Bakı Slavyan Universiteti - BSU

Bakı Slavyan Universiteti - BSU Bakı Slavyan Universiteti’nin Rəsmi Facebook Səhifəsi

📢 Fuad İbrahimov “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub🔹 Avqustun 14-də Bakı Slavyan Universiteti...
19/08/2026

📢 Fuad İbrahimov “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub

🔹 Avqustun 14-də Bakı Slavyan Universitetinin Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Fuad İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən qəbul edilib.

🔗 Görüş zamanı xaricdə yaşayan Azərbaycan icmalarının və soydaşlarımızın fəaliyyəti, onların yerli cəmiyyətə inteqrasiyası, Azərbaycan həqiqətlərinin, zəngin mədəni irsimizin və mədəniyyətimizin təbliği məsələləri müzakirə olunub və fəaliyyətləri bir daha yüksək qiymətləndirilib.

📌 Görüş zamanı Fuad İbrahimova Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib. F.İbrahimov göstərilən yüksək etimada görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib və gələcəkdə də ölkələrarası münasibətlərin inkişafı, diaspor fəaliyyətinin təşkili, Azərbaycan dilinin və mədəni irsinin xaricdə təbliği istiqamətində səylərini davam etdirəcəyini qeyd edib.

🔹 Qeyd edək ki, 2010-cu ildə Bakı Slavyan Universitetinin dəstəyi ilə Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi yaradılıb. Mərkəzin rəhbəri Fuad İbrahimov Azərbaycan dilinin, milli-mədəni dəyərlərimizin və Azərbaycan mədəniyyətinin Belarusda təbliği istiqamətində fəaliyyət göstərir.

📌 Fuad İbrahimovu təltif olunması münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayırıq.

📢 BSU əməkdaşı Polşada beynəlxalq yay məktəbində iştirak edib🔹 Bakı Slavyan Universitetinin (BSU) Qərbi Slavyan Filologi...
14/08/2026

📢 BSU əməkdaşı Polşada beynəlxalq yay məktəbində iştirak edib

🔹 Bakı Slavyan Universitetinin (BSU) Qərbi Slavyan Filologiyası kafedrasının əməkdaşı Aynur Qasımzadə Polşanın Rjeşuv Universitetində keçirilən “Polşanı kəşf et” adlı beynəlxalq yay məktəbində iştirak edib.

🔗 24 iyul – 6 avqust tarixlərində Polşa Milli Akademik Mübadilə Agentliyinin (NAWA) maliyyə dəstəyi, Rjeşuv Universitetinin Filologiya fakültəsi və Poloniya Mərkəzinin təşkilatçılığı ilə keçirilən proqram iştirakçılara polyak dili üzrə biliklərini təkmilləşdirmək, Polşanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq, həmçinin beynəlxalq akademik mühitdə təcrübə mübadiləsi aparmaq imkanı yaradıb.

🔹 İntensiv təlim proqramı çərçivəsində A.Qasımzadə polyak dili dərslərində, Polşanın tarixi və mədəniyyətinə həsr olunmuş seminar və mühazirələrdə, eləcə də dil mübadiləsi məşğələlərində iştirak edib.

🔹 Proqramın akademik hissəsi ilə yanaşı, iştirakçılar Rjeşuv, Pşemısl və Krasıçın şəhərlərinə və tarixi məkanlara təşkil olunan ekskursiyalarda iştirak ediblər. Səfər zamanı Polşanın zəngin tarixi-mədəni irsi və yerli mədəniyyəti ilə yaxından tanış olublar.

📌 İki həftə davam edən yay məktəbinin sonunda A.Qasımzadəyə proqramı uğurla başa vurduğunu təsdiq edən rəsmi sertifikat təqdim edilib.

🎓 Yüksək bal – böyük imkan!Bakı Slavyan Universiteti yeni tədris ilində yüksək nəticə göstərən, öz bilik və bacarığı ilə...
12/08/2026

🎓 Yüksək bal – böyük imkan!

Bakı Slavyan Universiteti yeni tədris ilində yüksək nəticə göstərən, öz bilik və bacarığı ilə seçilən abituriyentlər üçün xüsusi imkanlar yaratmağa davam edir.

✨Bakı Slavyan Univetsitetini seçmiş ən yüksək bal toplamış tələbə “Yeni dövrün gəncliyi” təqaüd proqramına layiq görüləcək.

📚 Yüksək nəticə göstər, fərqlən və yeni dövrün gəncləri sırasında yer al!

🌟 Bakı Slavyan Universiteti – yüksək nəticələrin, böyük hədəflərin və yeni imkanların ünvanı!

🎓 Bakı Slavyan Universitetindən bölgələrdən olan qız abituriyentlərə xüsusi fürsət!Bölgələrdə yaşayan və yüksək nəticə g...
11/08/2026

🎓 Bakı Slavyan Universitetindən bölgələrdən olan qız abituriyentlərə xüsusi fürsət!

