13/03/2020
Əziz valideynlər, bildiyiniz kimi kitab oxumaq həm böyüklər, həm də kiçik yaşlı balalarımız üçün olduqca faydalıdır.Bildiyiniz kimi mütaliə insanın biliyini artırmaqla yanaşı, həm də onun fantaziya və yaradıcılıq qabiliyyətini artırır, xəyal dünyasını genişləndirir. Yeni obrazlar, yeni həyat hadisələrinin təsviri insan beynini inkişaf etdirir. Əslində bunu kiçik yaşdan uşaqlara aşılamaqla siz onlarda gözəl bir vərdiş yaradacaqsınız. Oxu vərdişi. Vərdişlərimiz isə bizi idarə edir, həyatımızı təşkil edir, ona yön verir🌻
Bəs uşaqlarda bu vərdişi necə yaratmaq olar?🤔
✔ Ilk olaraq ona kitab hədiyyə etməkdən başlamaq olar. Gözəl bir hədiyyə qutusunda ona bəyənəcəyi və yaşına uyğun bir kitab bağışlayın.
✔ Ümumiyyətlə çalışın kiçik yaşlardan uşaqlarınız sizin də əlinizdə kitab görsün, bu onlar üçün adi hala çevrilsin.
✔ Yol çıxarkən özünüzlə kitab götürüb, yolda bərabər oxumağa çalışın.
✔ Axşam yatmadan öncə eyni vaxtda hər ikiniz və ya yalnız övladınız üçün bir nağıl oxuyun.
✔ Oxuduqlarınızı daim müzakirə edin.Ondan nə öyrəndiyini soruşun.Hətta siz bu hekayəni və ya nağılı oxumamısınızsa onu sizə danışmasını istəyin.
Əziz valideynlər, unutmayın ki, uşaqların bir şəxsiyyət kimi formalaşma prosesi 7 yaşa qədər 80 faiz tamamlanır. Əgər bu yaşlarda uşaqlarınıza qarşı həssaslıq nümayiş etdirsəniz, onda gözəl vərdişlər yaratsanız sonra həm övladınızın özü üçün, həm sizin özünüz üçün, həm də cəmiyyətimiz üçün faydalı insan yetişdirmiş olacaqsınız. Nazim Hikmətin də dediyi kimi: "Güzel günler göreceğiz çocuklar
Güneşli günler göreceğiz.
Motorları maviliklere süreceğiz çocuklar
Işıklı maviliklere süreceğiz"
Odur ki,tətil günlərində uşaqların oxuya biləcəyi ədəbiyyat siyahısını təqdim edirik:
🌞 Antuan de Sent-Ekzüperi “Balaca Şahzadə”
🌞 Jül Vern “Kapitan Qrantın uşaqları”
🌞 Ernest Miller Heminquey “Qoca və dəniz”
🌞 Mark Tven “Tom Soyyerin macəraları”
🌞 Lüis Keroll “Alisa möcüzələr ölkəsində”
🌞 Daniel Defo “Robinzon Kruzonun macəraları”
🌞 Mark Tven “Şahzadə və dilənçi”
🌞 Conatan Svift “Qulliverinin səyahəti”
🌞 Rudyard Kipling “Mauqli"
🌞 Robert Lyuis Stivenson “Dəfinələr adası”
🌞 Süleyman Sani Axundov "Qorxulu nağıllar"
🌞 Cəlil Məmmədquluzadə "Hekayələr"
🌞 Əbdürrəhimbəy Haqverdiyev
"Hekayələr"
🌞Koroğlu dastanı
🌞Zahid Xəlil "Hekayələr"
🌞Hasan Ali Toptaş "Ben Bir Gürgen Dalıyım"
🌞Akbal "Dondurmalı Sinema"
🌞Tarık Dursun "Hoşça Kal Küçük"
🌞Aziz Nesin "Anıtı Dikilen Sinek"
🌞Ömer Seyfettin "Falaka"
🌞Rıfat Ilgaz "Bacaksız Kamyon Sürücüsü"
🌞Yaşar Kemal "Filler"
🌞Cahit Zarifoğlu "Serçekuş"
🌞Muzaffer İzgü "Anneannem Serisi"