Filoloq- Münasib Həmidli

Filoloq- Münasib Həmidli

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Filoloq- Münasib Həmidli, School, Bakı, Baku.

Photos from Filoloq- Münasib Həmidli 's post 05/04/2026

5 aprel 2026 9-cu sinif buraxılış imtahanının sualları. Sualların hamısının izahı yutub kanalımızda !

26/03/2026

2025 IX sinif buraxılış / Düzəltmə sözləri seçin

25/03/2026

2025 IX sinif buraxılış sualı / Feili sifət tərkibi ilə ifadə olunan mübtəda.
Vatsap kanalımıza qoşularaq bu tipli sualları daha çox görə bilərsiniz. Link önə çıxarılanlar hissəsində verilib

24/03/2026

16 aprel 2022 IX buraxılış. Həmcins mübtdalarda xəbərlə uzlaşma.

10/03/2026

9 mart 2026
Buraxılış imtahanında sualların içərisində yanlış və ya mübahisə doğuran sual tipi yox idi. Lakin mənim fikrimcə, sualların çətinlik səviyyəsi buraxılış imtahanından daha çox blok imtahanına uyğun idi. Verilən vaxt ərzində sualların cavablandırılması isə kifayət qədər çətin idi. Çünki sualların əksəriyyəti, xüsusilə də mətn üzrə olan suallar daha çox düşünmə və analiz etmə tələb edirdi.

Nəzərə almaq lazımdır ki, bu şagirdlər eyni vaxtda üç fərqli fəndən imtahan verirlər. Şagirdlərlə söhbət zamanı isə aydın olur ki, digər fənlərin də çətinlik səviyyəsi təxminən eyni olub.

Bir daha qeyd etmək istəyirəm ki, yazılmayacaq sual yox idi. Məsələ sualların daha çox vaxt aparmasında idi. Bundan əlavə, imtahan ümumi proqramı bərabər şəkildə əhatə etmirdi. Sanki daha çox sintaksis mövzusu üzrə sınaq imtahanını xatırladırdı. Xüsusilə də söz birləşmələrinin:) Ümumi 5-dən çox suala düzgün cavab vermək üçün söz birləşməsi mövzusuna tam bələd olmaq lazım idi.

Onu da qeyd etmək lazımdır ki, çətinlik səviyyəsinə görə bu imtahan əvvəlki illərin buraxılış imtahanlarından xeyli fərqlənirdi. Bu isə öz növbəsində builki məzunlar üçün müəyyən mənada haqsızlıq yaradır.

Photos from Filoloq- Münasib Həmidli 's post 17/11/2025

Zərfi digər nitq hissələrindən fərqləndirək:
✅ Səhər, axşam sözləri isim yoxsa zərf ?
✅ Gözəl, yaxşı sözləri sifət yoxsa zərf ?
✅ Az, çox sözləri say yoxsa zərf ?
✅ Əvvəl, sonra sözləri qoşma yoxsa zərf ?
✅ Dönə-dönə sözü feili bağlama yoxsa zərf ?

📌Azərbaycan dili dərslərimiz davam edir. 📌Onlayn dərslərimizə qoşulmaq üçün: 055 256 25 45

Photos from Filoloq- Münasib Həmidli 's post 17/11/2025

Abituriyentlərin ən çox səhv saldığı 3 qayda.
✅ “ca” ədat yoxsa qoşma ?
✅ “tək” qoşma yoxsa ədat ?
✅ “ancaq” bağlayıcı yoxsa ədat ?
✅ “artıq” ədat, sifət yoxsa zərf ?

Azərbaycan dili dərslərində abituriyentlər köməkçi nitq hissəlirini fərqləndirməyə çətinlik çəkirlər. Ən çox səhv salınan hissələr ardıcıl olaraq paylaşılacaq. İzləmədə qalın.

📌Azərbaycan dili dərslərimiz davam edir. 📌Onlayn dərslərimizə qoşulmaq üçün: 055 256 25 45

Photos from Filoloq- Münasib Həmidli 's post 16/11/2025

Abituriyentlərin ən çox səhv saldığı 3 qayda.
✅ “da” bağlayıcı, ədat yoxsa şəkilçi ?
✅ “ki” bağlayıcı yoxsa ədat ?
✅ “la” qoşma, bağlayıcı yoxsa şəkilçi ?

Azərbaycan dili dərslərində abituriyentlər köməkçi nitq hissəlirini fərqləndirməyə çətinlik çəkirlər. Ən çox səhv salınan hissələr ardıcıl olaraq paylaşılacaq. İzləmədə qalın.

📌Azərbaycan dili dərslərimiz davam edir. 📌Onlayn dərslərimizə qoşulmaq üçün: 055 256 25 45

15/11/2025

Azərbaycan dili dərsləri, söz yaradıcılığı. İlk baxışdan düzəltmə kimi görsənən sözlər əslində sadə sözlərdir. 📌 Bəs siz bu tipli hansı sözlər qeyd edə bilərsiniz?

15/11/2025

Azərbaycan dili dərsləri, söz yaradıcılığı.
Başlanğıc forma və ona daxil olan hisssə. Leksik şəkilçidən öncə gələn qrammatik şəkilçilər başlanğıc formaya daxil olur. Məsələn: xalamgildə- burada “m” şəkilçisi mənsubiyyətdir, yəni qrammatikdir. Lakin sonra “gil” leksik şəkilçisi qoşulub. Ona görə də “m” şəkilçisi başlanğıc formanın tərkibində olur. Burada başlanğıc forma- xalamgil. Ən son leksik şəkilçi daxil olmaqla olan hissə başlanğıc formadır.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Bakı
Baku