Milli kimliyimiz-üç rəngli bayraq
Bayraq – hər bir dövlətin kimliyini, düşüncə tərzini və inanclarını özündə əks etdirir. Üç rəngli bayrağımız öz ideyasını 1895-ci ildə Əli bəyin məşhur türkləşmək, müasirləşmək və islamlaşmaq fikrindən götürüb. İlk dəfə 3 rəngli bayraq rəsmən Azərbaycan Xalq Cumhuriyyəti dövründə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub. 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib.
Regionşünaslıq Kafedrasının müəllimi Ələsgərova Sara
ADU Regionsunaslıq Kafedrası
Qarabağı tanıdaq! Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası 1998-ci ild? Kafedrada 32 müəllim çalışır.
Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası 1998-ci ildən açılmışdır. Əvvəlcə Böyük Britaniyaşünaslıq, 1999-cu ildən Almaniyaşünaslıq, 2001-ci ildən Fransaşünaslıq, Avropaşünaslıq, 2003-cü ildən Amerikaşünaslıq, 2005-ci ildən Yaxın Şərq və İsrailşünaslıq, 2006-cı ildən Azərbaycanşünaslıq, Skandinaviyaşünaslıq, 2007-ci ildən isə Cənub-Şərqi Asiya və İndoneziyaşünaslıq ixtisasları üz
8 Noyabr-Zəfər Günü
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.
Zəfər yolumuzda Qələbə təqvimi:
27 sentyabr: Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri. Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri. Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər.
3 oktyabr: Tərtər rayonunun Suqovuşan və Talış kəndləri. Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri; Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi.
4 oktyabr: Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabad kəndləri.
5 oktyabr: Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri.
9 oktyabr: Xocavənd rayonunun Ağoğlan (Hadrut) qəsəbəsi və Sur kəndi. Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri. Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndləri. Tərtər rayonunun Çaylı kəndi.
14 oktyabr: Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri. Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri.
15 oktyabr: Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri. Füzuli rayonunun Arış kəndi. Cəbrayıl rayonunun Doşulu kəndi.
16 oktyabr: Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri.
17 oktyabr: Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri.
18 oktyabr: Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı.
19 oktyabr: Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri.
20 oktyabr: Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri. Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri. Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri. Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri.
21 oktyabr: Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri. Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri. Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri.
22 oktyabr: Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi. Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri. Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri.
23 oktyabr: Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri. Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri. Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri. Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri.
25-26 oktyabr: Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri. Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri. Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.
28 oktyabr: Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri. Füzuli rayonunun Mandılı kəndi. Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri. Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.
30 oktyabr: Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri. Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri. Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.
2 noyabr: Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri. Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri. Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri.
4 noyabr: Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri. Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri. Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri.
7 noyabr: Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri. Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri. Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri. Zəngilan rayonunun Beşdəli kəndi. Xocalı rayonunun Qarabulaq, Moşxmaat kəndləri. Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri.
8 noyabr: ŞUŞA şəhəri.
9 noyabr: Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri. Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri. Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri. Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri. Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri. Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi. Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər kəndləri.
10 noyabr: Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.
20 noyabr – Ağdam; 25 noyabr - Kəlbəcər; 1 dekabr – Laçın;
Regionşünaslıq Kafedrasının müəllimi Ələsgərova Sara
Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı
Müstəqilliyimizi daha da möhkəmləndirən, dövlətimizin ərazi bütövlüyünü təmin edən, işğaldakı torpaqların azadlığına nail olan Prezident İlham Əliyev həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə böyük uğurlara imza atıb, Azərbaycanı regionun lider dövlətinə çevirməyə nail olub. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin ordu quruculuğu siyasəti hərb tariximiz baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycanda nizami ordu quruculuğu prosesinin ilk addımları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. İlham Əliyev ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandıran sərkərdə oldu. Azərbaycanın iqtisadi gücündən maksimum faydalanaraq ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edən, onun davamlı modernləşdirilməsi prosesini həyata keçirən dövlətimizin başçısı bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısındakı üstünlüyünü daha da artırdı və peşəkar, ən müasir tələblərə cavab verən orduya çevirdi. Yeni hərbi akademiyalar açıldı, xarici dövlətlərdə təkmilləşdirmə kurslarına cəlb edilərək əsl peşəkarlar məktəbi yaradıldı.
