Respublika Təhsil Şurası İctimai Birliyi

Respublika Təhsil Şurası İctimai Birliyi Respublika Təhsil Şurası 1998-də Azərbaycan müəllimlərinin XI qurultayında yaradılıb. Tə

31/03/2024
27-31 iyul tarixlərində "Respublika Təhsil Şurası" İctimai Birliyinin üzvləri üçün "İnklüziv dəyərlərə əsaslanan yeni tə...
02/08/2022

27-31 iyul tarixlərində "Respublika Təhsil Şurası" İctimai Birliyinin üzvləri üçün "İnklüziv dəyərlərə əsaslanan yeni təlim texnologiyaları" adlı 20 akademik saat həcmində təlim keçirilmişdir. Təlimçi, Gəncə Dövlət Universitetinin Ümumi Pedaqogika kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Hacımuradova idi. Təlim aşağdakı mövzuları əhatə etmişdir: "İnklüziv təhsil nədir?", "Əlilliyin tibbi və sosial modeli", "İnklüziv dəyərlər", " Uşaqyönümlü pedaqogika", "Universal öyrənmə dizaynı", "İnklüziv siniflərdə qiymətləndirmə", "Əməkdaşlıq (müəllimlər, valideynlər, icma və digər tərəfdaşlar arasında)", "Peşəkar təlim icmaları". Təlimi uğurla başa vuran müdavimlərə "Respublika Təhsil Şurası" İctimai Birliyinin sertifikatları təqdim ediləcək.

Təməlində xalqın maariflənməsi, milli-mənəvi dəyərlərin təbliği, haqq-ədalətin müdafiəsi dayanan Milli Mətbuatımızın yar...
22/07/2022

Təməlində xalqın maariflənməsi, milli-mənəvi dəyərlərin təbliği, haqq-ədalətin müdafiəsi dayanan Milli Mətbuatımızın yaranmasının 147-ci ildönümü münasibətilə çətin və şərəfli peşə sahibi olan jurnalistləri təbrik edir, onlara yaradıcılıq uğurları arzulayırıq. Qələminiz iti, sözünüz kəsərli olsun.
Respublika Təhsil Şurasının İdarə Heyəti

Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü, hörmətli Ramil Zeynalovu ürəkdən təbrik edir, yeni nailiyyətlər arzulayır...
21/07/2022

Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü, hörmətli Ramil Zeynalovu ürəkdən təbrik edir, yeni nailiyyətlər arzulayırıq!

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 10.06.2022-ci il tarixli qərarı ilə Zeynalov Ramil Saməddin oğluna filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü, Salyan rayonu, Kərimbəyli kənd orta məktəbinin direktoru Zeynalov Ramil S...
01/07/2022

Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü, Salyan rayonu, Kərimbəyli kənd orta məktəbinin direktoru Zeynalov Ramil Saməddin oğlu Filologiya elmləri üzrə Fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Bu böyük uğur münasibətilə hörmətli Ramil müəllimi ürəkdən təbrik edir, gənc nəslin təlim və tərbiyəsində, həmçinin elmi fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!

https://moderator.az/read/525233Respublika Təhsil Şurasının katibi Böyükağa Mikayıllı haqqında təhsil eksperti Nadir İsr...
13/06/2022

https://moderator.az/read/525233

Respublika Təhsil Şurasının katibi Böyükağa Mikayıllı haqqında təhsil eksperti Nadir İsrafilovun yazdığı geniş məqaləni təqdim edirik.

https://gunaz.az/cemiyyet/97375-semereli-fealiyyeti-ile-sechilen-pedoqoq-alim.htmlRespublika Təhsil Şurasının üzvü - Azə...
11/06/2022

https://gunaz.az/cemiyyet/97375-semereli-fealiyyeti-ile-sechilen-pedoqoq-alim.html

Respublika Təhsil Şurasının üzvü - Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Qabaqcıl təhsil işçisi, dosent Şahrza Ağayev haqqında məqalə gunaz.az saytında yerləşdirilib.

Azərbaycan pedaqoji fikrinin həmişə görkəmli nümayəndələri olmuş,var və olacaqdır. Pedaqogika elminə çoxsaylı dəyərli əsərləri liə töhfə verən alimlərdən biri elmi ictimaiyyətdə aktiv və

06/06/2022
Respublika Təhsil Şurasının rəhbərliyi - sədr Samir Mehdizadə, sədr müavini Cəfər Bağırov, katib Böyükağa Mikayıllı, İda...
05/06/2022

Respublika Təhsil Şurasının rəhbərliyi - sədr Samir Mehdizadə, sədr müavini Cəfər Bağırov, katib Böyükağa Mikayıllı, İdarə Heyətinin üzvü Sabir Həmidov Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın fəaliyyəti ilə yaxından tanış oldular. Gimnaziyanın direktoru Aynur Dadaşova qonaqları təhsil ocağının maddi-texniki bazası, sinif otaqları, yeməkxanası, şagirdlərin yataq və istirahət otaqları, idman zalı, laboratoriya, kitabxanası ilə tanış edərək, geniş məlumat verdi.

Respublika Təhsil Şurası adından xalqımızı "28 May Müstəqillik Günü" münasibətilə ürəkdən təbrik edir, azadlığımızın əbə...
28/05/2022

Respublika Təhsil Şurası adından xalqımızı "28 May Müstəqillik Günü" münasibətilə ürəkdən təbrik edir, azadlığımızın əbədi olmasını arzulayırıq!

Respublika Təhsil Şurasının katibi, təhsil sahəsi üzrə tədqiqatçı-jurnalist Böyükağa Mikayıllının 14 May 2022-ci il tari...
13/05/2022

Respublika Təhsil Şurasının katibi, təhsil sahəsi üzrə tədqiqatçı-jurnalist Böyükağa Mikayıllının 14 May 2022-ci il tarixdə "İmza Günü" keçiriləcək. Arzu edənlər müəllifin kitablarını onun umzası ilə əldə edə biləcəklər. Tədbir "28 May" metro stansiyasının yaxınlığında, "Kitab Evim" mağazasında, saat 12.00-15.00-da keçiriləcək.

Address

Baku

Telephone

+994503176635

Alerts

Be the first to know and let us send you an email when Respublika Təhsil Şurası İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Respublika Təhsil Şurası İctimai Birliyi:

Shortcuts

Share

Category