26/01/2023
Layihə rəhbəri Saleh İbrahimzadənin "ROBOT - Hello World" layihəsinin icrası uğurla davam etdirilir. 4 aylıq layihənin sonuncu təlimi 26.01.2023-cü il tarixdə həyata keçirildi. Tədbirin sonunda şagirdlərə sertifikatlar verildi Şagirdlər böyük coşqu ilə bu fəaliyyəti yerinə yetirmiş oldulaTəlim o qədər canlı və maraqlı oldu ki, uşaqların sevincinin həddi hududu yox idi. Onlara daha sonra, Təlimçi Gülnaz xanım ərəfindən Robotexnika mühəndisliyi haqqında da məlumat verildi.əhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin fərdi kateqoriyalar üzrə qalibi olmuş "ROBOT - Hello World" layihəsinin əsas məqsədi Şuşa rayon 10 nömrəli tam orta məktəbin yeni çağırışlara cavab verə biləcək şagirdlər yetişdirmək,bu sahədə təcrübə keçməkdir.
Layihə Mars Academy MMC və PİK 2020 MMC-nin xüsusi təlim modulu əsasında həyata keçirilir. Təlimlərin monitorinqi "Demokratik Gənclər" İctimai Birliyi tərəfindən həyata keçirilir.