08/05/2026
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 103 İLLİK YUBİLEYİ TƏDBİRİ SİLSİLƏSİNDƏN.
138 nömrəli tam orta ümumtəhsil məktəbində Ulu Öndər Heydər Əliyevin 103 illik yubileyi ərəfəsində 3C sinif şagirdləri ibtidai sinif müəllimi Gülnar Allahverdiyevanın rəhbərliyi ilə Ulu Öndər haqqında videoçarxa baxdılar.
Müəllimə şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun dövlətçilik sahəsindəki misilsiz xidmətləri barədə ətraflı məlumat verdi. Şagirdlər böyük maraqla videonu izlədilər, Ulu Öndərin irsini daha yaxından öyrəndilər və bu zəngin irs onlarda vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə səbəb oldu.