Regionşünaslıq Kafedrasının müəllimi Ələsgərova Sara
Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib
Azərbaycanın Qafqaz regionunda ən yaxın müttəfiqlərindən olan Gürcüstan keçmiş SSRİ dağılandan sonra ölkəmizlə oxşar bir tale yaşamağa məcbur oldu. Düşmən qüvvələri qədim qonşuları milli münaqişəyə çəkmək istəsələr də arzuolunmaz hallar qətiyyətlə rədd edildi. Hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər tarixi qonşuluq münasibətlərinin daha da möhkəmlənməsinə zəmin yaratdı.
Dövlətlərarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət davamlı olaraq ortaq mövqedən çıxış etməyə üstünlük verdilər. Prezident Heydər Əliyev 1996-cı il martın 8-də Gürcüstana rəsmi səfəri zamanı Azərbaycan və Gürcüstanın böyük tarixi əlaqələrinin olduğunu xüsusu vurğulamış, bu ölkə ilə olan münasibətlərə xüsusi əhəmiyyət verdiyini belə bəyan etmişdi: “Gürcüstan bizim üçün yaxın qonşu və dost ölkədir. Çox böyük tarixi əlaqələrimiz var”.
Regionşünaslıq kafedrasının müəllimi Ələsgərova Sara
Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir.
44 günlük Vətən müharibəsindən sonra hər gün xalqımızın yaddaşına tarixi hadisə kimi yazılır. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir.
Ən əsası da sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır.
Regionşünaslıq kafedrasının müəllimi Ələsgərova Sara
Suveren ərazi bütövlüyümüz bərpa edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası əslində tarixi ədalətin bərpası deməkdir.
BMT tərəfindən qəbul edilən qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi təsdiq edilsə də, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu qeyd edilsə də, ermənilərin Dağlıq Qarabağı işğalı bu prinsipləri pozurdu. BMT Təhlükəsizlik Şurasının 822-ci, 853-cü, 874-cü və 884-cü qətnamələrinin müddəalarında yer alan Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən birmənalı olaraq çıxarılması tələbinin olmasına baxmayaraq 27 il ərzində Ermənistan faktiki olaraq bu qətnamələri pozub, sənədlər qəbul edildikdən sonra da yeni əraziləri işğal edib və bütün bunlara rəğmən tamamilə cəzasız qalıb. Sadalananlar BMT-nin fəaliyyətinin səmərəsiz olduğunu və eyni zamanda dünya birliyinin münaqişənin həllinə yönələn konkret addımlardan çəkindiyini nümayiş etdirir. Azərbaycan öz suverenliyini prezident İlham Əliyevin başçıllğı ilə "Dəmir Yumruğu" ilə bərpa etdi.
Regionşünaslıq kafedrasının müəllimi Ələsgərova Sara.
Türkiyədə baş vermiş dəhşətli zəlzələyə Azərbaycan xalqı da bigaə qalmadı
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: "Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”.
Qardaş Türkiyə fevralın 6-da baş verən iki güclü zəlzələ nəticəsində təbii fəlakətin ağır fəsadları ilə üz-üzə qalıb. Azərbaycan dövlət səviyyəsində ilk andan təbii fəlakətin zərərlərinin aradan qaldırılması üçün yardımlar göndərsə də, Azərbaycan xalqı da qardaş ölkənin acısına biganə qala bilməyib. Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaratdılar və xalq bu platforma vasitəsilə ianələr edərək Türkiyəyə yardımlar etdilər. Bundan əlavə xalqın təşəbbüsü ilə qış paltarları, gödəkçə, şalvar, əlcək, corablar, o cümlədən, çadır, yorğan, döşək, fənər, generator, poverbank, təmizlik alətləri kimi istifadəyə yararlı əşyaların toplanması üçün yardım kampaniyası başladıldı. Qeyd edək ki, kampaniya qısa müddətdə başlamasına baxmayaraq, yüzlərlə insan qardaş Türkiyəyə yardım üçün səfərbər oldu. Azərbaycanı və Türkiyəni hər şeydən əvvəl türk, islam dövlətləri olması, eyni zamanda hər iki xalq üçün dini dəyərlərin vacibliyi birləşdirir. Tarixin ən çətin məqamlarında hər iki xalq bir-birinə hər zaman arxa durub və bu birlik həmişə davam edəcəkdir!
