192 Saylı Tam Orta Məktəb

192 Saylı Tam Orta Məktəb Bakı şəhəri 192 nömrəli tam orta ümumtəhsil məktəbi

“Ən yaxşı təqdimat “ müsabiqəsi. 192 nömrəli tam orta ümumtəhsil məktəbində lX-Xl sinif şagirdləri arasında Ulu Öndər He...
03/02/2026

“Ən yaxşı təqdimat “ müsabiqəsi.

192 nömrəli tam orta ümumtəhsil məktəbində lX-Xl sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 -cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat “ müsabiqəsinin məktəb turu keçirildi. Seçim turunda şagirdlər öz təqdimatları ilə çıxış etdilər. 2 nəfər şagird-10 b sinif şagirdi Namaz İbrahimov və 10 e sinif şagirdi Bəkir Musayev verilmiş meyarlara əsasən müəllimlər tərəfindən qiymətləndirilərək növbəti turda iştirak etmək hüququ qazandılar.
Uğurlar!

Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən məktəbimizin 25 şagirdi növbəti mərhələy...
03/02/2026

Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən məktəbimizin 25 şagirdi növbəti mərhələyə vəsiqə qazanmışlar.
Şagirdlərimizi bu uğur münasibətilə təbrik edir, onlara növbəti mərhələdə uğurlar arzulayırıq.

28/01/2026

“Məktəb ictimai müzakirədə” layihəsinə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə “Məktəb ictimai müzakirədə” adlı yeni layihəyə start verilir.

Layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın daha da artırılmasından ibarətdir.

“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində paytaxtdakı ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı nüfuzlu ziyalıların, tanınmış ictimai xadimlərin, təhsil ictimaiyyətinin, valideynlərin və media nümayəndələrinin iştirakı ilə müzakirələr aparılacaq, açıq dialoq mühiti formalaşdırılacaq. Müzakirələr zamanı məktəblərin idarə olunması, tədrisin keyfiyyəti, valideyn-məktəb əməkdaşlığı, ictimai nəzarət mexanizmləri və təhsil sahəsində şəffaflığın artırılması kimi məsələlərə xüsusi diqqət yetiriləcək.

Qeyd edək ki, layihə çərçivəsində paytaxtın müxtəlif məktəblərində təşkil olunacaq müzakirələrdə təhsil ocağının fəaliyyəti, əldə olunan nailiyyətlər, qarşıda duran hədəflər və mövcud çağırışlar təqdim ediləcək, iştirakçıların rəy və təklifləri dinləniləcək.

“Ayın idman növü”7 ci siniflər arasında təşkil olunan voleybol yarışı 7"ç" sinfinin qalibiyyəti ilə yekunlaşdı.
19/01/2026

“Ayın idman növü”
7 ci siniflər arasında təşkil olunan voleybol yarışı 7"ç" sinfinin qalibiyyəti ilə yekunlaşdı.

19/01/2026
Qanlı 20 Yanvar tariximizin, xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir!
19/01/2026

Qanlı 20 Yanvar tariximizin, xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir!

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür. Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli sə...
19/01/2026

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür. Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələrinin Azərbaycanda törətdiyi kütləvi qırğından 36 il keçməsinə baxmayaraq xalqımız həmin faciənin ağır nəticələrini bu gün də xatırlayır. Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş oğul və qızları dərin ehtiramla yad edir.

Qanlı 20 Yanvar faciəsindən 36  il ötür. Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli s...
16/01/2026

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür. Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu.

Address

Zabrat 1 Qesebesi
Baku

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994125502407

Alerts

Be the first to know and let us send you an email when 192 Saylı Tam Orta Məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category