04/12/2022
Hər zaman mövcud olacaq ixtisas - Politologiya
Siyasət anlayışı ilk dəfə eramızdan əvvəl V əsrdə qədim Yunanıstanda meydana gəlmişdir. Siyasət dedikdə ilk ağla gələn şəxslər isə, təbii ki, Aristotel və Platondur.
Onlar "Daha yaxşı həyat" problemi ilə məşğul olur və bunu həll etməyə çalışırdılar.
Bəs politologiya nədir?
Cəmiyyət və dövlət arasındakı münasibətləri təmin etmək üçün qurulmuş hakimiyyət münasibətləri ilə əlaqəli insanların həyatının xüsusi bir sahəsidir.
İndiki zamanda politoloq, hər şeydən əvvəl tədqiqatçıdır. Onun tədqiqat mövzuları müxtəlifdir: siyasi sistem, hakimiyyət münasibətləri, siyasi mədəniyyət, siyasi davranış.
Bu ixtisas tarixi və sosial araşdırmalara maraq göstərənlər üçün uyğundur. ✔
İxtisas üçün hansı bilik və bacarıqların olması vacibdir?
✅Yaxşı müşahidə qabiliyyəti;
✅Tənqidi və analitik düşüncə bacarığı;
✅Öyrənməyə meyillilik;
✅İnandırma bacarığı;
✅Dini və mədəni baxımdan tolerantlıq və s.
Qloballaşan dünyada ölkəmizin xarici ölkələrlə olan siyasi münasibətləri daim artmaqdadır. Azərbaycan inkişaf etməkdə olan ölkələr siyahısında olduğuna görə də, bu əlaqələrin gələcəkdə də güclü qurulması vacib olan məqamlardan biridir.
Ölkəmizin savadlı, dünyagörüşlü və öz sahəsi üzrə peşəkar olan siyasətçilərə hər zaman ehtiyacı var.
Adu Genc Politoloqlar