Xəzər Kiçik Akademiya Mərkəzi

Xəzər Kiçik Akademiya Mərkəzi

Share

Biz Xəzər rayonu Kiçik Akademiya mərkəzinin orqanı kimi fəaliyyət göstəririk. Bu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ictimai birlikdir.

Bu səhifədə Kiçik Akademiya ilə bağlı məlumatlar paylaşılacaq.

26/05/2022

2021-2022-ci tədris ilində Respublika Fənn Olimpiadalarının qalibləri arasında bizim Xəzər rayonu məktəblilərinin də olması qürurvericidir:
1. Babayev Rəvan – 181 nömrəli tam orta məktəbin XI sinif şagirdi – Azərbaycan dili və ədəbiyyat – I yer
2. İsgəndərli Elşad – 149 nömrəli tam orta məktəbin XI sinif şagirdi – fizika – ll yer
3. Məlikova Nəzrin – 149 nömrəli tam orta məktəbin XI sinif şagirdi – coğrafiya – lll yer
4. Əhmədov Vüsal – 323 nömrəli tam orta məktəbin XI sinif şagirdi – fizika – lll yer
5. Xanəhmədli Aydan –117 nömrəli tam orta məktəbin IX sinif şagirdi – Azərbaycan dili və ədəbiyyat – lll yer
6. Hüseynov Elman –117 nömrəli tam orta məktəbin IX sinif şagirdi – biologiya – lll yer
Qalibləri, onların üzərində əməyi olan müəllimləri və elmə, biliyə dəyər verərək bu uğurlara sevinən Xəzər Kiçik Akademiya Mərkəzinin bütün heyətini təbrik edirik. Uğurlarımız bol olsun!

24/05/2022

2021-2022-ci tədris ilində 6-cı və 7-ci siniflər arasında keçirilən Məktəblilərarası VII Fənn müsabiqələrinin Xəzər rayonu üzrə qalibləri:
1. Məhəmməd Yaqubov- 117 nömrəli məktəb- riyaziyyat fənni- I yer

2. Rəsul Ağayev- 125 nömrəli məktəb- riyaziyyat fənni- II yer

3. Abbas Nuri- 136 nömrəli məktəb- fizika fənni- III yer

4. Ziya Aşumov- 121 nömrəli məktəb- informatika fənni- III yer

Qalibləri təbrik edir, uğurlar arzu edirik.

24/05/2022

2021-2022-ci tədris ilində 5-ci siniflər arasında keçirilən Lütfi Zadə adına Məntiq Olimpiadasının Xəzər rayonu üzrə qalibləri:
1. Vəli Əbilov- 136 nömrəli məktəb- III yer
2. Elmira Quluzadə- 230 nömrəli məktəb- III yer

Qalibləri təbrik edirik və müvəffəqiyyətlər arzulayırıq!

Photos from Xəzər Kiçik Akademiya Mərkəzi's post 10/05/2022

Mayın ayının 5-də Xəzər rayonu 262 saylı tam orta məktəbin akt zalında Xalq şairi Vahid Əzizlə görüş keçirilib. Məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın prezidenti Aidə Quliyevanın təşkilatçılığı ilə keçirilən görüşdə məktəb rəhbərliyi, pedaqoji heyət və yuxarı sinif şagirdləri iştirak edibər.Tədbir şairin həyat və yaradıcılığı ilə bağlı şagirdlərin hazırladıqları videoçarxla başlayıb.
Şagirdlər şairin şeirlərini səsləndirib, musiqili nömrələrlə çıxış ediblər.
Sonra şagirdlər şairə onun həyat və yaradıcılığı ilə bağlı maraqlı suallar ünvanlayıblar. Xalq şairi Vahid Əziz yeni qələmə aldığı şeirləri səsləndirib.
Məktəbin direktoru Kəmalə Babayeva sevimli şairimizə dəvəti qəbul etiyi üçün təşəkkür edib, ona can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıb.
Sonda xatirə şəkilləri çəkilib.

