03/05/2021
Əziz dostlar,
həmyaşıdın həmyaşıda təhsili öyrənmənin fərqli bir metodudur və qeyri-formal təhsil sahəsində çox uğurlu sayılır. Bu platformanın yaradılmasında məqsəd "heç kəs kənarda qalmasın" prinsiplərinə əsasən ölkəmizin hər bölgəsində təhsilin bütün gənclər və uşaqlar, xüsusilə aztəminatlı ailələrin, həmçinin şəhid və qazi övladları üçün əlçatan olması, onların müxtəlif mövzularda maariflənməsinə nail olmaqdır.
P2P Education Platform aşağıdakı sahələr üzrə gənclərə dəstək göstərəcək:
• Dil biliklərini artırmaq (ingilis dili, rus dili, alman dili, fransız dili, ispan dili və italyan dili)
• Karyera planlaması
•Təhsilin planlaşdırılması
• Müxtəlif peşə və ixtisaslar üzrə kurslar
•Gender əsaslı təlimlər
• Media savadlılığı
• Maliyyə savadlılığı
• İnsan hüquqları təhsili
• Oyun əsaslı təlimlər
• Düşərgələr
• Aktiv vətəndaşlıq təlimləri
• Art və mədəniyyət
• Konflikt menecment
• Soft skills və s.
Bunlardan əlavə müxtəlif video və yazı bloqları ilə gənclər üçün faydalı və onları maraqlandıran mövzularda kontentlər hazırlanacaq.
P2P ucqar kəndlərimiz daxil olmaqla ölkəmizin hər bir yerində gənclərin maarifləndirilməsi və müasir dövrün bilik və bacarıqlarına yiyələnməsi üçün həmyaşıdları tərəfindən qeyri-formal təhsil metodları ilə tədris olunan təhsil platformasıdır.
Bizimlə birlikdə əylənərək öyrənmək və öyrətmək istəyirsinizsə, bizi izləyin!
Fəaliyyətlərimizin daha çox gəncə çatması üçün bio-da göstərilən linkə daxil olaraq, P2P-nin patronuna çevrilərək ianə edə bilərsiniz.