08/06/2025
Əlavələriniz var?😀
̇ngilisdili
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from english_with_sakina_, Tutor/Teacher, Baku.
08/06/2025
Əlavələriniz var?😀
̇ngilisdili
12/02/2024
Doktorantura dərslərinə qeydiyyat başladı 💣🔥
Dərslər Online şəkildə Zoom tətbiqi üzərindən keçiriləcək.
Dərs saatları✅
📍3/6cı günlər 21:00-22:30
📍2/5ci günlər 19:30 - 21:00
📍1/3cü günlər 16:00 - 17:30
Siz də Online şəkildə öyrənərək qısa zaman ərzində
digər namizədlərimiz kimi yüksək bal toplamaq istəyirsizsə, dərslərə qoşulmağa tələsin✅💣
📍Proqrama daxildir:
1. Listening, Reading
2. Akademik writing ( Task 1 & Task 2)
3. Praktik testlər
4. Speaking bacarığının inkişafı ( feedbacks verilir)
✅ Qrup dərslərində max 4-5 nəfər iştirak edə bilər.
Qeydiyyat üçün DM yaxud whatsapp nömrəmizə yaza bilərsiz.
📲☎️ 0774772113
09/11/2023
✨Disiplinin həyatımızda rolu✨
📍Disiplinli insanlar planlı bir şəkildə yaşayırlar və zamanı idarəetmədə olduqca güclüdürlər. Bunun sayəsində günü ən səmərəli şəkildə keçirməyi bacarırlar. Əksər insanlar hədəflərinə gedən yolda müxtəlif problemlər səbəbi ilə təxirə salma kimi maneələrlə rastlaşırlar.
📍Disiplin necə qazanılır?
Dərs çalışmaqda çətinlik çəkirsinizsə, oturduğunuz yerdə 10dan geriyə doğru sayın və dərs çalışmağa yenidən cəhd edin. Fokuslana bilmədiyiniz hər an bunu edin.
📍Hədəflərinizi gözünüzün önündə tutmaq disiplini inkişaf etdirməyə və motivasiyanızı artırmağa səbəb olur. Fokuslana bilmədiyiniz və ya çalışmaq istəmədiyiniz anlarda özünüzə "niyə" sualını verin. Niyə fokuslanmağınız lazımdır? Niyə indi dərs çalışmağa başlamalısız? Bu suallara verəcəyiniz cavablar hədəflərinizi xatırladaraq davam etmənizə yardım edəcək.
📍Unutmayın, necə ki, idman zalına gedərkən istədiyiniz formaya qovuşmaq üçün motivasiyadan da önəmli olan disiplin və davamlı məşq etməkdirsə, dil öyrənmək üçün də səciyyəvi olan ilk növbədə disiplinli olmağınızdır.
🔸Bəs siz nə dil öyrənməkdə nə dərəcədə disiplinlisiz? Davamlı olaraq praktika edə bilirsiz? Yoxsa 2 ay kurslara gedib sonra çıxırsız?
20/10/2023
İngilis dili öyrənən tələbələrin 3 əsas şikayəti:👇
1. Sözləri əzbərləyə bilmirəm.
2. Qrammatikanı bilirəm, amma danışanda səhvlərim olmur.
3. Cümlədə olan sözlərin hamısını bilirəm, amma tərcüməni düzgün edə bilmirəm.
Hər dəfə dərsdə xatırlatdığım nüansları bu dəfə izləyicilərim ilə də bölüşmək istəyirəm.
Sözlər yadınızda qalmırsa, bunun səbəbi sadəcə onları quru-quru əzbərləyib kontekst daxilində işlətməməyinizdir. Ən yaxşı halda cümlə quraraq bir sözü bir neçə formada işlədin və cümlələrə uyğun beyninizdə həmin səhnəni də canlandırın. Bununla həm improvizasiyanız genişlənəcək, həm də sözlər daha asanlıqla yadınıza düşəcək.
