Kimya_hazirliq_merkezi

Kimya_hazirliq_merkezi

Share

Kimya Müəllimi

24/10/2021
22/10/2021

Homogen, yəni eynicinsli qarışıqların ayrılma üsulları.
Homogen qarışıqlar - tərkib hissələri gözlə və yaxud adi mikroskopla görünməyən yəni bir birində həll olan maddələrin qarışığına deyilir. Ayrılma üsulları müxtəlifdir. Bir birində həll olan və qaynama temperaturları fərqlənən maye qarışıqları ayırmaq üçün distillə üsulundan istifadə olunur. Bir birində həll olan maye və bərk maddələri ayırmaq üçün buxarlandırma və ya kristallaşdırma üsullarından istifadə olunur. Bu üsulların hər ikisi maddələrin qaynama temperaturlarının fərqinə əsaslanır. Buxarlandırma üsulundan fərqli olaraq kristallaşdırma üsulunda buxarlanma axıra qədər getmir və daha təmiz məhsul alınır. Xromotoqrafiya üsulu ilə ayrılma maddələri absorbsiya(udulma) qabiliyyətinə əsaslanır.

17/10/2021

Çuqun - tərkibində qarışıq halda Fe3C, Si, Mn, S, P, CaS olan dəmir ərintisidir. Domna Peçində Dəmir filizinin tərkibindəki boş süxurların (SiO2, MnO, FeS2, Ca3(PO4)2, CaSO4) koksla (C) reduksiyasından alınır. İki növü var: boz və ağ çuquq. Boz çuquna tökmə çuqun da deyilir. Tökmə çuquqnun tərkibindı karbon qrafit şəklində olur. Texnikada tökmə çuqundan boruların, maşın və dəzgah hissələrinin, istilik batareyalarının hazırlanmasında istifadə olunur. Ağ çuquqna isə poladlıq çuqun deyilir. Poladlıq çuqunun tərkibindı karbon sementit şəklində olur. Ondan polad emalında istifadə olunur.
Polad çuqundan tərkibindəki qarışıqların miqdarının az olması ilə fərqlənir. Çuqundan poladı almaq üçün onun tərkibindıki karbon və silisiumu azaltmaq, kükürd və fosforu tam çıxarmaq lazımdır. Çuqundan poladı 3 üsulla almaq olar. Marten üsulu, Onsigen - konventor üsulu, və Elektrotermik üsul. Poladda karbonun miqdarı artdıqca onun bərkliyi artır.

06/10/2021

Mendeleyev cədvəli haqqında qısa, vavib məlumatlar

18/09/2021

Bu tip kristal qəfəs əmələ gətirən maddələrdə qəfəsin düyün nöqtələrində kovalent rabitələrlə birləşmiş atomlar yerləşir. Atom kristal qəfəsinə malik olan maddələr çox bərkdirlər, yüksək ərimə və qaynama temperaturuna malikdirlər, elektrik keçirmirlər.

07/09/2021

Məhlulda, ən çox ionlarına ayrılan turşu daha qüvvətli turşudur.

05/09/2021

📌Maddələrin aqreqat halının və ya formasının dəyişməsinə səbəb olan hadisələr fiziki,
Maddələrin tərkibinin dəyişməsinə səbən olan hadisələr isə kimyəvi hadisələrdir.
Kimyəvi hadisə zamanı maddələr bir-biri ilə qarşılıqlı təsirdə olaraq yeni tərkibli və yeni xassəli maddələr əmələ gətirir. Kimyəvi hadisələrə kimyəvi reaksiyalar da deyilir. Kimyəvi reaksiyanın getdiyini göstərən əlamətlər aşağıdakılardır
• Çöküntü əmələ gəlməsi
• Rəng dəyişməsi
• Qoxu əmələ gəlməsi
• İşıq və ya istilik əmələ gəlməsi
• Qaz ayrılması və s.

04/09/2021

İzotop, İzoton, İzoelektron və İzobar anlayışları

04/09/2021

📌Ammonyak -Hidrogenin nitrididir, kəskin iyli, rəngsiz, zəhərli qazdır.
Adın tarixi qədim Misirə əsaslanır. Misirdə Amon məbədinin isidilməsində bəzi qazlardan və adı həmin dövrdə "Amonun duzu" kimi adlandırılan ammonium xlordan istifadə edilmişdir.
Ammonyak polyar molekuldur, N-H rabitələri polyar kovalentdir. Azot atomu sp³ - hibridləşmə halındadır. Güclü reduksiyaedicidir. Termodinamiki xüsusiyyətə malikdir. Suda həllolur.
Labaratoriyada ammonium duzlarına qələvilərlə təsir etməklə, sənayedə isə "Qaber" üsulu və daş kömürün oksidləşməsindən alınır. Ammonyak gübrə, dərman, boya, ətir kimi maddələrin sintezlənməsinin ilk mərhələsində istifadə edilir. Ammonyakın tətbiq sahələri:
Aşqarlarda
Boyalarda;
Ətirlərdə;
Təmizlik vəsaitlərində;
Partlayıcılarda;
Gübrə istehsalında;
Nitrit turşunun istehsalında;
Plastiklərdə istifadə olunur.

04/09/2021


📌Allotropiya - Kimyəvi elementin şəkildəyişməsi, yəni bir kimyəvi elementdən bir neçə bəsit maddənin əmələ gəlməsi hadisəsidir. Allotropik şəkildəyişmələr adlanan bu bəsit maddələr eyni kimyəvi element atomlarından təşkil olunsalar da quruluş və xassəcə bir-birindən fərqlənirlər. Odur ki, təbiətdə bəsit maddələrin sayı kimyəvi elementlərin sayından çox olur. Allotropiya hadisəsinin ən maraqlı nümunəsi (C) karbondur. Belə ki, XVIII əsrdə araşdırmalar zamanı Almaz və Adi kömür yanarkən karbon qazı əmələ gəlməsi müşahidə edilmiş və beləliklə bir-birindən tamamilə fərqlənən bu maddələrin əslində eyni kimyəvi element atomlarından təşkil olunması müəyyən edilmişdir. Daha sonra kükürd və fosfor kimi bir çox elementin də oxşar xassə göstərdikləri müəyyən edilmiş və bu heyranedici fakt 1841- ci ildə İsveç kimyaçısı Yens Yakov Bertselius tərəfindən elmə "Allotropiya" ("allos"- digər başqa, + "tropos" - istiqamət, xassə) hadisəsi kimi daxil edilmişdir.
Allotropik şəkildəyişmələrin mövcudluğunu əsaslandıran vahid səbəb yoxdur, əsasən iki səbəbdən baş verir:
1. Molekulda atomların sayının fərqli olması
2. Bəsit maddələrin kristal quruluşunun müxtəlifliyi
Hazırda 400-dən çox allotropik şəkildəyişmə olan bəsit maddə mövcuddur.
🔹Karbon (C) - almaz, qrafit, karbin, fülleren
🔹Oksigen (O) - oksigen, ozon
🔹Kükürd (S) - kristallik, plastik
🔹 Silisium (Si) - kristallik, amorf
🔹 Fosfor (P) - ağ, qırmızı, qara
Və s.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Baku
AZ 1000