GetRanks4HE

GetRanks4HE

Share

Qrupun məqsədi Azərbaycanda fəaliyyət göstərən universitetlərin beynəlxalq reytinqlərdə

25/05/2023

İngilis dilini təkmilləşdirmək istəyən tələbələrin nəzərinə!

Təhsil Tələbə Krediti Fondunun tərəfdaşlığı və Amerika Birləşmiş Ştatlarının Azərbaycan Səfirliyinin maliyyə dəstəyi ilə keçiriləcək ingilis dilində virtual təhsil proqramı layihəsinin başladığını elan edirik.

Bu layihə tələbələrin aşağıdakı proqramlar üzrə ingilis dili bilik və bacarıqlarını təkminləşdirmək üçün nəzərdə tutulmuşdur.
• İngilis dilində 4 bacarıq ( oxumaq, yazmaq, danışıq, dinləmə), qrammatika və lüğətin təkmilləşdirilməsi proqramı;
• Akademik Məqsədlər üçün İngilis dili proqramı (EAP)
• Xüsusi sahələr (İT və Biznes)üzrə ingilis dili proqramı

Proqrama orta (intermediate) dərəcədə ingilis dili bilikləri olan, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin 3- 4-cü kurslarında və magistratura səviyyəsində təhsil alan tələbələr müraciət edə bilərlər.
İngilis dilində virtual təhsil proqramı 10 iyul -11 sentyabr 2023-cü il tarixlərini əhatə etməklə 10 həftə davam edəcəkdir. Proqramı uğurla bitirən tələbələrə sertifikat veriləcəkdir.

İştirak etmək istəyənləri 5 iyun 2023-cü il tarixinədək onlayn müraciət ilə qeydiyyatdan keçməyə dəvət edirik .

Yerlər məhdud olduğundan, tələbələrdən müraciət linkindəki formu tez bir zamanda doldurmaları tövsiyyə olunur.

Seçim mərhələsində Təhsil Tələbə Kreditlərindən yararlanan, sosial həssas ailə qruplarında olan və regionlarda ali təhsil alan tələblərə daha çox üstünlük veriləcəkdir.

İngilis dili biliklərinizi artırmaq və gələcək karyera perspektivlərinizi inkişaf etdirmək istəyirsinizdə bu fürsəti qaçırmayın !

Qeydiyyat: https://docs.google.com/forms/d/e/1FAIpQLSecbZIelNCCemNIv_pa5fj1T280LwjeJJYP-rhbRbsk3881ng/viewform?usp=sf_link

18/10/2022

The International Hellenic University is hosting and organizing the fifth International Conference on Management of Educational Units (5th ICOMEU 2023) that will take place via zoom platform, the 20th -22nd of January 2023.

More info

ICOMEU – International Conference on Management of Educational Units (ICOMEU) A must-attend, free of charge, on line conference, “Future pathways for educational ecosystems: Disruptions and Continuities“. 20th – 22rd of January 2023. Share knowledge and know-how with academics from all over the world. Share your educational experiences and explorations by presenting an ...

Private University Ranking: ASEAN – AppliedHE™ 11/08/2022

Azərbaycan universitetində təhsil almaq istəyənlərin coğrafiyalarına baxsaq bu daha çox Vetnam, İndoneziya, Pakistan, Banqaldeş və s ölkələrdir.

Əgər siz də bu ölkələrdən gələn tələbələrinizin sayını artırmaq istəyirsinizsə və siz özəl universitetsinizsə o zaman sizin üçün ən uyğun Reytinq AppledHE Ranking dir!

Əğər dəstəyə ehtiyac varsa bizimlə əlaqə saxlayın!

Link:

Private University Ranking: ASEAN – AppliedHE™ Private University Ranking: ASEANSuba Raj2022-06-17T06:45:20+00:00 Sub-Rankings Methodology Showcase and Analysis Advisory Board The AppliedHE Private University Ranking: ASEAN, the first ranking of only private universities, highlights the quality of teaching & learning, employability, and research...

Photos from GetRanks4HE's post 08/08/2022

Mərkəzi ofisi Amerikanın Filadelfiya şəhərində yerləşən AASHE təşkilatı Universitetlərin qiymətləndirməsini həyata keçirən "Stars" Reytinqi 2016 -ci ildən fəaliyyət göstərir. Bu günə kimi 1099 universitet qeydiyyatdan keçib.
4 kateqoriyada nominasiya aparır.
Platinum- 5 universitet
Gold-91 universitet
Silver- 112 universitet
Bronze-29 universitet
Əsasən Amerikanın, Kandanın, Avstraliyanın və Avropanın (az sayda) Universitetlərinin yer aldığı Reytinqdir.
Bəs Azərbaycan Universitetləri neçəbu reytinqdə yer ala biliblərmi??
P.S. Reytinqdə Kaliforniya Universiteti, Kornell Universiteti, Standford Universiteti Miceqan Dövlət Universitetləri və s iştrak edirlər.
https://stars.aashe.org/

29/06/2022

Qərbi Kaspi Universiteti Times Higher Education ilə birlikdə BMT-nin DİM 4-Keyfiyyətli Təhsil üzrə Beynəlxalq Form keçiriləcək. İştirak ödənişsizdir.!
28 Sentyabr 2022!

Qeydiyyat üçün link:

Western Caspian University Western Caspian University is one of the first private universities in Baku, Azerbaijan Republic. Founded in 1991, it has become one of the leading universities in the country.