Photos from Xəzər Kiçik Akademiya Mərkəzi's post 28/04/2022

26.04.2022-ci il tarixində 216 nömrəli tam orta məktəbdə KA-nın təbiət bölməsinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 36-cı ildönümünə həsr olunmuş elmi araşdırmaların təqdimatı keçirilib.Tədbiri KA-nın şagird prezidenti VIII sinif şagirdi Davud İsayev açaraq sagird təqdimatlarının mövzularını elan edib. Şagirdlərin bir-birindən maraqlı təqdimatlarında Çernobıl faciəsi, onun ağır nəticələri, fəlakətin fəsadları və insan həyatına vurduğu sağalmaz zərbələr haqqında ətraflı məlumat verilib. Sonra hərbi rəhbər Qurban Vəliyev Çernobıl faciəsinin canlı şahidi kimi çıxış edərək şagirdlərə hadisənin səbəblərini izah edib. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Səidə Rəhimova maraqlı tədqiqat işlərinə görə şagirdləri və onların müəllimlərini alqışlayıb, KA-ya gələcək fəaliyyətində uğurlar arzulayıb.

Photos from Xəzər Kiçik Akademiya Mərkəzi's post 18/04/2022

E.Əliyev adına 234 nömrəli tam orta məktəbin Kiçik Akademiyası Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş "Milli-mənəvi dəyərlərimiz və Şuşa" mövzusunda elmi konfrans keçirib . Akt zalının səhnəsində KA-nın incəsənət bölməsinin üzvlərinin əl işlərindən ibarət kiçik sərgi ilə tanışlıqdan sonra konfransı giriş sözü ilə məktəbin direktoru Könül Məmmədli açaraq bizi bu qədim şəhərə yenidən qovuşdurduqları üçün Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla Azərbaycan ordusunun hər bir şəxsinə minnətdarlıq hissini ifadə edib , şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. KA prezidenti - əməkdar müəllim Kəmalə Əliyeva KA-nın humanitar bölməsi ilə yanaşı, texniki, təbiət və incəsənət bölmələrinin də bu konfransa səylə hazırlaşdıqlarını, bir-birindən maraqlı işlər təqdim etdiklərini qeyd edib. Sonra KA üzvləri Azərbaycan, ingilis, rus və alman dillərində ( 11p sinif şagirdi Məlikov Həsən "Шуша - сердце Карабаха!" (rus dilində - müəllim:Əkbərova Gülbəniz), 10a sinif şagirdi Məmmədhənifəzadə Zeynəb "Shusha - the Cradle of Azerbaijani culture" (ingilis dilində -müəllim: Abdullayeva Dürdanə), 10p sinif şagirdi Şamiyeva Ləman "Şuşa sözünün etimologiyası" (müəllim: Əliyeva Kəmalə), 10a sinif şagirdi Həsənzadə Leyla "Şuşanın ədəbi məcıisləri" (müəllim: Məlikova Afət), 9b sinif şagirdi Abdullazadə Nicat "Şuşa- Qarabağın mərkəzi” (müəllim: Babayeva Zenfira), 9b sinif şagirdi Səfərova Nuray "Şuşanın ziyalı insanları" (müəllim:Quliyeva Şəmsiyyə), 9c sinif şagirdi Behbudova Zəhra " Şuşanın musiqi xadimləri" (müəllim: Əsədova Elnarə), 8a sinif şagirdi Atakişizadə Məryəm "Şuşanın etnik tərkibi və demoqrafik proseslər" (müəllim: Əliyeva Nüşabə), 8a sinif şagirdi Həsənzadə Dəniz "Schuscha" (alman dilində - müəllim: Nusalov Ələşrəf), 8ç sinif şagirdi Seyid Fatimə "The Heart of Garabagh - Shusha" (ingilis dilində - müəllim: Tağıyeva Gülüstan), 8ç sinif şagirdi Ağayeva Səma "Şuşaya böyük qayıdışa hazırlaşırıq" (müəllim: Nəcəfova Şəlalə), 6a sinif şagirdi Qasımova Əfruz "Şuşanın təbiəti" (müəllim : Piriyeva Pərvanə) mövzusunda) təqdimat ediblər. Sonra şagirdlərin rəsmlərindən və əl işlərindən ibarət videoçarx nümayiş etdirilib.

Photos from Xəzər Kiçik Akademiya Mərkəzi's post 15/04/2022

13 .04.2022-ci il tarixində R.M.Sadıqov adina 136-N-li tam orta məktəbin KA prezidenti - kimya-biologiya müəllimi İlahə Şamoyevanın rəhbərliyi ilə “Kimya təcrubələrlə” tədbiri kecirildi.Tədbirdə VII-X sinifdə oxuyan KA üzvləri bir -birindən maraqlı təcrübələr nümayiş etdirdilər. 7-ci sinif şagirdləri arasında keçirilən viktorina hamının marağına səbəb oldu.Tədbirin keçirilməsində məqsəd şagirdlərin təbiət fənlərinə marağını daha da artırmaq və yaradıcı kəşlər etmələrinə dəstək olmaqdır.

