18/11/2024
🎓 Avstriyada Təhsil❗️
📍Avstriya, tələbələr üçün yüksək keyfiyyətli və sərfəli təhsil təklif edən ölkələrdən biridir! Avropanın mərkəzində yerləşən bu ölkədə həm beynəlxalq təcrübə qazanma, həm də zəngin mədəniyyət və tarixlə tanış olmaq şansı qazanırsınız.
🌍 Avstriyada Vyana, Graz və İnnsbruk kimi şəhərlərdə yerləşən prestijli universitetlər mövcuddur. Vyana Universiteti və İnnsbruk Universiteti kimi ali təhsil müəssisələri tədqiqat və təhsildə yüksək keyfiyyət standartları ilə seçilirlər.
💵 Əlverişli Təhsil Xərcləri: Digər Avropa ölkələrinə nisbətən Avstriyada təhsil xərcləri daha münasibdir. Dövlət universitetlərində təhsil haqları Avropa İttifaqı ölkələrindən olan tələbələr üçün çox aşağıdır, digər ölkələrdən gələn tələbələr üçün də münasib təhsil haqqı tətbiq olunur.
📚 Geniş ixtisas seçimi: Mühəndislik, tibb, iqtisadiyyat,
incəsənət və s. sahələrdə təhsil almaq mümkündür.
İxtisas əsasən Alman dilində tədris olunur ancaq bəzi universitetlərdə İngilis dilində bakalavr və ya magistr təhsili almaq mümkündür.
Qeyd: Avstriya universitetlərinə yaz semestri sənəd qəbulu adətən noyabr ayının 30-na qədər davam edir.
Əgər Avstriyada təhsil almaq istəyirsinizsə, müxtəlif proqramlar və təqaüd imkanları ilə bağlı ətraflı məlumat əldə etmək üçün bizə müraciət edə bilərsiniz ⤵️
📲 (+994)55 450 85 66
📍Aşıq Molla Cümə 138
🌐 www.edudistance.az