Bölgələrdə yaşayan və yüksək nəticə göstərərək müəllimlik peşəsini seçən qızların ali təhsil arzularına dəstək olmaq məqsədilə “Regionlardan qəbul olan qızlar üçün” daxili təqaüd proqramı elan edilir.

📚 Proqram çərçivəsində:
🔹 Təqaüd proqramında qeyd olunan bölgələrdən olan;
🔹 Bakı Slavyan Universitetinin müəllimlik ixtisaslarına qəbul olan;
🔹 500-dən yuxarı bal toplayan abituriyentlər arasından 5 qız tələbəyə təqaüd veriləcək.

✨ Bu proqram yalnız təhsil dəstəyi deyil, regionlardan olan istedadlı gənclərin gələcəyinə və müəllimlik peşəsinin inkişafına verilən dəyərin göstəricisidir.

📚 Tərcümə və regionşünaslıq sahəsində gələcəyini qurmaq istəyirsən?Dünyanın müxtəlif regionlarını öyrənmək, xarici dillə...
11/08/2026

📚 Tərcümə və regionşünaslıq sahəsində gələcəyini qurmaq istəyirsən?

Dünyanın müxtəlif regionlarını öyrənmək, xarici dillər üzrə biliklərini inkişaf etdirmək və beynəlxalq münasibətlər müstəvisində peşəkar biliklər qazanmaq istəyirsənsə, Bakı Slavyan Universiteti sənin üçün doğru seçimdir.

🎓 2026/2027-ci tədris ili üzrə Şərqi Avropa və Balkanşünaslıq fakültəsində aşağıdakı ixtisaslar üzrə qəbul aparılır:

🔹 Tərcümə (Azərbaycan dili–rus dili üzrə)
🔹 Tərcümə (Azərbaycan dili–ukrayna dili üzrə)
🔹 Tərcümə (Azərbaycan dili–bolqar dili üzrə)
🔹 Tərcümə (Azərbaycan dili–yunan dili üzrə)
🔹 Tərcümə (Azərbaycan dili–çex dili üzrə)
🔹 Tərcümə (Azərbaycan dili–polyak dili üzrə)
🔹 Regionşünaslıq (Mərkəzi Asiya ölkələri üzrə)
🔹 Regionşünaslıq (Şərqi Avropa ölkələri üzrə)
🔹 Regionşünaslıq (Balkan ölkələri üzrə)

🌍 Dil, mədəniyyət və regionşünaslıq biliklərini bir araya gətirərək beynəlxalq mühitdə geniş karyera imkanlarına hazırlaş, seçdiyin sahə üzrə peşəkar kimi formalaş!

📚 Sosial elmlər və regionşünaslıq sahəsində gələcəyini qurmaq istəyirsən?Beynəlxalq münasibətlər,siyasət, regionlar və d...
09/08/2026

📚 Sosial elmlər və regionşünaslıq sahəsində gələcəyini qurmaq istəyirsən?

Beynəlxalq münasibətlər,siyasət, regionlar və dillər üzrə biliklərini inkişaf etdirmək, müasir akademik yanaşmaları mənimsəmək və seçdiyin sahədə peşəkar kimi formalaşmaq istəyirsənsə, Bakı Slavyan Universiteti sənin üçün doğru seçimdir.

🎓 2026/2027-ci tədris ili üzrə Sosial elmlər və regionşünaslıq fakültəsində aşağıdakı ixtisaslar üzrə qəbul aparılır:

🔹 Tərcümə (Azərbaycan dili–ingilis dili üzrə)
🔹 Tərcümə (rus dili–ingilis dili üzrə)
🔹 Tərcümə (Azərbaycan dili–alman dili üzrə)
🔹 Tərcümə (rus dili–alman dili üzrə)
🔹 Tərcümə (Azərbaycan dili–fransız dili üzrə)
🔹 Beynəlxalq münasibətlər
🔹 Jurnalistika
🔹 Politologiya
🔹 Regionşünaslıq (Qərbi Avropa ölkələri üzrə)
🔹 Regionşünaslıq (Xəzəryanı ölkələr üzrə)

🌍 Dil, siyasət və beynəlxalq münasibətlərə marağın varsa, gələcəyini bilik və bacarıqların üzərində qur!

🎓 Gələcəyin müəllimi olmaq istəyən oğlan abituriyentlərə xüsusi fürsət!Müəllimlik yalnız bir peşə deyil, gələcək nəsillə...
09/08/2026

🎓 Gələcəyin müəllimi olmaq istəyən oğlan abituriyentlərə xüsusi fürsət!

Müəllimlik yalnız bir peşə deyil, gələcək nəsillərin formalaşmasına verilən böyük töhfədir. Bakı Slavyan Universiteti bu məsuliyyətli və şərəfli yolu seçən oğlan tələbələri xüsusi təqaüd imkanı ilə dəstəkləyir.