28/06/2022

Ali təhsil müəssisələrinin beynəlxalq reytinqini çoxölçülü, istifadəçi yönümlü yanaşma ilə həyata keçirən U-Multirank beynəlxalq reytinq təşkilatı 2022-ci il üzrə 96 ölkədən 2268 universitetin siyahısını yayınlamışdır ki, Azərbaycandan həmin siyahıya cəmi 6 universitet düşə bilmişdir
1. Qərbi Kaspi Universiteti (WCU) - 8A
2. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) - 8A
3. Azərbaycan Memarlıq və İnşaat Universiteti - 5A
4. Azərbaycan Texniki Universiteti - 4A
5. Bakı Dövlət Universiteti - 4A
6. Bakı Biznes Universiteti - 3A

Qeyd etmək istərdik ki Reytinq ali təhsil müəssisələrinin fəaliyyətinin beş ölçüsü üzrə göstəricilərini müqayisə edir:
(1) tədris və öyrənmə,
(2) tədqiqat,
(3) biliklərin ötürülməsi,
(4) beynəlxalq oriyentasiya
(5) regional əməkdaşlıq

https://www.umultirank.org/

QS World University Rankings 2023: Top Global Universities 10/06/2022

QS World University Ranking 2023 üzrə nəticələr acıqlanb
İlk üçlükdə!
1. ABŞ-ın MİT
2. İngiltərənin Kembric Universiteti
3. ABŞ-ın Standford Universiteti
Azərbaycandan 2 Universitet UNEC və BDU 1001-1200 yerlərdə qərarlaşıb.
Sonuncu yerdə isə 1401+ Türkiyənin Sakariya Universiteti qərarlaşıb.
QS World University Rankings 2023: Top Global Universities

QS World University Rankings 2023: Top Global Universities Discover the world's top universities. Explore the QS World University Rankings® 2023 based on 8 key ranking indicators.

08/06/2022

QS Graduate Employability nəyə lazımdır?

Yalnız Reytinq?

Əlbəttə ki xeyir.

Sizə öz məzunlarınızın (keyifiyyətli təhsil verdiyinizə əmin olmaq üçün) iş tapmalarını izləməik,
Yalnız dövlət deyil Özəl sektorla əlaqələri gücələndirməyi təşviq edir
Tələbələrinizə və məzunlarınza iş imkanları haqqında məlumatlı saxlamaq
İcma ilə işi və özünüzü qiymətləndirirsiniz!

27/05/2022

"GetRanksHE" şirkəti Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyası (ABTMA) ilə əməkdaşlığı çərçivəsində 2022-ci ildən etibarən aşağıdakı xidmətləri təklif edir:

1. Times Higher Education (THE) təşkilatının reytinq profilinin açılması (qeydiyyatı) ilə Ali Təhsil Müəssisəsinin (ATM) mövqeyinin önə çəkilməsi:

a) THE Impact Rankings;
b) THE Subject validation;
c) THE World University Rankings.

2. QS World University Rankings (Quacquarelli Symonds) təşkilatının reytinq profilinin açılması (qeydiyyatı) və ATM-nin mövqeyinin önə çəkilməsi:

a) QS World University Rankings;
b) QS Graduate Employability Rankings;
c) Emerging Europe & Central Asia (EECA);
d) Environmental, Social & Governance (ESG) Metrics.

3. Sustainability Tracking, Assessment & Rating System (STARS) təşkilatının reytinq profilinin açılması (qeydiyyatı) və ATM-nin mövqeyinin önə çəkilməsi.

4. UI GreenMetric World University Ranking təşkilatının reytinq profilinin açılması (qeydiyyatı) və ATM-nin mövqeyinin önə çəkilməsi.

5. U-MultiRank təşkilatının reytinq profilinin açılması (qeydiyyatı) və ATM-nin mövqeyinin önə çəkilməsi.

6. ATM-in uyğun əməkdaşları üçün ISO 9001:2015 - Quality Management Systems üzrə təlimlərin təşkili və sertifikatın əldə edilməsi üçün sənədlərin hazırlanması.

7. ATM-in uyğun əməkdaşları üçün ISO 21001:2018 - Management Systems for Educational Organizations (EOMS) üzrə təlimlərin təşkili və sertifikatın əldə edilməsi üçün sənədlərin hazırlanması.

8. ATM üçün "Strateji Planın" hazırlanması işinin təşkili, yazılması və monitorinq sisteminin qurulmasına dəstək olmaq.

9. ATM üçün Keyfiyyət təminatı üzrə şöbəsinin (mərkəzinin) işini TKTA-nin və beynəlxalq təşkilatların standartları (ENQA, ESG və s.) əsasında qurulmasına dəstək olmaq.

10. ATM üçün Beynəlxalq proqram üzrə akkreditasiya işinin təşkili və sertifikatın əldə edilməsinə dəstək olmaq.

11. ATM üçün Elektron İdarəetmə Sistemi Proqramının (eCampus və ya eUniversity) yaradılması və inkişafına dəstək olmaq.

12. ATM üçün Distant Təhsil Mərkəzinin (DTM) yaradılması və inkişafına dəstək olmaq.

13. ATM üçün Beynəlxalq Əlaqələr və Layihə İdarəetmə Mərkəzinin yaradılması və inkişafına dəstək olmaq.

Əlaqə:
Vüsal Kərimli
Mob.: +994 (55) 265 94 52

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Y. Yasamal 2
Baku
AZ1073