07/11/2025
Azərbaycan professional musiqisinin banisi, akademik dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı il dönümünə həsr olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət, Bakı Musiqi Akademiyasının nəzdində ki məktəb-studiya ilə birlikdə 2025-ci il 25-30 oktyabr (I mərhələ), 3-7 noyabr (II mərhələ), tarixlərində “Azərbaycan və Xarici musiqi nümunələrinin Solmizasiyası I Respublika müsabiqəsi” keçirilmişdir.
Bu musabiqədə “Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin 33 nömrəli U.M.M-nin şagirdi, Allahverdili Nərgiz uğurlu iştirak edərək, Müsabiqədə “Laureat” adını qazanmışdır. Müsabiqənin Münsiflər heyəti Allahverdili Nərgizin uğurlu çıxışına görə müəllim, Həsənova Təranə “Təşəkkürnamə” ilə təltif olunmuşdur.
Kollektivimiz adından Həsənova Təranə müəllimə və onun şagirdi Allahverdili Nərgizə uğurlarının davamlı olmalarını arzu edirik.