02/11/2024
🎓 PRO-ACADEMY ailəsinin dəyərli məzunları ilə bu xüsusi günü paylaşmaq bizim üçün böyük qürur və sevinc idi!
Bu il ərzində baş tutan "Dövlət Məşğulluq Agentliyi ilə birgə peşə hazırlığı kursu" və "Technest Təqaüd Proqramı" layihələrinin məzunlarını təbrik edirik! Bu layihələr çərçivəsində tələbələr kibertəhlükəsizliyin əsas prinsipləri, şəbəkə təhlükəsizliyi, məlumatların qorunması, təhdidlərin aşkarlanması və cavab tədbirləri kimi mövzuları əhatə edən intensiv təlimlər keçdilər.
"PRO-ACADEMY"də təhsil aldıqları müddətdə tələbələr həm nəzəri biliklər, həm də praktiki bacarıqlar əldə etdilər və kibertəhlükəsizlik sahəsində real iş mühitinə hazırlıq qazandılar. Bu biliklər onlara gələcəkdə həm öz peşəkar inkişaflarını davam etdirmək, həm də müasir təhlükələrə qarşı effektiv cavab vermək üçün əvəzsiz dəstək olacaqdır.
Hər bir tələbəmizə gələcək karyeralarında uğurlar arzulayır, PRO-ACADEMY ailəsinin bir parçası olduğunuz üçün təşəkkür edirik! 🥂✨