Photos from Xəzər Kiçik Akademiya Mərkəzi's post 05/04/2022

2021-2022-ci tədris ilində XI siniflərin 5-6 mart tarixlərində keçirilmiş buraxılış imtahanında respublika üzrə ən yüksək bal -- 300 bal toplayan iki məzundan birinin - Ağazadə Nigar Əhədulla qızının məhz bizim rayonun yetirməsi olması çox qürurvericidir. Xəzər rayonu
Kiçik Akademiya mərkəzi adından Nigar qızımızı, onu pillə-pillə bu qələbəyə doğru aparan müəllimləri başda olmaqla 125 nömrəli məktəbin bütün kollektivini, eləcə də elmə, biliyə dəyər verərək bu uğura sevinən hər kəsi ürəkdən təbrik edirik. Uğurların davamlı olsun, elmin yollarında əzmlə irəliləyən Nigar qızımız.

01/02/2022

Xəzər rayonu məktəblilərindən 136 nəfər Respublika Fənn Olimpiadalarının növbəti mərhələsinə vəsiqə qazanıb. Məktəblər üzrə göstəricilər belədir:
26 - 10 şagird
33 - 3 şagird
92 - 4 şagird
117 - 19 şagird
120 - 4 şagird
121 - 10 şagird
123 - 2 şagird
124 - 2 şagird
125 - 2 şagird
136 - 5 şagird
149 - 22 şagird
156 - 9 şagird
181 - 4 şagird
183 - 3 şagird
216 - 1 şagird
218 - 4 şagird
230 - 5 şagird
234 - 4 şagird
241 - 3 şagird
256 - 2 şagird
262 - 1 şagird
322 - 5 şagird
323 - 3 şagird
326 - 9 şagird
Qalibləri və onların üzərində əməyi olan müəllimləri təbrik edir, növbəti mərhələdə uğurlar arzulayırıq.

24/12/2021

E. Şəmiyev adına 149 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdləri Fətullayeva Zeynəb və Cəfərova Həmidə 40 ölkədən 20 min şagirdin qatıldığı beynəlxalq Amerika Riyaziyyat Olimpiadasında ( AMO) qızıl və gümüş medala layiq görülərək Sinqapurda keçiriləcək SİMOC olimpiadasına vəsiqə qazanıblar. Qalibləri və onların üzərində əməyi olan müəllimləri təbrik edir, daha böyük uğurlar arzulayırıq.

Photos from Xəzər Kiçik Akademiya Mərkəzi's post 17/12/2021

17.12.2021 tarixində 234 nömrəli tam orta məktəbdə "Nizami Gəncəvi ili" çərçivəsində növbəti tədbir keçirilib. Məktəbin Kiçik Akademiyasının ən kiçik üzvü - 6b sinif şagirdi Borayev TamerlanTinkercad proqramında Nizami Gəncəvi məqbərəsinin üçölçülü qrafik modelini hazırlayaraq təqdimat şəklində nümayiş etdirib. KA-nın texniki bölməsinin rəhbəri Nüşabə Əliyeva, informatika müəllimi Nərmin Vəliyeva və şagirdlər təqdimatla bağlı fikirlərini bölüşüblər, Tamerlana uğurlar arzulayıblar.

Photos from Xəzər Kiçik Akademiya Mərkəzi's post 14/11/2021

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən IX−XI sinif şagirdləri arasında Vətən müharibəsinin ildönümünə həsr olunan “Xarıbülbül” adlı inşa müsabiqəsində F.Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbin XA sinif şagirdi Kərimzadə Pərvanə II yerə layiq görülərək fəxri fərman və hədiyyələrlə mükafatlandırılmış, məktəbə isə "Təşəkkürnamə" tədqim olunmuşdur. Qalibimizi, məktəb kollektivini və Xəzər KA ailəsini təbrik edirik . Uğurlarımız bol olsun !

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Buzovna Qəsəbəsi Seryogin Kücəsi 13
Baku