Qrammatikanı tətbiq edə bilməmək - Çox rast gəlinən problemdir. Qrammatika G.E dərslərində ona görə sizə öyrədilir ki, düzgün qaydada cümlə qura biləsiz. Danışığa tətbiq edə bilmirsizsə, bu sizin imtahanlara hazırlaşarkən sadəcə qaydaları əzbərlədiyinizi göstərir. Hər bir qrammatik qaydanın işlənmə məqamlarını bilmək mühümdür, bunları daha asan öyrənmənin yolu gündəlik həyatdan nümunələr gətirməkdir.
3. Mətnləri sözbəsöz tərcümə çalışmayın, bu effect verməyəcək. Nəzərə alsaq ki, ingilis dilinin qrammatikası bizdən fərqli, və sözlərin sayı bizimkindən qat-qat çoxdur, bəzi anlarda tərcümə ancaq söz yığınından ibarət olacaq. Sadəcə mətndə bildiyiniz sözlərə uyğun cümlənin sizə nə demək istədiyini anlamağa çalışmalısız…
19/10/2023
Stimulxeber.az
Adekvat.az
Təşəkkürlər dəvətiniz üçün, mənim üçün də maraqlı və ilk belə təcrübə idi. Keçid edərək oxuya bilərsiz👇
https://stimulxeber.az/musahibe/43754-genc-yaradici-ingilis-dili-muellimi-sekine-cebrayilova-ne-vaxtsa-kitab-muellifi-olacagim-aglima-gelmezdi.html
https://adekvat.az/musahibe/6248-genc-yaradici-ingilis-dili-muellimi-sekine-cebrayilova-ne-vaxtsa-kitab-muellifi-olacagim-aglima-gelmezdi.html
17/10/2023
Vəəəə nəhayət!!🥳🥳🥳🥳
Uzun müddətdir üzərində çalışdığım IELTS writing kitabımı sizlərə təqdim edirəm✍️
IELTS üzrə hazırlaşan tələbələr üçün TASK 2 və TASK 1 üzrə bütün materialların ( esse strukturlarının izahatı, nümunə esselər, lüğət) bir yerdə təqdim olunduğu, fərqli, maraqlı, oxuyarkən sıxılmayacağınız bir kitab təqdim edirəm sizlərə🙂
Ən önəmlisi kitabım ilk olaraq ABŞ, Yaponiya, Braziliya, Hindistan, Avstraliya, Almaniya, Hollandiya, Meksika, İspaniya, Kanadada yayımlanır.
Və tezliklə nəinki Azərbaycanda, bütün dünya üzrə Amazonda da satışa çıxarılacaq🥳Bununla da, ölkə üzrə IELTS müəllimləri içində bir ilkə imza atdım🙏🥳
25/09/2023
✍️William Shakespeare (1564-1616) ən məşhur
ingilis yazıçısı, dramaturq və şairi bəzi qaynaqlara görə ingilis dilinə 1700-2200 yeni söz qazandırıb.
🔹400 il əvvəl Shakespeare tərəfindən istifadə olunan sözlərin %95-i bugün də istifadə olunur. Bəzilərinin mənaları dəyişsə də, istifadəsinə geniş şəkildə rast gəlinir.
🔹P.S. Olivia adı ilk dəfə Twelfth Night tamaşasında Şekspir tərəfindən istifadə edilmişdir.
▫️Aşağıda bir vaxtlar Şekspirin tamaşalarında istifadə edilmiş, ancaq hazırda fərqli mənalar daşıyan sözləri təqdim edirəm.
🔸Revolve - qədim ingiliscədə “diqqətli ol”
hazırda fırlanmaq, dönmək mənalarını daşıyır.
🔸Quick - keçmişdə “canlı” , hazırda “cəld”
🔸Weird - keçmişdə “ölüm” hazırda “qəribə”
🔸Naughty - keçmişdə “əxlaqsız” hazırda “dəcəl”
🔸Prodigies - keçmişdə “təbii olmayan şeylər” hazırda “möcüzə” kimi istifadə edilir.
Aşağıda isə Şekspirin əsərlərindən ən sevdiyim ifadələri təqdim edirəm👇
🔺“To be, or not to be: that is the question.”
Olmaq ya da olmamaq - bütün məsələ bu.
🔺“All the world’s a stage, and all the men and women are merely players.”
Dünya bir tamaşadır, bütün qadınlar və kişilər də oyunçular.
