05/10/2021
🍔 2017-ci ildə McDonald’s bir uşağın ölmüş atası haqqında anasına suallar verdiyi reklam çarxı yayımladı.
Reklam çarxında uşaq atasından qalan əşyalara baxır, daha sonra anasından onun sevdiyi işləri, onun xasiyyəti haqqında soruşur. Anası şəhəri dolaşarkən atası haqqında uşağa məlumat verir. Atası ilə arasında oxşarlıqların olmadığını görən uşaq reklam boyunca daha da kədərlənir. Sonda McDonald’s-da ana uşağın sifariş verdiyi menyunun atasının da ən sevdiyi menyu olduğunu deyir.
Olduqca təsirli olan bu reklam çarxı cəmiyyətdə narazılıqlara səbəb oldu. İnsanlar McDonald’s-ı bir uşağın kədərindən istifadə etməkdə günahlandırırdı. Nəticədə McDonald’s reklamları internetdən, mediadan və radiolardan eyni anda geri çəkdi.
🤓 Buradan öyrənilən marketinq dərsi:
Nə qədər təsirli və uğurlu görünsə də, uşaqların kədərindən istifadə etmək, ölülərin xatirələrindən reklamlarda istifadə etmək həssas bir məsələdir. Bu həssaslığa toxunan reklamlar da incəliklə düşünülüb hazırlanmalıdır.