23/12/2021
🤓 Sosial mediada kontenti necə kateqoriyalaşdırmaq olar?
Təbii ki, haşteqlərlə!
😇 Haşteqlər kontenti internetdə daha əlçatan etməyə, insanların maraq dairəsinə uyğun məzmunlar kəşf etməsinə kömək edir.
😇 Məzmun istehsalçıları isə haşteqlərdən doğru istifadə etməklə məzmunu öz kütləsinə çatdırır.
🌐 www.marketingmasterclass.az⠀⠀
📱+994705703030⠀
15/12/2021
Ayın xəbərlərindən biri 🤓⠀
🌐 www.marketingmasterclass.az⠀⠀
📱+994705703030⠀
⠀
08/12/2021
🤓 Backlink veb-sayta digər mənbələrdən verilən istinadlardır.
😇 Hiperistinadlar əsasında formalaşdırılan backlinklər, sayta trafik cəlb etməyə və axtarış mühərriklərində daha yüksək pillələrdə qərarlaşmağa kömək edir.
🤗 Düzgün qurulmuş backlink infrastrukturu müsbət nəticələrinə görə SEO mütəxəssislərinin sevimli alətlərindən biridir.
01/12/2021
🤓 A/B testləri rəqəmsal marketinqdə ən faydalı alətlərdən biridir.
🖖 Testlər vasitəsi ilə mütəxəssislər ən effektiv kreativi, hədəf kütləni və kanalı tapmağa nail olur.
😇 Bir çox reklam platformalarında təqdim olunan bu özəllik mütəxəssislərə ən yaxşı nəticələri almaqda kömək edir.
23/11/2021
🤓 Dark postlar sosial mediada paylaşım etmədən reklamlar yerləşdirməyin bir yoludur.
😇 Bu, mütəxəssislərə istifadəçiləri yormadan reklamlar yerləşdirməyə, A/B testləri etməyə imkan verir.
🤗 Həmçinin xəbər lentidə reklam xarakterli paylaşımları azaltmaq üçün mütəxəssislər tez-tez bu üsuldan istifadə edir.
16/11/2021
🤓 CTR anlayışı rəqəmsal reklamların performansının ölçülməsi ilə bağlı vacib göstəricilərdən biridir.
🤔 Keçidlərin reklam üzrə göstərim sayına nisbətini göstərən bu anlayış faizlə ifadə olunur.
🖖 Bu rəqəm nə qədər yüksəkdirsə kampaniya bir o qədər uğurlu hesab olunur.
02/11/2021
🤔 TikTok reklamlarını sınamısınız?
🤓 Gənclər arasında TikTok ən populyar tətbiqlərdən biridir. Bu səbəbdən artıq brendlər bu platformaya üz tutur, tətbiqin reklam imkanlarından yararlanır.
🤗 Sadə interfeysi və reklam modelləri ilə TikTok mütəxəssislər üçün yeni fürsətlər yaradır.
26/10/2021
🔗 Search Engine Optimization (SEO) və (Pay-Per-Click). Veb saytların trafikini artırmaq üçün ən effektiv iki üsul.
Bəs hansını istifadə etməli?
🤓 Bu sualın cavabı şərtlərə və şəraitə görə dəyişir. SEO uzun müddət davam edən bir prosesdir və axtarış sistemlərində veb saytın təbii olaraq irəli çıxmasına səbəb olur. PPC isə süni bir prosesdir və pul qarşılığında veb saytın irəli çıxmasına səbəb olur.
Endirim sezonları, bir neçə günlük layihələr kimi qısa müddətli nəticə lazım olduqda PPC ən gözəl üsuldur. Ümumi bir mövzu haqqında axtarış etdikdə veb saytınızın önə çıxması üçün isə SEO əvəzolunmazdır.
İşləmə prinsipinə görə də SEO daha üstündür. PPC auksion nəticəsində reklamların satışa çıxarılmasıdır və rəqiblər nə qədər yüksək təkliflər versə, xərclər də bir o qədər artacaq. SEO isə əvvəlcədən müəyyən edilmiş prinsiplər və qaydalar əsasında qurulur.
❗ Nəticədə ən yaxşı üsul ehtiyaclarınıza uyğun həm SEO, həm də PPC-dən istifadə etməkdir. SEO davamlı gedən bir prosesdir və bunun üçün resurs ayırmaq lazımdır. PPC tələb əsaslıdır və ehtiyac olmadıqda ona ayrılan resurslar başqa yerə yönəldilə bilər.
11/10/2021
Marketing Masterclass tələbələri hələ təhsilini tamamlamamışdan rəqəmsal marketinqlə bağlı sertifikatları əldə etdilər 😉
05/10/2021
🍔 2017-ci ildə McDonald’s bir uşağın ölmüş atası haqqında anasına suallar verdiyi reklam çarxı yayımladı.
Reklam çarxında uşaq atasından qalan əşyalara baxır, daha sonra anasından onun sevdiyi işləri, onun xasiyyəti haqqında soruşur. Anası şəhəri dolaşarkən atası haqqında uşağa məlumat verir. Atası ilə arasında oxşarlıqların olmadığını görən uşaq reklam boyunca daha da kədərlənir. Sonda McDonald’s-da ana uşağın sifariş verdiyi menyunun atasının da ən sevdiyi menyu olduğunu deyir.
Olduqca təsirli olan bu reklam çarxı cəmiyyətdə narazılıqlara səbəb oldu. İnsanlar McDonald’s-ı bir uşağın kədərindən istifadə etməkdə günahlandırırdı. Nəticədə McDonald’s reklamları internetdən, mediadan və radiolardan eyni anda geri çəkdi.
🤓 Buradan öyrənilən marketinq dərsi:
Nə qədər təsirli və uğurlu görünsə də, uşaqların kədərindən istifadə etmək, ölülərin xatirələrindən reklamlarda istifadə etmək həssas bir məsələdir. Bu həssaslığa toxunan reklamlar da incəliklə düşünülüb hazırlanmalıdır.