18/06/2026
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin Logistika operatoru ixtisası üzrə təhsil alan tələbələri ixtisas fənn müəllimi Elmira Yahyayeva və istehsalat təlimi ustası Aynur Sabirlinin rəhbərliyi ilə 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində iştirak etmişlər.
Sərgidə iştirakın əsas məqsədi tələbələrin logistika sahəsində əldə etdikləri nəzəri bilikləri praktiki mühitdə müşahidə etmələrinə, nəqliyyat və təchizat zəncirinin idarə olunması istiqamətində tətbiq edilən müasir texnologiyalarla tanış olmalarına şərait yaratmaq olmuşdur. Tələbələr sərgi çərçivəsində ölkənin və xarici dövlətlərin logistika, yükdaşıma, anbar təsərrüfatı, multimodal daşımalar, rəqəmsal logistika həlləri və nəqliyyat infrastrukturu sahəsində fəaliyyət göstərən şirkətlərinin təqdimatlarını izləyərək peşəkar biliklərini daha da zənginləşdirmişlər.
16/06/2026
Mərkəzimizdə keçirilmiş sınaq işlərindən görüntülər.
16/06/2026
Mərkəzimizin tələbələri yalnız peşə bacarıqları ilə deyil, idman sahəsində qazandıqları uğurlarla da seçilirlər.
Yüksək Texniki Peşə üzrə “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı” ixtisasının 2-ci kurs tələbələri – İsgəndərova Gülbahar Xəqani qızı və Adıyeva Nuray Mahir qızı 14 iyun 2026-cı il tarixində Sərhədçi İdman Kompleksində keçirilən Azərbaycan çempionatında “Pankration” idman növü üzrə uğurla çıxış edərək final mərhələsinə yüksəlmiş və II yerə layiq görülmüşlər.
Tələbələrimizin bu nailiyyəti onların əzmkarlığının, zəhmətinin və qalib ruhunun göstəricisidir. Mərkəzimizin adını layiqincə təmsil edən tələbələrimizi ürəkdən təbrik edir, onlara gələcək yarışlarda daha böyük uğurlar və yeni qələbələr arzulayırıq!
15/06/2026
🇦🇿 15 İyun – Milli Qurtuluş Günü
15 İyun Azərbaycan tarixində dövlətçiliyimizin qorunub saxlanıldığı, sabitlik və inkişaf yolunun əsasının qoyulduğu mühüm bir gündür.
Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın gələcək inkişafının təməlini formalaşdırıb.
Milli Qurtuluş Günümüz mübarək! 🇦🇿
13/06/2026
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "15 iyun" Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirildi.Tədbirdə mərkəzin direktor vəzifəsini icra edən Əlağa Kərimov "15 İyun" Milli Qurtuluş Günü haqqında məlumat verdi. Mərkəzin "Tarix" fənn müəllimi Cabarzadə Aysel "15 iyun" Milli Qurtuluş Gününün tariximizdə rolu və əhəmiyyəti, ulu öndər H.Əliyevin həyata keçirdiyi siyasi, iqtisadi və hüquqi islahatları haqqında geniş çərçivədə çıxış etdi.Müəllimə eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumasını, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldımasını və inkişafın təməlini qoymasını diqqətə çatdırdı. Sonda milli qurtuluş ideologiyasının təntənəsinin bu gün müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verdiyini, regionda və dünyada Azərbaycanın nüfuzunun daha da artdığını vurğuladı.
Tədbirdə mərkəzin tələbə və müəllim heyəti iştirak edirdi.
12/06/2026
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələr arasında “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş Voleybol, Basketbol, Şahmat və Dama yarışları keçirilib. Yarış zamanı tələbələrimiz yüksək komanda ruhu, birlik və bərabərlik nümayiş etdiriblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirin qalibləri artıq məlumdur!
Qalib gələn komandaları və tələbələrimizi ürəkdən təbrik edir, onlara gələcək yarışlarda və təhsildə yeni uğurlar arzulayırıq!
12/06/2026
“Mebel ustası” ixtisası üzrə keçirilmiş sınaq işindən görüntülər.