14/06/2026
“Son zəng” günü anımla qeyd olunub
Məktəbimizin məzunları son zəng günü məktəbimizin məzunu, antiterror əməliyyatında şəhid olmuş Əsədov Əlibala Əli oğlunun ailəsini yad edib, onun xatirəsini ehtiramla anıblar. Bu addım məzunların vətənpərvərlik dəyərlərinə sədaqətini bir daha nümayiş etdirib.
14/06/2026
Məktəbimizdə məzunlar üçün ən yaddaqalan günlərdən biri olan “Son zəng” tədbiri təşkil olunub. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Kənan Həsənov çıxış edərək şagirdləri bu əlamətdar gün münasibətilə təbrik edib, onlara düzgün seçimlər etməyi, Vətənə və cəmiyyətə faydalı vətəndaş olmalarını tövsiyə edib.Məzunlar məktəb illərini əks etdirən çıxışlar və bədii nümunələr nümayiş etdirib.
11-ci sinif şagirdləri tərəfindən səsləndirilən mahnılar, şeirlər və təqdimatlar tədbirə xüsusi rəng qatıb. Şagirdlər müəllimlərinə və məktəb kollektivinə illər boyu göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Tədbir zamanı müəllimlər məzunlara gələcək həyatlarında uğurlar arzulayıb, onların qazandıqları bilik və bacarıqların gələcək yollarında möhkəm dayaq olacağına inamlarını ifadə ediblər.
Sonda 11-ci siniflər üçün simvolik olaraq sonuncu dəfə zəng çalınıb və tədbir xoş xatirələrlə başa çatıb.
12/06/2026
Bakı şəhəri, Qala qəsəbə klubunda 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə 185 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Rzayeva Pərvanənin 1B sinif şagirdləri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra 185 nömrəli tam orta ümumtəhsil məktəbin 1B sinif şagirdləri Vətənə , dövlətçiliyimizə və milli birliyimizə həsr olunmuş şeir və mahnılarla çıxış edərək vətənpərvərlik ruhunu nümayiş etdirib.
Onların çıxışları alqışlarla qarşılanıb.
Tədbirin sonunda şagirdlərin hazırlıq prosesində göstərdiyi zəhmət və fəal əməkdaşlıga görə 185 nömrəli tam orta ümumtəhsil məktəbin 1B sinif rəhbəri Rzayeva Pərvanə Nurələm qızı Qala qəsəbə klubu tərəfindən Təşəkkürnamə ilə təltif olunub.
12/06/2026
Məktəbimizdə həyata keçirilən “7-dən 17-yə vətənpərvərlik” layihəsi çərçivəsində ibtidai sinif şagirdləri üçün tədbir təşkil olunub. Tədbir ibtidai sinif müəllimi Quliyeva Nuray tərəfindən 4A sinfində keçirilib.
Dərs zamanı şagirdlər vətənpərvərlik mövzusunda hazırladıqları təqdimatlarla çıxış edərək Vətənə məhəbbət, dövlət rəmzlərinə hörmət və milli dəyərlərin qorunması barədə fikirlərini ifadə ediblər. Təqdimatlar şagirdlərin yaş səviyyəsinə uyğun şəkildə hazırlanıb və onların mövzuya marağını daha da artırıb.
Belə maarifləndirici fəaliyyətlər ibtidai siniflərdən etibarən şagirdlərdə vətənə bağlılıq hissinin formalaşmasına mühüm töhfə verir.
12/06/2026
Məktəbimizdə “7-dən 17-yə vətənpərvərlik” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbir məktəbin tarix müəllimi Allahyarova Lamiyə tərəfindən 9B sinif şagirdləri üçün təşkil olunub.
Görüş zamanı şagirdlərlə vətənpərvərlik mövzusunda söhbətlər aparılıb, Vətənə sevgi, milli-mənəvi dəyərlərə bağlılıq və tarixi irsimizin qorunmasının əhəmiyyəti vurğulanıb. Şagirdlər mövzu ətrafında fəal iştirak edərək fikirlərini bölüşüblər.
Bu tədbir şagirdlərdə vətənpərvərlik hissinin formalaşdırılmasına, onların vətəndaşlıq mövqeyinin möhkəmləndirilməsinə xidmət edib.
11/06/2026
BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
8 iyun tarixindən etibarən məktəbimizdə Böyük Summativ Qiymətləndirmənin keçirilməsinə başlanılıb. Qiymətləndirmə müvafiq tədris proqramına uyğun şəkildə təşkil olunub. Belə ki, 4, 9 və 11-ci sinif şagirdləri bütün fənlər üzrə, 5–8-ci sinif şagirdləri isə 3 fənn üzrə Böyük Summativ Qiymətləndirmədə iştirak edirlər.
Qiymətləndirmə prosesi nizam-intizam və şəffaflıq prinsipləri əsasında həyata keçirilir. Şagirdlərin bilik və bacarıqları müəllimlər tərəfindən obyektiv şəkildə yoxlanılır. Bu qiymətləndirmələr şagirdlərin tədris ili ərzində əldə etdikləri nəticələrin ümumiləşdirilməsinə və təhsil nailiyyətlərinin müəyyənləşdirilməsinə xidmət edir.