🔺“Love looks not with the eyes, but with the mind.”
Sevgi gözlərlə deyil, ağılla baxar.
🔺“We are such stuff as dreams are made on, and our little life is rounded with a sleep.”
Biz yuxulardan yaranmış bir şeyik, və həyatımız da yuxu ilə tamamlanır.
🌸 “What’s in a name? That which we call a rose by any other name would smell as sweet.” Ad nədir ki? Gülə hansı adı versən, yenə də gözəl qoxar🌸 (That’s my favorite♥️)
🔺“If music is the food of love, play on.”
Əgər musiqi ruhun qidasıdırsa, onda çal oyna.
🔺“All that glitters is not gold.”
Hər parlayan qızıl deyil.
🔺“It is not in the stars to hold our destiny but in ourselves.”
Qədərimiz ulduzlarda deyil, öz içimizdə.
18/09/2023
⚡️Universitetdə oxuyarkən bir qrup yoldaşım vardı, xanım elə ilk kursdaca əksər müəllimlərdən belə daha axıcı ingiliscə danışırdı. Dəfələrlə xaricdə olmuş bu xanım IELTS imtahanından 6.5 baldan yüksək yığa bilmirdi. Hər dəfə ona IELTS imtahanında haqsızlıq edildiyini düşünürdüm.
🪄Ta ki, özüm xaricdə təhsil almış tələbələrlə işləyənə qədər. İlk başda belə tələbələrin bəziləri speaking üzrə kənardan “woow” effekti yaratsa da, əslində sadə, ancaq axıcı ingilis dilinə və aksentlərinə görə seçilirlər.
✨IELTS isə təkcə bundan ibarət deyil. İlk növbədə speaking bölməsinin hər 3 hissəsi üzrə xüsusi qaydalara uyğun hazırlaşmaq lazımdır. İngilis dilində hal-hazırda əksər insan danışa bilir, amma yalnız imtahan strukturuna uyğun danışanlar yüksək bal yığa bilər.
✨Dilə hakim olmaq, həmin dildə təkcə axıcı danışmaqla və gözəl tələffüzə sahib olmaqla ölçülmür. Ona qaldıqda Azərbaycan dilində hamımız gözəl danışırıq, amma bu bizim dilin ədəbi normalarına hakim olduğumuz mənasına gəlmir.
📍IELTS speaking bölməsində də dilə hakim olduğumuzu göstərmək üçün maksimum advanced grammar, idioms, collacations, akademik sözlər istifadə etmək lazımdır.
29/08/2023
Dərslərə sentyabr ayının ortalarından başlanılacaq. Dərslərə qeydiyyatdan keçmək üçün dm yaxud kontakt hissədə göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiz📲☎️
20/08/2023
Frequently Asked Questions (Tez-tez verilən suallar) Bugünkü postumda mənə ən çox ünvanlanan suallara cavab vermək istəyirəm.
1. Hansı metodika ilə öyrədirsiz? Mənim dərslərim “Language Learning Program” adlı öz xüsusi metodikamla keçirilir. Dərslər əsasən listening üzərində qurulub və dərs prosesi ərzində hər 4 bacarığının inkişafına fokuslanırıq. Proqramı yaratmağımın əsas səbəbi dili tələbəyə ən təbii üsulla yəni dinləyərək öyrətməkdir. Eynilə hər birimizin körpəlikdən müəyyən yaşa qədər dinləyib, daha sonra dil açmağa başlaması kimi.
2. Elə metodika var ki, 2-3aya dili təmiz öyrənim? Belə bir şey yoxdur:) 2-3 aya dilin inkişafında müəyyən levelə qədər çata bilərsiz, lakin beginner tələbəsinin göstərilən müddət ərzində “təmiz” öyrənməsini gözləmək olmaz. “Sürətli proqram ilə 2 aya ingilis dilində axıcı danış “ kimi elanlar sadəcə reklam məqsədi daşıyır. Sorry:) Bu halda yalnız dil öyrənmə prosesini sürətləndirə bilərsiz. Lakin dili “təmiz öyrənib bitirmək” kimi bir şey yoxdur. 7 ildi bu işlə məşğulam, hələ də öyrənirəm.
Ardı şərhdə👉