Ətyeməzli kənd orta məktəbi - 100

Ətyeməzli kənd orta məktəbi - 100 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ətyeməzli kənd orta məktəbi - 100, Education, Baku.

29 dekabr Qabaqcıl maarif xadimi, “Qırmızı Əmək Bayrağı” ordenli Məleykə Məhəmmədalı qızı Əfəndiyevanın (1905-1992) anım...
29/12/2025

29 dekabr Qabaqcıl maarif xadimi, “Qırmızı Əmək Bayrağı” ordenli Məleykə Məhəmmədalı qızı Əfəndiyevanın (1905-1992) anım günüdür. ALLAH rəhmət etsin!

Məleykə Məhəmmədalı qızı Əfəndiyeva 1905-ci ildə Şuşa qəzasının Ətyeməzli (indiki Ağdam rayonunun Ətyeməzli kəndi) kəndində anadan olmuşdur. İlk təhsilini Ətyeməzli kənd qızlar məktəbində almışdır. Şuşa pedaqoji texnikumunu bitirmişdir.
Məleykə Əfəndiyeva Bərdə rayonu Alpout kənd qız məktəbinin müdiri (1926-1927), Qubadlı rayonu Xocahan kənd ibtidai məktəbinin ibtidai sinif müəllimi (1927-1930) işləmişdir. Xocahan və başqa kəndlərdə savad kurslarının açılmasında, qızların təhsilə cəlb edilməsində əsas rol oynamışdır. Ağdam kəndli-gənclər məktəbində, Ağdam rayonu Boyəhmədli kənd orta məktəbində, Ətyeməzli kənd orta məktəbində ibtidai sinifdən dərs demişdir.
Məleykə Əfəndiyeva SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 iyul 1949-cu il tarixli fərmanı ilə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir.
Məleykə Əfəndiyeva 29 dekabr 1992-ci ildə rəhmətə getmişdir. Bax: Orxan Zakiroğlu (Baharlı) “Ağdamda təhsil (1883-1993)”

1989-1993 illərdə Ətyeməzli kənd orta məktəbində ibtidai sinifdə oxumuş Lamiyə Cavanşir qızı Abdullayeva sinif yoldaşlar...
04/12/2025

1989-1993 illərdə Ətyeməzli kənd orta məktəbində ibtidai sinifdə oxumuş Lamiyə Cavanşir qızı Abdullayeva sinif yoldaşlarını axtarır. Onun anası Mənsurə Məmmədova həmin məktəbdə ibtidai sinif müəllimi işləmişdir.
Məlumatı olan varsa facebook səhifəsi ilə əlaə saxlamaları xahiş olunur

24 oktyabr Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində 20 yaşında ŞƏHİDLİK zirvəs...
23/10/2025

24 oktyabr Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində 20 yaşında ŞƏHİDLİK zirvəsinə ucalmış CAVİDAN NİZAMİ oğlu İBRAHİMLİNİN anım günüdür. Nur üzlü ŞƏHİDİMİZİN əziz xatirəsini anım günündə ehtiramla yad edirik. ŞƏHİDİMİZƏ ALLAH rəhmət etsin. Məkanı cənnət olsun.
ŞƏHİDİMİZ uzun illər Ətyeməzli kənd orta məktəbinin dərs hissə müdiri, Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş İsi Əlamdar oğlu Baxışovun nəticəsidir. Babası Adil Süleymanov uzun illər Ağdamda müxtəlif vəzifələrdə çalışmışdır.

Bu gün uzun illər Ətyeməzli kənd orta məktəbində əmək təlimi müəllimi işləmiş Səmayə Məhişəddin qızı Əfəndiyevanın vəfat...
18/09/2025

Bu gün uzun illər Ətyeməzli kənd orta məktəbində əmək təlimi müəllimi işləmiş Səmayə Məhişəddin qızı Əfəndiyevanın vəfatından 40 gün ötür. Səmayə müəllimənin xatirəsini ehtiramla yad edirik. ALLAH rəhmət etsin!

Uzun illər Ətyeməzli kənd orta məktəbində əmək təlimi müəllimi işləmiş Səmayə Məhişəddin qızı Əfəndiyeva avqust ayının 9...
10/08/2025

Uzun illər Ətyeməzli kənd orta məktəbində əmək təlimi müəllimi işləmiş Səmayə Məhişəddin qızı Əfəndiyeva avqust ayının 9-da Bərdə şəhərində vəfat etmişdir. O, 3 may 1938-ci ildə anadan olmuşdur. 1945-1951 illərdə Ətyeməzli kənd yeddiillik məktəbində oxumuşdur. Ağdam kənd təsərrüfatını mexanikləşdirmə və elektrikləşdirmə texnikumunda təhsil almışdır. 1961-ci ildən məlum hadisəyə qədər Ətyeməzli kənd orta məktəbində əmək təlimi fənnindən dərs demişdir. Səmayə müəllimənin xatirəsini ehtiramla yad edirik. ALLAH rəhmət etsin! © “Ağdamda təhsil-1883-1993” facebook səhifəsi

ALLAH rəhmət etsin!Ətyeməzli kənd orta məktəbinin 1993-cü il, X b sinfinin sonuncu məzunları sinif yoldaşları Səxavət Ab...
29/06/2025

ALLAH rəhmət etsin!

Ətyeməzli kənd orta məktəbinin 1993-cü il, X b sinfinin sonuncu məzunları sinif yoldaşları Səxavət Abbasova öğlu Ceyhunun dünən 24 yaşında faciəli şəkildə həlak olması münasibətilə mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verirlər.

Ətyeməzli kənd orta məktəbinin riyaziyyat müəllimi işləmiş Tahir Vəli oğlu Əliyevin xatirəsini yad edirik. O, iyun ayını...
27/06/2025

Ətyeməzli kənd orta məktəbinin riyaziyyat müəllimi işləmiş Tahir Vəli oğlu Əliyevin xatirəsini yad edirik. O, iyun ayının 24-də dünyasını dəyişmişdir.

Qabaqcıl maarif xadimi Behbud Mustafayev həyat yoldaşı Şəmsiyyə xanımla
27/05/2025

Qabaqcıl maarif xadimi Behbud Mustafayev həyat yoldaşı Şəmsiyyə xanımla

24 mart Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində 20 yaşında ŞƏHİDLİK zirvəsinə...
23/03/2025

24 mart Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində 20 yaşında ŞƏHİDLİK zirvəsinə ucalmış CAVİDAN NİZAMİ oğlu İBRAHİMLİNİN anadan olduğu gündür. ŞƏHİDİMİZİN 25 yaşı tamam olur. Nur üzlü ŞƏHİDİMİZƏ ALLAH rəhmət etsin. Məkanı cənnət olsun. AMİN!

ŞƏHİDİMİZ uzun illər Ətyeməzli kənd orta məktəbinin dərs hissə müdiri, Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş İsi Əlamdar oğlu Baxışovun nəticəsidir. Babası Adil Süleymanov uzun illər Ağdamda müxtəlif vəzifələrdə çalışmışdır.

Address

Baku

Telephone

+994558272932

Website

Alerts

Be the first to know and let us send you an email when Ətyeməzli kənd orta məktəbi - 100 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ətyeməzli kənd orta məktəbi - 100:

Shortcuts

Share

Category