13/06/2026
2026-cı ilin İyunun 13-də məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, icra hakimiyyətinin əməkdaşları, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, bələdiyyə əməkdaşları, şəhid aillərinin üzvləri, qazilər, məktəbin pedaqoji və şagird heyəti, valideynlər iştirak ediblər. Məktəbin həyətində keçirilən “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin direktoru Qabil Nəsibov, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, məktəbin şəhid məzunu Yusif Nəcəfovun anası Flora xanım Nəcəfova çıxış edərək məzunları təbrik ediblər. Sinif rəhbərləri, fənn müəllimləri, eləcə də valideynlər 11-cilərə ürək sözlərini söyləyib, uğurlu yol arzulayıblar. 2025-2026-cı tədris ilində tam orta təhsil pilləsini "əla" qiymətlə başa vurduqdarına və DİM-inin buraxılış imtahanında yüksək nəticə əldə etdiklərinə görə bir qrup məzun məktəbin “Tərifnamə” və “Fəxri fərman”ları ilə təltif olunublar.
Tədbirin bədii hissəsində 1-ci sinif şagirdlər və 11 -ci sinif məzunları bir-birindən maraqlı rəqs nömrələri ilə çıxış ediblər.
Sonda elmin simvolu olan "Bilik açarı" 10 - cu sinifin nümunəvi şagirdlərinə təqdim olunub. 11- cilər üçün sonuncu dəfə son zəng çalınıb.