying to the Program:
- The article must be at least 7 pages;
- It must be written in Times New Roman font, size 12;
- References must be cited in footnotes.
Link for registration: https://lrap.bsulawss.org/?page_id=450&fbclid=PAZXh0bgNhZW0CMTEAAaeUH3FJq0u81sLAe9PB4ELkUVgsUHM5u0lVK3Vz6_UTrcSALka5DjusuMG6jQ_aem_7F11_pNgMO0STPwthw5ToA
17/03/2025
[az] Hüquqi məqalələrinizi təkmilləşdirmək və akademik tələblərə uyğunlaşdırmaq üçün Gənc Hüquq Alimləri Araşdırma Yardımçısı Layihəsinə qeydiyyat başlamışdır!
Layihə müvafiq iddia-bəyanata malik, lakin inkişaf etdirilməli məqalələri hüquqi yazı standartlarına uyğunlaşdırmaq imkanı təqdim edir. Layihəyə qoşulmaqla, həmçinin məqalələrinizin ilkin versiyasını peşəkar müəllimlərin rəy və təklifləri vasitəsilə təkmilləşdirmək şansı əldə edəcəksiniz.
Layihəyə müraciət etmək üçün tələblər:
- Məqalə minimum 7 səhifədən ibarət olmalı;
- "Times New Roman" şrifti və 12 şrift ölçüsü ilə yazılmalı;
- İstinadlar “footnote”da qeyd edilməlidir.
Qeydiyyat üçün link: https://lrap.bsulawss.org/?page_id=450
—
[eng] Registration for the Junior Legal Scholars Research Assistant Program has begun to improve your legal articles and align them with academic legal writing standards!
The Program offers an opportunity to refine articles with a relavant claim statement, enhancing their compliance with legal writing standards. By joining the Program, you will also have the chance to improve the initial version of your articles through the feedback and recommendations of professors.
Requirements for applying to the Program:
- The article must be at least 7 pages;
- It must be written in Times New Roman font, size 12;
- References must be cited in footnotes.
Link for registration: https://lrap.bsulawss.org/?page_id=450
13/03/2025
“JUST-ASK” hüquqi problemlərin effektiv araşdırılması üçün strukturlaşdırılmış yanaşma təqdim edən və özündə aşağıdakı elementləri ehtiva edən vasitədir:
1. "Jurisdiction" (Yurisdiksiya) – Araşdırma aparılacaq məhkəmə və qanunvericilik aktları əvvəlcədən müəyyənləşdirilir.
2. “Useful tips" (Faydalı məsləhətlər) – Araşdırmaya başlamaq və ya daha effektiv tədqiqat aparmaq üçün mütəxəssislərin mövzu ilə əlaqəli tövsiyələrindən yararlanmağı nəzərdə tutur.
3. “Scope" (Əhatə dairəsi) – Tədqiqatın məqsədi, həcmi və gözlənilən nəticələr əvvəlcədən dəqiq müəyyən olunur.
4. “Terms of art" (Terminlər) – Bəzi ümumişlək sözlərin tədqiqat sahəsinə xas, spesifik mənalarının araşdırılmasını özündə əks etdirir.
5. “Acronyms" (Abreviaturalar) – Mənbələrdə rast gəlinən abreviaturaların düzgün istifadəsi üçün bu sözlərin mənası aydınlaşdırılır.
6. “Sources" (Mənbələr) – Araşdırma zamanı istifadə ediləcək qanunvericilik aktları, məhkəmə qərarları, məqalələr və digər etibarlı mənbələr müəyyənləşdirilir.
7. “Key constraints" (Əsas məhdudiyyətlər) – Tədqiqatın maliyyə və resurs baxımından mümkünlüyü qiymətləndirilir, potensial büdcə məhdudiyyətləri, tədqiqat üçün ayrılmış vaxt və digər amillər nəzərə alınır.
Mənbələr:
1. Robert M. Linz, Research Analysis and Planning: The Undervalued Skill in Legal Research Instruction, 34 Legal Reference Services Quarterly 60, 76-78 (2015);
2. The Research Assignment: JUST ASKing for a Teachable Moment (2007), https://paperzz.com/doc/7790399/the-research-assignment--just-asking-for-a-teachable-moment (son baxış 13 mart 2025);
3. Legal Research for 2Ls (2021), https://psudickinsonlaw.libguides.com/c.php?g=840265&p=6782466&utm_source=chatgpt.com (son baxış 13 mart 2025).
11/03/2025
“White papers” spesifik sahələr üzrə obyektiv mütəxəssis rəylərinə əsaslanaraq hazırlanan hesabatlardır. Bu hesabatlar qanunvericiyə müvafiq sahədə optimal siyasət formalaşdırmaqda kömək məqsədi daşıyır. Sözügedən hüquqi yazı nümunəsi aşağıdakı mərhələlər əsasında ərsəyə gəlir:
1. İlkin olaraq problemlə bağlı mövcud vəziyyət dəyərləndirilərək tədqiqat boşluğu müəyyən edilir və eyni problemin əvvəlki araşdırmalarda necə həll olunduğu nəzərdən keçirilir.
2. Ardınca əldə olunan nəticələr təhlil edilir və yazıda istifadə olunmaq üçün hüquq və əlaqəli sahələrdə aparılmış araşdırmaların elmi nəticələrindən faydalanılır.
3. Son olaraq isə kəmiyyət və (və ya) keyfiyyət əsaslı məlumatların analizi nəticəsində əsaslandırılmış həllər irəli sürülür.
Mənbə: Fathi Zerari, Practical Guidelines to Legal Writing for Young Researchers and Professionals, 97 UAEU Law Journal 33, 50 (2024).