📚 İbtidai sinif müəllimliyi və Xarici dil müəllimliyi ixtisaslarına qəbul olan oğlan tələbələr üçün təqaüd proqramı təqdim olunur.

⭐ 450 baldan yuxarı nəticə göstərən və qeyd olunan ixtisaslara qəbul olan oğlan tələbələr üçün daxili təqaüd proqramı nəzərdə tutulub.

Gələcəyin müəllimi olmaq, yüksək nəticə göstərmək və peşəkar inkişaf yoluna BSU ilə başlamaq istəyirsənsə, bu fürsəti qaçırma!

📚 Xarici dil müəllimliyi ixtisası üzrə gələcəyini qurmaq istəyirsən?Xarici dillərin tədrisi üzrə pedaqoji və peşəkar bil...
08/08/2026

📚 Xarici dil müəllimliyi ixtisası üzrə gələcəyini qurmaq istəyirsən?

Xarici dillərin tədrisi üzrə pedaqoji və peşəkar bilik və bacarıqlar qazanmaq, müasir təlim metodlarını mənimsəməklə yüksəkixtisaslı müəllim kimi formalaşmaq istəyirsinizsə, Bakı Slavyan Universiteti sizin üçün doğru seçimdir.

🎓 2026/2027-ci tədris ili üzrə Xarici dil müəllimliyi fakültəsində aşağıdakı ixtisaslar üzrə qəbul aparılır:

🔹 Xarici dil müəllimliyi (rus dili üzrə)
🔹 Xarici dil müəllimliyi (alman dili üzrə)
🔹 Xarici dil müəllimliyi (fransız dili üzrə)
🔹 Xarici dil müəllimliyi (ingilis dili üzrə)

🌍 Müasir tədris imkanları, peşəkar professor-müəllim heyəti və zəngin akademik mühitdə xarici dil üzrə biliklərini inkişaf etdir, gələcəyin müəllimi ol!

📌 Posterdə göstərilən ixtisaslarla tanış ol, maraq və hədəflərinə uyğun seçim et və gələcəyini bizimlə qur!

📚 Filologiya sahəsində gələcəyini qurmaq istəyirsən?Sözün gücünə, dilin incəliklərinə və ədəbiyyatın zəngin dünyasına ma...
07/08/2026

📚 Filologiya sahəsində gələcəyini qurmaq istəyirsən?

Sözün gücünə, dilin incəliklərinə və ədəbiyyatın zəngin dünyasına marağın varsa, Bakı Slavyan Universitetinin Filologiya fakültəsi səni gözləyir!

2026/2027-ci tədris ili üzrə qəbul aparılan ixtisaslar arasında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə), eləcə də Azərbaycan, ingilis, türk və rus dili ədəbiyyatı üzrə filologiya ixtisasları yer alır.

🎓 Müasir tədris proqramları, peşəkar professor-müəllim heyəti və geniş akademik imkanlarla gələcəyin uğurlu müəllimi, filoloqu, tərcüməçisi və ya tədqiqatçısı olmaq üçün ilk addımı Bakı Slavyan Universitetində at!

📌 Posterdə göstərilən ixtisaslarla tanış olun, öz maraq və hədəflərinizə uyğun seçim edin və gələcəyinizi bizimlə qurun!

🎓 Gələcəyinizi Bakı Slavyan Universitetində qurun!2026/2027-ci tədris ili üzrə Bakı Slavyan Universitetinin Təhsil fakül...
06/08/2026

🎓 Gələcəyinizi Bakı Slavyan Universitetində qurun!

2026/2027-ci tədris ili üzrə Bakı Slavyan Universitetinin Təhsil fakültəsinə qəbul aparılan ixtisaslar abituriyentlərin seçiminə təqdim olunur.

Təhsil sahəsində peşəkar karyera qurmaq istəyənlər üçün universitetimiz aşağıdakı istiqamətlər üzrə keyfiyyətli ali təhsil imkanı yaradır:

🔹 Təhsildə sosial-psixoloji xidmət
🔹 İbtidai sinif müəllimliyi
🔹 Psixologiya
🔹 Xüsusi pedaqogika
🔹 Məktəbəqədər təhsil
🔹 Tarix müəllimliyi (rus bölməsi)

Bakı Slavyan Universitetində müasir təhsil mühiti, təcrübəli professor-müəllim heyəti, beynəlxalq əməkdaşlıq imkanları və tələbəyönümlü yanaşma ilə gələcəyinizə möhkəm təməl qura bilərsiniz.

Address

Suleyman Rustam Street 33
Baku
AZ1014

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Bakı Slavyan Universiteti - BSU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bakı Slavyan Universiteti - BSU:

Shortcuts

Share