Regionşünaslıq kafedrasının müəllimi, Ələsgərova Sara
Azərbaycan hər zaman olduğu kimi zəlzələdən sonra ilk andan qardaş Türkiyənin yanında idi.
2023-cü il fevral ayının 6-da qardaş ölkə Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Azərbaycan dərhal Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyəyə genişmiqyaslı yardıma başlanıb. Qardaş ölkəyə bir çox dünya dövlətləri yardım etməyə hazır olduqlarını bildirsələr də, Azərbaycan dərhal zəlzələnin baş verdiyi ilk gün fevralın 6-da saat 13:25-də Fövqəladə Hallar Nazirliyinin 168 nəfərlik şəxsi heyətini fəlakət zonasına yardım üçün göndərdi. Elə həmin gün saat 17:25-də ikinci təyyarə ilə FHN-in 233 nəfərlik şəxsi heyəti və xilasetmə avadanlıqları da yola düşdü. Daha sonrakı göndərilən yardım təyyarələrində FHN-in şəxsi heyəti və xilasetmə avadanlıqları ilə yanaşı, tibbi heyət və mobil səhra hospitalına aid 4 konteyner də göndərildi. Fəlakətin daha sonrakı günlərində 14 yük avtomobilindən ibarət karvanla 4 səhra mətbəxi, humanitar yardım və ərzaq yardımı Türkiyəyə çatdırıldı. Ümumilikdə, yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair kimi yardımlar qardaş ölkəyə çatdırıldı. Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaratdılar. Azərbaycanda zəlzələdən əziyyət çəkən vətəndaşlara kömək etmək istəyən şəxslər “Qardaş köməyı” platforması vasitəsilə qardaş ölkədə müxtəlif ləvazimatlar göndərdilər.
Bundan sonrakı bərpa işlərində də Azərbaycan fəlakətin zərərlərinin aradan qaldırılması üçün dəstəyini əsirgəməyəcək. Göndərilən yardımlar vasitəsilə ilə də Azərbaycan bir daha sona qədər Türkiyənin yanında olduğunu bütün dünyaya göstərdi!
Regionşünaslıq Kafedrasının müəllimi, Ələsgərova Sara
04/12/2022
Bu gün ADU-nun rektoru akademik, xalq yazıçısı prof.Kamal Abdullanın doğum günüdür. Bu münasibətilə Regionşünaslıq kafedrası kollektivi adından onu təbrik edir gələcək fəaliyyətində Uğurlar arzulayırıq.
17/11/2022
16 noyabr 2022-ci il Regionşünaslıq ixtisasında ilk buraxılışının 20 illiyi, kafedranin isə faktiki açılışının 15 illiyi münasitilə kafedra iclası keçirildi.
02/11/2022
31 oktyabr tarixində "ADU-nun nəzdində Bakı Amerika Mərkəzi və Regionşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə "ABŞ-nin mədəniyyəti və incəsənəti" fənni çərçivəsində BMR fakültəsinin Amerikaşünaslıq ixtisası üzrə 4-cü kurs tələbələrinin "Amerikalıların sevimli bayramı - Hellouin" mövzusunda dəyirmi masa.
Azərbaycan 52 gəmi ilə xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir
Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq”. Bütün bunlar Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişafda olmağının göstəricisidir. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan və nüfuz sahibi olan ölkələrdən biridir. 2019-cu ildən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik etməsi və ölkəmizin sədrliyinin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılması deyilənlərə əyani sübutdur. Azərbaycan öz fəaliyyətini bundan sonra da beynəlxalq hüquqa və təhlükəsizliyə əsaslanaraq həyata keçirəcək.
ADU, Regionşünaslıq kafedrasının müəllimi Ələsgərova Sara
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Azərbaycan Dillər Universiteti
Baku